Qadin.NET / 1000-ə yaxın filialda Worldcard ödəmələri

1000-ə yaxın filialda Worldcard ödəmələri

1000-ə yaxın filialda Worldcard ödəmələri.

İş və ya istirahətlə bağlı Bakıdan kənardasınız, amma Worldcard ödəmələrinizi etməlisiniz? Və olduğunuz bölgədə Yapı Kredi filialı yoxdur? Narahat olmağa dəyməz!

"Worldcard"  sizə ödəmələrinizi 15 filialda deyil, 1000-ə yaxın filialda rahatlıqla və vaxtında ödəməyə imkanı verir. Beləki, artıq Worldcard ödəmələrinizi Azərbaycanın hər yerində World loqosu olan Azərpoçt filial və şöbələrindən edə bilərsiniz. Bunula da heç bir geçikmə qeydə alınmayacaq və vaxtında ödəniş etdiyiniz üçün əlavə faiz ödəmək kimi probleminiz də olmayacaq.

Qeyd edək ki, Worldcard ödəmələri Azərbaycanda yerləşən onlayn rejimində olan AzərPoçt şöbələrdən həyata keçirilə bilər. Azərpoçt filial və şöbələrindən edəcəyiniz ödəmələr üçün cəmi 1% əməliyyat haqqı alınır.

Ödənilən məbləğin 1% dəyərində tutulan komissiya haqqı növbəti ayın hesab bildirişində göstəriləcəkdir. Ödəmələr yalnız Azərbaycan manatı ilə həyata keçirilə bilər, edilən ödəmələr növbəti iş günü hesabınıza saat 11:00-da köçürüləcək. Həftə sonuna və ya qeyri iş günlərinə (bayram günlərinə) təsadüf edən ödəmələr növbəti iş günü hesaba köçürüləcək.

AzərPoçt filiallarının siyahısını worldcard.com.az saytına daxil olaraq öyrənə bilərsiniz.

2 avqust 2013
GO BACK