
Bakcell və Wayra UK yerli developerlərə öz ideyalarını təqdim etmək və investisiyalar əldə etmək imkanı yaradırlar
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi bir hissəsi olan Wayra UK şirkəti ilə birlikdə Azərbaycanın bütün gənc developer və sahibkarları üçün yeni bir imkan haqqında böyük məmnuniyyətlə elan edərək, onları öz ideyalarını təqdim etmək üçün müsabiqədə (pitch day) iştirak etməyə dəvət edir.
Applab layihəsi innovasiyaların inkişaf etdirilməsini və Azərbaycanın bütün gənc developerləri və sahibkarları üçün yeni imkanların yaradılmasını qarşısına məqsəd qoyur. Applab və Wayra UK şirkəti informasiya texnologiyaları sahəsindən olan bütün yerli startapları öz ideyalarını təqdim etmək üçün müsabiqədə (pitch day) iştirak etməyə dəvət edir. Seçilmiş ideyalar/layihələr Applab-ın akselerasiya proqramında iştirak etməyə dəvət olunacaq və bu, onların Wayra UK tərəfindən maliyyələşdirilməsinə potensial imkan yaradacaqdır.
İdeyalar 13 mart 2016-cı il tarixindən gec olmayaraq [email protected] ünvanına təqdim olunmalıdır.
“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Ötən bir il ərzində proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib. Bu günə qədər “Applab” layihəsi çərçivəsində təqdim olunan 150-dən çox ideyanın qəbul əmsalının 10%-dən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.
“Applab layihəsinin çərçivələri daxilində və xaricində bu cür yeni və parlaq ideyaların meydana gəlməsini müşahidə etmək olduqca sevindirici haldır. Biz oyunlar, təhsil, səyahət və turizm, məhsuldarlıq, musiqi, kitablar və digər məqsədlər üçün yaradılmış müxtəlif proqramlar gördük. Bakcell bu proqramları yaratmaq üçün iş məkanı və alətlər təqdim etməklə yanaşı gənc istedadları təlimatlandırır, onlara ideyalarını monetizasiya edə bilməsi məqsədilə biznes yanaşmasını aşılayır”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
Bakcell və Wayra UK şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarından başlamışdır. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. Wayra UK, qlobal sahibkarlıq və innovasiya şəbəkəsi olan “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi tanınan bir hissəsidir. Applab, Bakcell və Wayra UK Azərbaycanın bütün gənc developerlərinə və sahibkarlarına öz ideyalarını təqdim etmələrinə və müdafiə etmələrinə imkan yaradırlar.
2012-ci ilin sentyabr ayında İrlandiyada fəaliyyətinə başlamış Wayra şirkəti Telefónica şirkətinin rəqəmsal texnologiyalar sahəsində çalışan startaplar üçün həyata keçirdiyi qlobal akselerasiya proqramının bir hissəsidir. Hal-hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra “bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənmişdir.
“Applab” icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.
XƏBƏR LENTİ
Paytaxtda unikal işıqforlar quraşdırılacaq
Günün ulduz falı - 11.02.2014
Şəffaf eynək dəbi
Göz ətrafına krem çəkərkən nəyə diqqət etməliyik?
Naxçıvana uçuşların sayı artırılır? - RƏSMİ AÇIQLAMA
Memarlığın mükəmməliyi
Hər qadına lazım olan 15 məsləhət
Azərbaycanın cənub rayonlarında təbii qazın verilişində fasilələr olacaq
"Facebook"dan qəribə funksiya
Son dəqiqə: Fatih Terimlə bağlı məlumat yayıldı
Xınalıq qara bürünüb
Dünyanı bürüyən nəhəng şəbəkə
Rusiya Ermənistandakı bazasını dəyişir
Bakı məktəblərində çalışan müəllimlər nə qədər maaş alır? - RƏSMİ
Yaşıl noxudlu toyuq filesi (foto resept)
Putin Türkiyəyə qarşı sanksiyaları LƏДћV ETDİ
Qadınların münasibətlərdə yaşadığı problemlər
36 yaşını Maldivdə qeyd etdi-FOTO
Kağız halva-10
"Ufak Tefek Cinayetler" serialının rejisoru Bakıya gəlir-FOTO
Türkiyədə ölüm hökmü bərpa olunacaqmı?
Ayrılığa alışmadım
Burun formanız xarekterinizi göstərir
Venesuela prezidenti Obamadan xahiş etdi
"Eurovison-2016"nın daha bir gözəli
Əmizdirmə haqqında ən çox verilən suallar
Müğənni Məhəbbət Kazımov dünyasını dəyişdi
Saç necə yuyulmalıdır?
Saçları gücləndirən və qoruyan maska
Günün ulduz falı
Saçlarını kəsdirmə səbəbini AÇIQLADI -FOTO
Kişi klimaksı nədir?
Qadin.Netlilərlə səyahət (1-ci hissə)
Çağatay mükafat aldı-FOTO
Azərbaycanda tariflər ucuzlaşdı
Sevdiyinizin narsist olduğunu göstərən xüsusiyyətlər
Uşaqlar üçün "mədəni" Yeni il: haraya getməli?
Hava haqqında
Qəribə və nadir heyvanlar
Gəncədə keçiriləcək II Beynəlxalq Şərab Festivalına hazırlıqlar yekunlaşmaq üzrədir
HAVA necə olacaq? 14-yanvar
Biri-birindən gözəl ayaqqabılar
Demi Rouz bu dəfə də sevənlərini təəccübləndirdi-FOTO
Qafqaz qorxunc virusun təhlükəsi altında
Mehmet Ali Erbilən xəbər var
Soyuq da gözəllik yaradır
Sumqayıtda sosial evlər tikilir - VİDEO
Yemək, idman və yuxu üçün ən uyğun zaman
Sabah bu ərazilərdə qaz olmayacaq
Üz quruluşuna görə psixoloji test - Fizioqnostika














