Qadin.NET / Azərbaycanın ilk ciddi evlilik tanışlıq saytı

Azərbaycanın ilk ciddi evlilik tanışlıq saytı

Azərbaycanın ilk ciddi evlilik tanışlıq saytı

Azərbaycanın ilk ciddi evlilik tanışlıq saytı -  www.xosbext.com işıq üzü gördü.

Bir çox subay qızlar və oğlanlar vaxt azlığından və ya digər səbəblərdən özlərinə uyğun həyat yoldaşı, ömrünün sonuna kimi bağlanacaqları sevgini tapmağa çətinlik çəkirlər - www.xosbext.com saytı məhz belə şəxslər üçün yaradılıb. Bu sayt sadəcə qızların və ya oğlanların “siyahısı” olan digər saytlar kimi deyildir – www.xosbext.com xüsusi elmi testlər vasitəsilə xasiyyət uyğunluğuna əsasən seçim etməyə imkan verir.

Azərbaycanda ilk dəfə yaradılmış bu növ sayt kortəbii tanışlıqdan fərqli olaraq əvvəl insanın xarakterini və xasiyyətini ətraflı öyrənməyə, sonra isə bu tanışlığı real həyatda davam etdirməyə kömək edir. Bu həm vaxtınıza qənaət edəcək, həm də İnternetdən tanıdığınız insanı gördüyünüz zaman məyus olmanızın qarşısını alacaq.

Siz www.xosbext.com saytında qeydiyyat zamanı psixoloji testləri həll edirsiniz, sistem isə testlərin cavablarına əsasən xasiyyət tipinizi müəyyənləşdirir və məhz sizə uyğun namizədləri göstərir. Onların içindən gözünüzə ən xoş gələn şəxsi seçmək isə sizin öhdənizə düşür. Testlərin çoxluğu sizi qorxutmasın, bir az səbrli olmaq sonradan daha münasib insanla ünsiyyətə kömək olacaq.

Testləri həll etdikdən sonra özünüz haqqında ətraflı məlumatlar daxil edirsiniz, profilinizi yaradırsınız və zənginləşdirirsiniz.

Sayt təkcə sevgi tapmaq üçün deyil, həmçinin gələcək münasibətlər və ailə həyatı üçün də çox faydalıdır. Belə ki, Saytın bloqu - blog.xosbext.com-da münasibətlər, sevgi, toya və evlilik həyatına hazırlıq haqqında çoxlu maraqlı yazılara da rast gələ bilərsiniz.

Təbii ki, xoşbəxtliyin nə vaxt, harada və necə qarşınıza çıxacağı bəlli olmaz, amma uyğun namizədinizi tapmaq üçün siz də addım atın, www.xosbext.com–da bəxtinizin izinə düşün.

Qeyd edək ki, www.xosbext.com saytında qeydiyyat pulsuzdur.

7 mart 2013
GO BACK