Qadin.NET / SÜFRƏMİZ - Həftə içi 5 gün - ATV

SÜFRƏMİZ - Həftə içi 5 gün - ATV

L`nara ilə ləzzət dolu SÜFRƏMİZƏ sizdə qonaq olun ;)

Sağlamlığın yeganə şərti sağlam qidalanmaqdır. Bəzən qadınlar nəyi nə qədər və necə bişirəcəklərini bilmirlər. Yeməklərdə qida maddələrinin çeşidinə belə diqqət yetirmirlər də.

Bilirik ki, hər bir qida məhsulunun tərkibindəki protein, yağ,karbohidrat, vitamin və mineralların miqdarı fərqlidir. Orqanizmin bütün qida maddələrini balanslı şəkildə qəbul edə bilməsi üçün müxtəlif tərkibli yeməklərdən istifadə etməliyik. Hər gün hazırladığımız yeni təamlarla vücudumuzu lazımi qida maddələri ilə təmin etməliyik. Bu səbəbdən də biz sizlərə bir-birindən ləziz, gözoxşayan yeməklərlə dolu “Süfrəmiz” proqramını yenilədik və daha mükəmməl etdik. 

Hər gün sizlərə balanslı şəkildə qidalanmaq üçün öz menyularımızı təqdim edəcəyik. Bizimlə nəinki düzgün bişirmə üsullarını öyrənəcək, hətta qida maddələrinin tərkibi və faydası haqqında məlumatlara yiyələnəcəksiniz. Profesionalların təqdim etdiyi şahanə yeməkləri addım-addım bizimlə bişirib gələn qonaqları da təəccübləndirməyi bacaracaqsınız.

Biz uşaqları da yaddan çıxarmamışıq. Onlar üçün faydalı və çox ləziz menyular hazırlamışıq. Siz bu mükəmməl menyular əsasında hazırlayacağınız yeməklərlə balalarınızın düzgün və balanslı qidalanmasını təmin edəcəksiniz.

Bundan başqa biz həftə ərzində daha çox xanımların maraq dairəsində olan mövzuları mütəxəssis qonaqlarla müzakirəyə çıxaracağıq. Canlı telefon bağlantısı və facebook sosial şəbəkəsi vasitəsi ilə də xanımlar istər mətbəxdə hazırlanan yeməklərlə bağlı istərsədə mütəxəsissə olan sualları ilə bizə müraciət edəcəklər.

Biz proqramımızda tamaşaçılarımızın ictimai problemlərdən bir nəbzədə olsa uzaqlaşması üçün verilişdə əyləncəli və maarifləndirici yarışmalarda keçirəcəyik. Yarışmaların şərtlərinə görə bizim proqramı izləyən müxtəlif yaş qrupundan asılı olmayaraq hədiyyələr qazana biləcəklər.

Bizə canlı qoşulun :)  +99412 497 46 25

Facebook səhifəmiz: http://www.facebook.com/sufremiz

P.S. - Verilişlə bağlı ümumi və gündəlik suallarınızı burada qeyd edə bilərsiniz.


6 noyabr 2012
GO BACK