Qadin.NET / "Wellington" kərə yağı - 100% Yeni Zelandiya

"Wellington" kərə yağı - 100% Yeni Zelandiya

"Wellington" kərə yağı - 100% Yeni Zelandiya

Vellinqton Yeni Zelandiyanın paytaxtı, Oklanddan sonra ikinci böyük şəhəridir. O Okeaniya ölkələri içərisində ən böyük və dünyanın ən cənubda yerləşən paytaxtıdır .

Ümumilikdə Yeni Zelandiya ərazisində ilin böyük hissəsi mülayim və yağışlı iqlim şəraiti müşahidə olunur. Vellinqtonun görülməyə dəyər mənzərəsi, sahib olduğu təbiətin möcüzələrindən olan liman, göllər və şəlalələr, ətrafdakı təbii yaşıllıqlar - yaşıl meydanlar qeyd edilənlərə əyani sübütla yanaşı, dünyada böyük şöhrətə sahibdir.   

Yeni Zelandiya  dünyanın ən yüksək həyat, yaşam standartlarından birinə sahibdir.
Son illərdə istehsalat sahəsi xüsusilə inkşaf etsə də, uzun illər iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil etmişdir.  Bol yağıntılı və günəşli hava şəraitinin nəticəsi kimi yaranan yaşıllıqlar münbit şərait yaratdığı üçün kənd təsərrüfatında südçülük sahəsi xüsusilə fərqlənir. Təsadüfi deyil ki, bu gün Yeni Zelandiya dünyanın ən çox kərə yağı ixrac edən ölkələri sırasında ilk yerlərdən birinə sahibdir.

Mətbəximizdə milli xörəklərimizin əksəriyyətinin kərə yağı ilə hazırlandığı və bu yağın Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olduğunu nəzərə alsaq kərə yağı Azərbaycan mətbəxində xüsusi yerə malikdir. Belə demək mümkünsə, bizim üçün kərə yağında hazırlanmış yeməkdən ləzzətli heç nə yoxdur.

Tam gigiyenik şəraitdə, beynəlxalq standartlara uyğun olaraq hazırlanmış "Wellington" kərə yağları əsl Yeni Zelandiya yağıdır və tərkibində duz yoxdur.  Çəki və paket formalarında istehsal olunan Wellington" kərə yağı istifadədə rahatlığı, rəngi, keyfiyyəti, ətri ilə yemək və süfrələrinizin əvəzolunmaz dadıdır!

"Wellington" kərə yağlarını  200 qr, 1 kq, 2,5 kq, 5 kq  paket formalarında şəhərimizin bütün marketlərindən əldə edə bilərsiniz.

12 fevral 2014
GO BACK