WORLDCARD AZƏRBAYCANDA 1 YAŞINI UĞURLARI İLƏ QEYD EDİR.
Türkiyənin ilk kredit kartı Worldcard, keçdiyimiz il 18 sentyabrda iddialı bir şəkildə daxil olduğu Azərbaycan bazarında ilk ilini geridə qoydu. Azərbaycanda xidmətə verildiyi ilk ildə müştərisinin sayı təqribən 50 minə çatan Worldcard vasitəsilə edilmiş satışların dəyəri 52 milyon dollar təşkil edir. Azərbaycanda təqribən 1.600 üzv ticarət obyekti olan Yapı Kredi Worldcard, ölkədəki ilk ilində ümumilikdə 300 min dollarlıq Worldbal paylayıb.
Azərbaycanda olan kartlı ödəniş sistemlərinin inkişafına bəri başdan liderlik etməyə başladıqlarını bildirən Yapı Kredi Bank Azərbaycanın Baş Direktoru Altan Şentürk “Worldcard, Azərbaycanda böyük bir maraq və məmnuniyyətlə qarşılandı. Kartlı ödəniş sistemləri sahəsində olan peşəkarlığımızı və təcrübəmizi Azərbaycandakı infrastrukturun inkişafı, formalaşması naminə istifadə edərək, istehlakçılara təqdim edilən kampaniya və fürsətlərin də artmasına liderlik etdik. Bu gün burada ilk ilimizi tamamlayarkən, Azərbaycan bazarında virtual kart da daxil olmaqla kart başına görə 10.7%, POS terminalı başına görə isə 4.3% bazar payına nail olmuşuq” dedi.
Şentürk sözlərinə bu cür davam etdi: “Worldcard hissəli ödəniş sistemi və xüsusilə də hissəli ödənişli nağd avans kimi xidmətləri ilə də Azərbaycan bazarında sektordan daha fərqli bir şəkil alıb. Yapı Kredi POS terminalları ilə aparılan əməliyyatlar 15 milyon dollara çatmış vəziyyətdədir. Bu əməliyyatların 6.5 milyon dolları hissəli ödənişlər vasitəsilə həyata keçirilir. Hissəli ödənişlə olan nağd avans əməliyyatlarının cəmi isə 3.5 milyon dollar təşkil edir.
Azərbaycan xalqının kartlı ödəniş sistemlərinə, bu sistemlər vasitəsilə təqdim olunan məhsul xidmət və kampaniyalara olan marağı hər keçən gün daha da artır. Kredit kartından istifadəni və hissəli ödənişlə alış-verişə cəlb etməyə yönəlik marketinq layihələrimizlə 2012-ci ildə layiq görüldüyümüz MasterCard-ın “Ən Yaxşı Marketinq Kampaniyası ” mükafatı ilə təltif edilməmiz də bunun bir isbatıdır... Bu yöndə, müştəriyə istiqamətlənmiş anlayışımızla onların gözlənti və ehtiyaclarını qarşılamağa davam edirik. Müvəffəqiyyətlə geridə qoyduğumuz ilk ilin ardından layihələrimizə eyni sürətlə davam edəcək, sektora birincilik edən layihələrlə hər zaman fərq yaradacağıq.”
Bazara liderlik edən üstünlüklərimiz
· Worldcard, Azərbaycan bazarında hissəli ödəniş xüsusiyyətinə sahib kredit kartları arasında kart sayına görə ilk üç bank arasında yer alır.
· İstehlakçılara hissəli ödənişlə nağd avans təklif edən yeganə kart olma xüsusiyyətini daşıyır.
· Worldcard ilə ölkə xaricində aparılan əməliyyatlarda kart dəyişdirməyə ehtiyac olmadan Eurozone-da avro ilə, digər bölgələrdə isə dollarla əməliyyatlarınız avtomatik şəkildə hesab çıxarışında əks etdirilir.
· Worldcard sahbləri,
o Etdikləri bütün alış-verişlərdən ballar qazanır.
o Üzv Ticarət Obyektlərində nağd alış-veriş etdikləri təqdirdə 10%-ə qədər ballar qazana bilirlər.
o 1.600-ə yaxın üzv ticarət obyeklərintdə qazandıqları ballarla alış-veriş edə bilirlər.
o Pulsuz virtual və debet kartları, müştərilərin şəxsən müəyyənləşdirə biləcəyi 4 fərqli yekun ödəniş tarixi, Atatürk Hava Limanında 10 avro qarşılığında istifadə oluna bilən World Lounge, Ödənişsiz Assitance Xidmətləri, 7/24 xidmət göstərən telefon mərkəzləri də bu xidmətlər arasında öz yerini tutur.
· Platinum kart sahibləri üçün davamlı, digər kartlar üçünsə kampaniya dövrlərində 100 Azərbaycan Manatı və daha çox alış-verişlərdə pulsuz 3 hissəli ödəniş fürsəti təklif olunur.
Əlavə məlumatı *0444 telefon mərkəzindən, www.worldcard.com.az web səhifəsdindən və https://www.facebook.com/YapiKrediWorldAZ facebook səhifəsindən əldə edə bilərsiniz.