Qadin.NET / "Bizim Tarla" Yaşıl noxud məhsulu - Artıq yeni görkəmdə!

"Bizim Tarla" Yaşıl noxud məhsulu - Artıq yeni görkəmdə!

Yaşıl noxud bir çox salatların, qarnir və ya quru və duru yeməklərin hazırlanmasında rahatlıqla istifadə edilir. Hal-hazırda dünyanın bir çox ölkələrində yaşıl noxuddan istifadə etməklə hazırlanan yüzlərlə yemək, salat, qəlyanaltı reseptləri mövcuddur. Həmçinin dietoloqlar, bir çox pəhriz yeməklərinin hazırlanmasında yaşıl noxudun əvəzsiz olduğunu qeyd edirlər. Digər önəmli məqam, konservləşdirilmiş yaşıl noxudun qatqısız olması və tərkibində heç bir əlavə konservantın olmamasıdır!
Azərbaycanda isə ilk dəfə olaraq, yerli və təzə yaşıl noxuddan istehsal edilən konserv məhsulunu "Bizim Tarla" markası bazara təqdim etmişdir. Bir müddət əvvəl Biləsuvarda yerləşən Natural Green Land kənd təsərrüfatı kompleksində 152 hektarlıq ərazidə yaşıl noxud əkinlərinə başlanılmaqla Azərbaycanın qida istehsalı sektorunda bir ilkə imza atılmışdır.
Azərbaycanda ilk yerli yaşıl noxud tarlası məhz burada salınmışdır və "Bizim Tarla" markası ilk yerli yaşıl noxud konserv markasıdır!
İllər boyunca sevilən, güvənilən "Bizim Tarla" məhsulları bu ilki mövsumdə daha da gözəl, fərqli oldu. Eyni keyfiyyətdə, eyni ləzzətdə olan "Bizim Tarla" məhsullarının görünüşü dəyişdi, daha təravətli və cazib oldu.
Tərkibində heç bir əlavə qatqı, konservant olmayan "Bizim Tarla" yaşıl noxud məhsulu da istehlakçıya təqdim edildiyi ilk gündən xanımların ən çox müraciət etdiyi məhsullardan biridir.
İnanırıq ki, yeni görkəmdə təqdim edilmiş, əl dəymədən hazırlanmış "Bizim Tarla" yaxşıl noxud məhsulu öz təravətliyi və yeniliyi ilə istehlakçılarnı məmnun etməkdə davam edəcəkdir!
Azərbaycan torpaqlarından toplanan "Bizim Tarla" məhsulları bazarda lider mövqeyini davam etdirməkdədir və ümüdvarıq ki, atılan addım məhsullara yeni ruh qatacaq, var olan istehlakçı sevgisini və sədaqətini daha da güclü edəcəkdir.
"Bizim Tarla" hər bir azərbaycanlının qürurla “yerli məhsul” deyə istehlak edə biləcəyi bir markadır!
Bizim Tarla - Etibarınız, adımızdır!

18 noyabr 2014
GO BACK