Mükəmməl ləzzətli mürəbbə haqqında bilmədiklərimiz
Mürəbbə müxtəlif meyvələrin su və şəkərlə qarışdırılıb qaynadılması nəticəsində yaranan şirin yemək növüdür. Mürəbbənin tarixi qədim dövrlərə qədər uzanır. Əvvəllər bəzi meyvələr bal şərbəti ilə qaynadılır və bir müddət saxlanılırdı. Lakin bu, zaman baxımından uzun çəkir və insanlara baha başa gəlirdi. Sonrakı dövrlərdə şəkərin hazırkı formada istehsal olunması meyvələrə lazım olan şirin suyun asanlıqla təmin edilməsi mürəbbə istehsalını da genişləndirdi. Hətta millətlərə, regionlara və şəhərlərə görə müxtəlif növ və adlar altında mürəbbə hazırlanmağa başlandı.
Saville mürəbbələri üçün isə bütün meyvə və tərəvəzlər yetişmiş halda toplanır və aralarından ən yaxşıları seçilir. Soyuq hava anbarları sayəsində hər fəsildə təzə meyvələrdən mürəbbə hazırlanır. Bütün məhsullar qida mühəndisləri və texnikləri tərəfindən ən müasir texnologiya ilə ənənəvi strukturlar pozulmadan istehsal olunur. Bütün məhsullar vakuumlu qazanlarda maksimum 60 dərəcə istilikdə bişirilərək, rəngini, dadını və ətrini maksimum dərəcədə saxlayır.
Novruz bayramının gəlişi münasibətilə bişirdiyimiz müxtəlif kekslərin, tortların içərisinə ləzzətli Saville mürəbbələrindən qoyaraq gələn qonaqlarımıza ləzzətli şirniyyatlar təqdim edə bilərik. Bundan əlavə, səhər yeməklərində və çay süfrələrimizdə çayın yanında həmin mürəbbələrdən dada bilərik.
Bol meyvəli və möhtəşəm dada malik olan Saville mürəbbələri ilə mükəmməl ləzzətlərə imza atıb öz simfoniyanızı yaradacaqsınız.
Mürəbbələrimizdə xüsusilə təzə meyvələrdən istifadə etməyə diqqət yetiririk.
Novruz bayramınız Saville mürəbbələri ilə dadlansın!