Saville markası istehlakçılarına növbəti tövhəsini təqdim etdi. Davamlı və israrlı çalışmalar nəticəsində Saville Nar Şirəsi məhsulu hazırlanıb ərsəyə gətirildi. Məhsulun xammalını Biləsuvar rayonunda 310 hektar sahədə salınmış Nar bağlarımız təmin edir. Məhsulumuzun keyfiyyət dəyərləri gözləntilərimizin üzərində olması bir istehsalçı şirkət olaraq bizləri qürurlandırır. Saville Nar şirəsi 250ml və 500ml qablaşdırmalarda təqdim olunur. Artıq Saville Nar Şirəsi məhsulunu marketlərdə görə bilərik.
Nar Haqqında
Nar meyvəsinin vətəni Azərbaycandır. Qədim zamanlardan Şərqdə nar “meyvələrin şahı” sayılır. Hətta hesab olunur ki, məhz nar kralların baş geyimi olan tacı insanlara təlqin etmişdir. Azərbaycanda çoxlu nar sortları yetişdirilmişdir. Onlardan ən qiymətliləri Şirvan zonasında yetişdirilən Şelli mələsi, Bala Mürsəl, Şahnaz Ağşirin, Gülövşə, Vələs sortlarıdı. Nar məhsuldarlıq, bolluq və daimi həyat simvolu hesab olunur.
Nar meyvəsi Quranda Allahın insanlara xüsusi lütfü kimi vurğulanır:
Bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik (Ənam surəsi, 99).
Məhsulun əsas özəllikəri:
- Seçmə meyvələrdən hazırlanması
- 100% təbii olması
- Konsentratsız olması
- Şəkərsiz olması
- İstehsal prosesinin ən son texnalogiya əsasında aparılması
Saville Nar şirəsi nəinki Azərbaycan, həmçinin Rusiya, Qazaxstan, Amerika, İrak kimi xarici ölkələrin bazarlarında da təmsil olunmağı hədəfləyib.
Nar Şirəsinin faydaları:
• A, C və E vitaminlərlə zəngindi
• Qan azlığını aradan qaldırır
• Həzm sistemini yaxşılaşdırır
• Orqanizmdə testosteron hormonlarını çoxaldır
• Tərkibindəki çoxlu sayda antioksidantlar qocalma prosesinə mane olur
• Bədənin ümumu piylənməsinin qarşısını alır
• Əsəblərin sakitləşməsinə təsir göstərir
• Şəkərli diabet xəstələri üçün əvəzsiz vasitədi
Nar şirəsinin təyinatı:
- Susuzluğu aradan qaldırmaq üçün gözəl içkidir
- İştahaçıcı funksiyaya malikdi
- Müxtəlif qızartma, qovurma, balıq, kabab, ləvəngi, plov kimi xörəklərlə yanaşı ləzzətlə içilir
- Nar şirəsi ilə ananas və qreyfrut və digər kokteyller hazırlanır
- Salatlara və xörəklərə əlavə dad qatmaq üçün istifadə olunur
Klinik sınaqlar Nar Şirəsinin qəbulunun aşağıda göstərilən xəstəliklərin müalicəsinə müsbət təsir göstərdiyini aşlara çıxarıb:
- Öskürək, soyuqdəymə, bronxial astma, angina və malyariya
- Prostat vəzisinin xərçəngi
- Prostat vəzisinin hiperplaziyası
- Diabet
- Limfoma
- Rinovirus infeksiyası
- Zökəm
- Oksidləşmə stressi və diabet hemodializi;
- Ateroskleroz
- Ürəyin tac damarının xəstəliyi
- Körpələrdə beyin zədəsi
Beləliklə sizlərə 100% təbii, şəkərsiz, konsentratsız Saville Nar Şirəsi təqdim olunur. Saville markasına dəyər qatacaq məhsulumuz hər bir süfrənin ləzzətli və faydalı içkisinə çevriləcək!