Qadin.NET / Elnarə xanım, Ad gününüz mübarək!

Elnarə xanım, Ad gününüz mübarək!

33 il bundan əvvəl, 01.10.1980-ci il tarixində Xəlilovlar ailəsində şirin, balaca bir qız dünyaya gəlmişdi. 

Bir neçə illər sonra onun çox məşhur olacağını, milyonların sevgisinə sahib çıxacağını heç kim təxmin edə bilməzdi. Sizləri çox intizarda saxlayıb, gizli sözlərlə yormaq fikrindən uzaqıq.
Söhbət hamımızın sevimlisi, mehriban insan, səmimi dost, çox sevimli, təkrarolunmaz, hər birimizin çox yaxşı tanıdığı Elnarə xanım Xəlilovadan gedir.
Bu gün Elnarə xanımın ad günüdür!

Biz Qadin.Net ailəsi olaraq, sevimli aparıcı, müğənnimizi ürəkdən təbrik edirik. Elnarə xanım, sizə can sağlığı, ailə üzvlərinizlə birlikdə xoşbəxt firəvan həyat arzulayır, sevdiklərinizin hər zaman ətrafınızda, uğurlarınızın hər zaman bol olmasını diləyirik! Doğum gününüz mübarək!
Allah sizi arzularınıza çatdırsın!

Qadin.Net - İlk milli qadın portalı uzun müddətdir "Azad Azərbaycan" televiziyasının "Süfrəmiz" telelayihəsi ilə əməkdaşlıq edir. Belə ki, Qadın.Net "Süfrəmiz" verilişinin rəsmi informasiya dəstəkçisidir. Verilişlə bağlı bütün məlumatları, həmçinin gün ərzində canlı efirdən izləyə bilmədiyiniz verilişi daha sonra saytımız vasitəsi ilə izləyə bilərsiniz.

Bu əməkdaşlıq və layihəmizə dəstəkdən dolayı, "Süfrəmiz" verilişinin rəhbərliyi və bütün kollektivinə, eyni zamanda xüsusilə Elnarə xanıma dərin təşəkkürlərimizi bildiririk.

1 oktyabr 2013
GO BACK