Şimal-qərb bölgəsini əhatə edən "Kanal S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir.Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51,54 və 21-ci kanallardan ölkənin 70 % -dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Kanal ən yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Respublika telekanalları arasında ən güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları da məhz "Kanal S"-dədir.
"Gəlin danışaq" "Kanal S"in yeni mövsümdə izləyicilərinə təqdim edəcəyi növbəti layihələrdən biridir. Aparıcı əməkdar artist, prezident təqaüdçüsü Sənubər İsgəndərlinin olduğu verilişdə qadınların maraq dairəsində olan problemlər müzakirə edilir, onlara hüquq və vəzifələri izah olunaraq, cəmiyyətdəki vacib rollarından bəhs edilir. Məqsəd qadınların həll edə bilmədikləri məsələlərin həllində yardımçı olmaq, maraqlı insan talelərini öyrənmək və örnək göstərməkdir.
Həftə içi hər gün, saat 16:45-də yayımlanacaq "Gəlin danışaq" verilişi ümumi şəbəkəyə daxil olunaraq, bütün region kanallarında nümayiş etdiriləcək.
Sənubər xanımın dediyi kimi:
Deyirlər sevinci paylaşdıqca çoxalır, dərdi bölüşdükcə azalır.
Əgər təhnasınızsa, uğurlarınızı bizimlə bölüşmək istəyirsinizsə, problemlərinizi bizə etibar edirsinizsə, onda "Gəlin danışaq"!
P.S. - Azərbaycanın ilk milli qadın portalı - Qadin.Net layihəsi olaraq xanımların maarifləndirilməsi, vaxtlarının səmərəli keçirilməsi və ən əsası problemlərin həllində onlara köməkçi olmaq missiyası ilə çıxış edən bütün layihələri dəstəklədiyimiz kimi "Gəlin danışaq" telelayihəsinin də efirə çıxmasını böyük sevinclə qarşıladıq. Bu verilişin ərsəyə gəlməsində böyük əməyi olan "Kanal S" televiziya şirkətinin direktoru Rəşad Məmmədov canablarına və bütün "Kanal S" əməkdaşlarına dərin təşəkkürlərimizi bildiririk.
Eyni zamanda diqqətinizə çatdırmaq istərdik ki, Qadin.Net - ilk milli qadın portalı olaraq "Gəlin danışaq" verilişinin rəsmi informasiya dəstəkçisiyik. Beləki, verilişlə bağlı bütün məlumatları, həmçinin həftə içi hər gün efirə gedən verilişlərin bütün yayımlarının videoyazısını saytımız vasitəsi ilə izləyə bilərsiniz.
Verilişdə iştirak etməklə, uğurlarını bizimlə bölüşmək istəyən, problemlərinin həll edilməsini istəyən hər bir kəs bizə müraciət edə bilər.
Çəkilişlərin ərsəyə gəlməsi üçün bütün xərcləriniz (Şəki şəhərinə gəlmə, qarşılanma, qonaqlama və gün ərzində yemək) şirkət tərəfindən qarşılanır. Əlaqə üçün: Tel.: +99455 226 55 48 E-mail: [email protected]
Rəsmi Facebook səhifəsi: http://www.facebook.com/gelindanisaq
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Stress saçları niyə ağardır?
Hazal Kayanın yeni tərzi-FOTO
27 il Şuşasız...
Çox az insanın dinlədiyi gizli müəllim
İrəvana sillə kimi cavab
Milli Məclis sədrinin və deputatların maaşı artırıldı
Ingilis Dili-XXII Dərs
Aromaterapiya yağları və onların faydaları
Şahzadə Harri və Meqan Markl titullarından məhrum olacaqlar-SƏBƏB
Facebook-a daxil olanlar gözlərinə inanmadılar
Saatınız xarakterinizdən xəbər verir
Boşanmanın uşaqlar üzərində təsirləri
Qəbul imtahanlarının vaxtları dəyişdi
"Ağıllı ayaqqabılar" satılacaq
Facebook videoreklamlara başlayır
Nar salatı (foto resept)
Xoşbəxtlik ətrafımızdadır
Anjelina Coli boşandıqdan sonra...
Noxudlu burger (foto resept)
Uzun illər qıtlıq gözlənilir
Qorxularımdan qorxuram
Sarıkök maskası
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Özünü uğura necə kökləyə bilərsən?
Peyvənd problemi
Məşhur atalar və uşaqları
Koronavirusdan SAДћALMAQ MÜMKÜNDÜR: ÜST açıqladı - VİDEO
Günün ulduz falı - 12.03.2014
Toyuqlu boxça (foto-resept)
"Barselona"nın ulduzu türklərdən üzr istədi
Bakının tarixi binaları: tarixilik əlaməti itir?
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
Məşhur aktrisanı tanımaq mümkün olmadı - FOTO
Yeməkdən sonra edilən səhvlər
Heydər Əliyev Mərkəzində sərginin açılışında Leyla Əliyeva iştirak edib
Meyvələrdən ilham alan sənətkar
"Ölüm körpüsü"nə çarə tapdılar
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Minsk Qrupu çərçivəsində mümkündür"
Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur
Qreq Murreyin əyləncəli fotoları
Bu ölkə eboladan xilas oldu
"Təhlükəli kişilərlə dolu dünyada lazım olan qadın"
Mineralların xeyri
Bu model görənləri heyrətə gətirir - FOTO
Avropada terror riskinə görə ölkələrin REYTİNQİ - SİYAHI
Zövqlü ziyafət nümunələri
Prezident: “Düşmən Azərbaycan ordusuna davam gətirə bilmir”
Ali məktəblərə qəbulun müsabiqə şərtləri ilə bağlı AÇIQLAMA
Ramin Bayramlı: “Vətəndaşlar payız-qış aylarına hazırlıqlı olsunlar”
- ŞƏRHLƏR