Hamiləlikdə fol turşusunun önəmi – Ginekoloq Xanım Adıgözəlova
Hamiləlikdə fol turşusu hamilə qadının sağlamlığı və körpənin inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Belə ki, həkim mama-ginekoloq Xanım Adıgözəlova öz yazılarında qeyd edir ki, fol turşusu çatışmazlığı körpədə onurğa və beyin anomaliyaları kimi ciddi anadangəlmə qüsurlara səbəb ola bilər. Buna görə də planlaşdırılmış və ya planlaşdırılmamış hamiləlik zamanı fol turşusu əlavəsi vacibdir. Bu yazımızda mütəxəssis rəyi alaraq hamiləlikdə fol turşusu çatışmazlığının mənfi təsirləri, tərkibində fol turşusu olan qidalar və hamiləlik zamanı fol turşusu qəbulunun digər vitaminlərlə arasındakı əlaqədən danışacayıq.
Hamiləlikdə Fol turşusu çatışmazlığının mənfi təsirləri nələrdir?
Yazının əvvəlində də qeyd etdiyimiz kimi hamiləlik dövründə fol turşusu çatışmazlığı hamilə və onun körpəsi üçün bir sıra mənfi təsirlərə səbəb ola bilər. Belə ki, fol turşusu çatışmazlığı körpənin anadangəlmə qüsur riskini artırır. Ən çox rast gəlinən isə sinir borusu qüsurları kimi tanınan onurğa və beyin anomaliyalarıdır. Bunlara spina bifida (onurğanın açılması) və anensefaliya (beyin inkişafının çatışmadığı vəziyyət) daxildir. Bu anadangəlmə qüsurlar körpənin həyat keyfiyyətinə ciddi təsir göstərir.
Həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, hamiləlikdə fol turşusu çatışmazlığı həm də vaxtından əvvəl doğuş riskini artıra bilər. Vaxtından əvvəl doğuş körpənin çəkisinin az olması, tənəffüs problemləri və uzun müddətli sağlamlıq problemləri kimi ağırlaşmalarla nəticələnir.
Bununla yanaşı fol turşusu çatışmazlığı hamilənin sağlamlığına da təsir edir. Hamiləlik dövründə anemiya riski artır, enerji səviyyəsi aşağı düşür, immunitet sistemi zəifləyir. Həmçinin fol turşusu çatışmazlığı depressiya, yaddaş problemləri və sinir sistemi pozğunluqları kimi problemlərə səbəb ola bilir.
Həkim mama-ginekoloq Xanım Adıgözəlova bu səbəblərə görə hamiləlikdən əvvəl və hamiləlik dövründə kifayət qədər fol turşusu qəbulunun vacibliyini qeyd edir.
Hansı qidalarda fol turşusu var?
Fol turşusu bir çox qidada var və bu qidaların müntəzəm qəbulu fol turşusunun bədəndə balansda qalmasına dəstək olur. Həkim mama-ginekoloq Xanım Adıgözəlova hamiləlikdə fol turşusu əlavəsi ilə yanaşı qidalanmanın da önəmli olduğunu vurğulayır. Belə ki, yaşıl yarpaqlı tərəvəzlər, noxud, lobya, mərcimək və digər dənli bitkilər, taxıllı məshullar, qoz, fındıq, badam, küncüt və bu kimi çərəzlər fol turşusu ilə zəngindir. Həmçinin portağal, naringi, qreypfrut kimi sitrus meyvələrinin tərkibində də fol turşusu var.
Mütəxəssis rəyinə əsaslanaraq deyə bilərik ki, hamiləlik dövründə sağlam qidalanma planı hazırlayarkən bu qidaları rasionunuza daxil etmək vacibdir.
Hamiləlik zamanı fol turşusu və digər vitaminlərlə arasındakı əlaqə
Həkim mama-ginekoloq Xanım Adıgözəlovanın yazılarını oxuyarkən məlum olur ki, hamiləlik dövründə fol turşusu ilə digər vitaminlər arasındakı əlaqə çox vacibdir. Belə ki, onlar birgə işləyərək sağlam hamiləlik və körpənin sağlam inkişafında mühüm rol oynayır.
Hamiləlikdə fol turşusu ilə digər vitaminlər arasındakı əlaqə ilə bağlı bəzi vacib məqamlar var. Fol turşusu B6, B12, riboflavin, tiamin və s. kimi digər B qrup vitaminlərlə birlikdə işləyərək enerji mübadiləsini tənzimləyir, hüceyrə bölünməsini dəstəkləyir və sinir sisteminin funksiyalarını qoruyur.
Həkim mama-ginekoloq Xanım Adıgözəlova qeyd edir ki, fol turşusu dəmirin effektivliyini dəstəkləyərək anemiya riskini azaltmağa kömək edir. Buna görə də, fol turşusu, dəmir və C vitamininin birləşməsi hamiləlikdə dəmir çatışmazlığı anemiyası riskini azaltmaq üçün vacibdir. Fol turşusu həmçinin kalsium və D vitamin ilə qəbul edildikdə hamiləlik dövründə sümük sağlamlığının qorunmasına və körpənin sümük inkişafına kömək edir.
Mütəxəssis rəyinə əsasən təkrar deyə bilərik ki, hamiləlik dövründə fol turşusu və digər vitaminlər arasında balanslaşdırılmış əlaqə ana və körpənin sağlamlığı üçün çox vacibdir. Odur ki, həkiminizlə danışaraq düzgün vitamin əlavələri qəbul edə bilərsiniz. Unutmayın, bu, sizin və bətninizdəki körpənizin sağlamlığı üçün vacibdir.