Qadin.NET / Ən dadlı yeməkləri məhz onlar bişirdi!

Ən dadlı yeməkləri məhz onlar bişirdi!

Ən dadlı yeməkləri məhz onlar bişirdi 

Yeni FAIRY PLATINUMun təşkil etdiyi “Ən dadlı yeməyimiz” müsabiqəsi başa çatdı.

May-iyun aylarında keçirilən müsabiqədə rəqibləri üstələmək istəyən iştirakçılar ən ləziz saydıqları yeməyi hazırlayaraq fotosunu “Qadınlar klubu” Facebook səhifəsinə ( http://www.facebook.com/qadinlarklubu) yollamalıydılar.

4 həftə davam edən müsabiqənin hər həftəsində 2 fotonun sahibləri ATV telekanalında yayımlanan “Süfrəmiz” teleşousuna finalda iştiraka dəvət olunublar.

Teleşouda qaliblər aşpazlıq məharətini və zövqlərini bütün Azərbaycana nümayiş etdiriblər. Şounun aparıcısı Elnarə Xəlilovanın mühakiməsindən sonra 2 nəfərdən biri qalib elan edilir və iştirakçılar mükafatlandırılırdı.

Müsabiqənin ilk həftəsində Elmira Əzizova qalib gələrək 2000 manatlıq pul mükafatı əldə edib. 2-ci həftədə Aidə Aslanova və Səbinə Həsənova finaldan heç-heçə nəticə ilə çıxaraq 2000manatı bərabər bölüşüblər. 3-cü həftədə 2000manatlıq mükafat Səidə Orucova, 4-cü həftədə isə Sədaqət İbrahimovaya çatıb.

Qalib gəlməyən finalçılar şoudan əli boş qayıtmayıblar -   onlar 1 illik FAIRY PLATINUM ehtiyatı əldə ediblər.

FAIRY PLATINUM dünyada tanınmış Procter & Gamble şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullardan biridir.

Procter & Gamble haqqında

P&G öz brendləri dünyada təqribən 4.4 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Ace®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü portfellərdən birinə sahibdir. P&G icması dünyanın təqribən 80 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün, Procter & Gamble Azərbaycan Ofisinin Facebook səhifəsinə ( http://www.facebook.com/pgazerbaijan) və www.pg.com  saytına baş çəkin.

20 iyun 2013
GO BACK