Qadin.NET / "Qadınlar Klubu"-nun açılış tədbiri keçiriləcək!

"Qadınlar Klubu"-nun açılış tədbiri keçiriləcək!

"Qadınlar Klubu"-nun açılış tədbiri keçiriləcək!
Sentyabrın 14-də Ariel, Fairy və Pampers brendlərin dəstəyi ilə Ramada otelində açıq havada "Qadınlar Klubu"nun ilk görüşü keçiriləcək.
Tədbirin məqsədi aktiv həyat tərzi sürmək arzusunda olan, bu istəyi reallaşdırmaq gücünə, imkanına və qətiyyətinə sahib olan qadınları bir araya gətirməkdir. Bakı və paytaxt ətrafında yaşayan xanımların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, həmçinin Klubun fəaliyyəti barədə onları məlumatlandırmaqdır.
Tədbir çərçivəsində xanımlar maraqlı və maarifləndirici müsabiqələr, müasir moda tendensiyaları, kulinariya sirləri barədə maraqlı bilgi və təcrübə əldə edə biləcəklər. Professional xoreoqraflardan müxtəlif rəqs dərsləri, məşqçilərdən özünü müdafiə sirlərini öyrənib, tanınmış stilistlərdən məsləhətlər alacaqlar. Məşhur DJ-lərin proqramları vaxtlarının əyləncəli və şən keçməsi üçün imkan yaradacaq. Bundan başqa, burada xanımları və uşaqlarını bir çox sürprizlər və dadlı yeməklər gözləyir.
Xanımların rahatlığı üçün şəhərin müxtəlif məkanlarından Ramada otelinə qədər xüsusi avtobuslar təşkil olunacaq.
Tədbirə qatılmaq istəyənlər Park Bulvar və ya 28 Mall ticarət mərkəzlərinin Qadınlar Klubu pavilyonunda biletlər əldə edə bilərlər. Biletlər pulsuzdur.
Klubumuzla daha yaxından tanış olmaq üçün “Qadınlar Klubu”nun rəsmi Facebook səhifəsinə daxil ola bilərsiniz.  http://www.facebook.com/qadinlarklubu

4 sentyabr 2013
GO BACK