Qadin.NET / ROYAL - Qızıl tək dəyərli

ROYAL - Qızıl tək dəyərli

Qarğıdalı yağı ilk dəfə ticarət məqsədilə 1899-cu ildə Teodor və Bencamin Hadnat tərəfindən icad edilən maşın ilə əldə edilməyə başlamışdır. 1950-ci illərdə tibbi araşdırmalar zamanı qarğıdalı yağının xolesterolun miqdarını azaltma xüsusiyyəti aşkar edilmiş və bu, həmin yağa olan tələbatın artması ilə nəticələnmişdir.


Qarğıdalı yağının gündəlik qidalanmada böyük əhəmiyyəti var. Təbiətin qızıl dənələrindən əldə edilən yüksək keyfiyyətli və ləzzətli Royal qarğıdalı yağı əsl enerji mənbəyidir, həzmi asanlaşdırır və faydalı yağ turşuları və E vitamini ilə zəngindir. Yağın doymamış olması qandakı xolesterolun və qan təzyiqinin tənzimlənməsinə kömək edir.


Salatlarda, duru və quru yeməklərdə, qızartmalardan hətta plov yeməklərində belə rahatlıqla istifadə edilə bilər.

Royal qarğıdalı yağı əsasən funksionallığı, özünəməxsus dadı və sağlamlığa faydaları ilə fərqlənir. Qızıl tək dəyərli Royal yağları ilə həm sağlamlığınızın qayğısına qalacaq, həm də ləzzətli xörəklər bişirəcəksiniz.

12 mart 2013
GO BACK