Qadin.NET / "Cəsur Gözəllərlə" görüş!

"Cəsur Gözəllərlə" görüş!

"Cəsur Gözəllərlə" görüş!

Realiti-şounun qalibləri ilə Park Bulvarda görüşmək fürsəti (26 yanvar 18:00da)

Keçən ilin oktyabr ayından ATV telekanalında “Always”in sponsorluğu ilə yayımlanan “Cəsur Gözəllər Meydanı” realiti-şousunun qalibi artıq məlum oldu.
Bu münasibətlə, realiti-şounun iştirakçıları 26 yanvar saat 18:00-da Park Bulvarda təşkil olunacaq mükafatlandırma mərasimində yığışacaqlar. Tədbir bütün azərkeşlər və tamaşaçılar üçün açıqdır. Belə ki, həmin gün cəsur qızları görmək, onları dəstəkləmək və yaxından tanımaq imkanı əldə edəcəksiniz!
Şouda iştirak etmək üçün bir çox namizəd arasından seçilmiş 14 ən cəsur qızın maşın uğrunda mübarizəsi heç də asan olmayıb – “Cəsur Gözəllər Meydanı” iştirakçıları Marmarisin (Türkiyə) ekzotik və kimsəsiz sahilində istiyə, yağışa, küləyə, aclığa, susuzluğa dözərək çətin tapşırıqların öhdəsindən gəlmişlər. Vəhşi təbiətdə, həşəratların əhatəsində yaşayan cəsur qızlar hətta gündəlik qidalarını belə özləri əldə edərək hazırlayıblar.
Cəsur qızlarımızı bu mükafatlandırma mərasimində dəstəkləmək istəyənləri 26 yanvar saat 18:00-da Park Bulvarda gözləyirik.

"Cəsur Gözəllərlə" görüş! "Cəsur Gözəllərlə" görüş!
25 yanvar 2013
GO BACK