Qadin.NET / Kinoteatrlarda həftənin filmləri

Kinoteatrlarda həftənin filmləri

Soyuq qış günlərində istirahət vaxtlarını səmərəli keçirtməyin yollarından biri də kinoteatrlara getməkdir.

Əziz xanımlar, bu həftənin kinoteatrlarda visiona girmiş yeni filmləri ilə sizləri tanış edəcəyik. Ümidvarıq vaxtınızı xoş keçirərsiniz.

Təqdim edəcəyimiz ilk film "Celal ilə Ceren" filmidir. 

Baş rolda Azərbaycan tamaşaçılarının "Recep İvedik" filmləri ilə tanıdığı Şahan Gökbakar çəkilib. 30-lu yaşlardakı Celal atasından qalma elektrikçilik peşəsini icra edir. 30 yaşına yeni daxil olan Ceren isə mebel mağazasında işləyir. 6 ildir birlikdədirlər.  Aralarındakı bir anlaşılmazlığa görə cütlük ayrılırlar və bütün macəra da bundan sonra başlayır. Komediya janrında olan film gününüzü əyləncəli keçirməyə kömək edəcək.

Filmin seansları ilə buradan tanış ola bilərsiniz.

Növbəti film ABŞ istehsalı qorxu və triller janrındadır. Film "Qara Səma" adlanır. Gələcəkdə oğurlamaq məqsədi ilə yad planetli tərəfindən “işarələnmiş” 6 yaşlı uşağın valideynləri, filmdə cərəyan edən hadisələrin mərkəzində olacaqlar.

Əsas rollarda Keri Rassel, Dakota QoyoCoş Hemilton çəkilmişlər.

Filmin seansları ilə buradan tanış ola bilərsiniz.

Növbəti filmi Arnold Şvartsenegger-in böyük səhnəyə qaydışı adlandırmaq olar: Qəhrəmanın qayıdışı . Narkotika tüccarları FBI-dan qaçaraq Meksika sərhədinə keçmək istəyirlər. Onların yolu üstündə sakit bir qəsəbə var. Ancaq qəsəbənin şerifi onlara mane olmağa çalışacaq.

Filmin seansları ilə buradan tanış ola bilərsiniz.

Son təqdim edəcəyimiz yenə komediya janrındadır. Türkiyənin populyar yumor ustası Cem Yılmazın son stand-up şousunun video yazısı kinoteatrlardadır. "CM101MMXI Fundamentals" adlanan şounun seansları ilə buradan tanı ola bilərsiniz.

Kinoteatrlarda verilən həftənin digər bütün filmləri ilə saytımız Kinotap-da tanış ola bilərsiniz. Eyni zamanda saytımızda touchscreen mobil telefonlarda daxil olmaq üçün m.kinotap.com ünvanından istifadə edə bilərsiniz. Əgər Android platformalı telefon istifadə edirsinizsə, Google Play Marketdən saytımızın Android tətbiqini də telefonunuza endirə bilərsiniz.

24 fevral 2013
GO BACK