"Bizim Tarla" markasının adı Biləsuvarda yerləşən 34000 hektarlıq tarladan götürülmüşdür. Markaya aid olan bütün məhsullar tarlada təbii yolla yetişdirilən tərəvəzlərdən və meyvə bağlarından toplanan təbii meyvələrdən hazırlandığı üçün "Bizim Tarla" marka adı verilmişdir. İlk dəfə 2006-cı ildə bazara daxil olan "Bizim Tarla" markası ilə təqdim edilən məhsulların istehsalı zamanı xam malların təbiiliyi və qiqiena böyük əhəmiyyət kəsb edir.
Tarladan yetişdirilən tərəvəzlərdən istehsal edilən yaşıl noxud, soyulmuş pomidor, tomat pastası, müxtəlif turşular, tərəvəz yeməyi və Azərbaycanın fərqli zonalarının meyvə bağlarından toplanan meyvələrlə hazırlanan kompotlar və mürəbbələr qısa müddət ərzində istehlakçıların sevgisini və etibarını qazanmışdır.
Son günlərdə "Bizim Tarla" markası öz məhsulları sırasına daha bir yenisini əlavə etdi.
Bu Balkan ölkələrinin mətbəxinə vurğun olanların çox yaxşı tanıdığı “Ajvar” salatıdır.
Qeyd etdiyimiz kimi, əsasən Balkan ölkələrinin mətbəxindən tanınan “Ajvar” salatı çox ləziz bibər salatıdır. Tərkibində bibər, badımcan, duru yağ, sarımsaq, duz şəkər olan Ajvar salatı aşağıdakı qaydada hazırlanır:
Bibər və badımcan közlənərək qabıqdan ayrılır, kiçik ölçüdə doğranır, tərkibinə duru yağ, sarımsaq, duz, şəkər əlavə edilir, son mərhələdə bişirilir və əl dəymədən germetik halda qablaşdırılır.
Ajvar salatı əsasən ət və plov yeməklərinin yanında çox ləzzətli olur, həmçinin çörək üzərinə sürülərək də yeyilir. Eyni zamanda təşkil etdiyiniz ziyafətlərdə Ajvarı soyuq qəlyanaltı olaraq sevimli qonaqlarınıza təqdim edə bilərsiniz.
Bir çox sef-masterlar bəzi sousların hazırlanmasında, həmçinin xüsusi yeməklərdə görünüş olaraq təqdimat üçün də Ajvardan istifadə edirlər.
Növbəti yeni məhsulu ilə milli ağız dadınıza uyğun, ev üsulu ilə konserv məhsullarını sizlərə təqdim etdiyini bir daha nümayiş etdirən "Bizim Tarla" markası, Azərbaycan məhsulu adı ilə dünyanın bir çox ölkəsinə ixrac edilir və hər bir azərbaycanlının da məhsullarını qürürla "yerli məhsul" deyə istehlak etdiyi marka olmasından dolayı qürur duyur!
Aparılan araşdımalar da "Bizim Tarla" markası altında istehsal edilən məhsulların hər kəs tərəfindən sevilərək istehlak edildiyini göstərir. İstehlakçıların da dediyi kimi "Bizim Tarla" məhsulları evdə hazırlanmış məhsullardan heç də fərqlənmir, əksinə sizlərin rahatlığını təmin edir.
Bizim Tarla - Etibarınız Adımızdır!