Qadin.NET / AYSEL ad günündə hədiyyələr paylayacaq!

AYSEL ad günündə hədiyyələr paylayacaq!

AYSEL ad günündə hədiyyələr paylayacaq!
Azərbaycanın bir nömrəli qadın jurnalı – AYSEL-in 10 yaşı tamam oldu. 2003-cü ildən mütəmadi olaraq çap olunan AYSEL dərgisi xüsusən gənclər arasında çox populyardır. Dərgidə qadınları maraqlandıran hər bir mövzuya toxunulur. Bundan başqa məqalələrin dili sadə, oxunaqlı və maraqlıdır. Peşəkar fotoşəkillər jurnala əlavə maraq doğurur. Üz qabığında hər zaman musiqi, incəsənət, siyasət aləmində tanınan insanlar çəkilirlər.

Jurnalımızın 10 yaşı 25 may saat 19:00 da “Metropark” ticarət və əyləncə mərkəzində təntənəli şəkildə qeyd ediləcək. “ANS-PRESS” Nəşriyyat Evi hər kəsi konsert proqramına dəvət edir. Gecədə populyar müğənnilərin çıxışlarından başqa, hədiyyəli yarışmalar və maraqlı auksionlar olacaq. “Ən orjinal təbrik” müsabiqəsinin qalibləridə məhz həmin gecə mükafatlandırılacaqlar.


21 may 2013
GO BACK