“Zeytun Bağları" – Fayda və dad qovuşanda!
Həssas keyfiyyət göstəriciləri ilə "Zeytun Bağları" zeytun yağı "əl dəyməyən" texnologiya ilə, ən yüksək keyfiyyət normalarına riayət olunaraq Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olaraq hazırlanır.
Yağların istehsal edildiyi Bakı Yağ Fabrikində ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemlərinin qurulması, ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.
“Zeytun Bağları" zeytun yağı tamamilə qoxusuz olduğu üçün bütün növ yeməklərin hazırlanmasında unikal məhsuldur. Həmçinin “Zeytun Bağları” insan orqanizmi üçün faydaları da nəzərə alınmaqla əvəzsiz bitki yağıdır.
"Zeytun Bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
“Zeytun bağları” zeytun yağından istifadə edilməklə hazırlanmış ləziz təamın resepti:
Tərkibi: 300 qr sümüksüz qızıl balıq, 200 qr ispanaq, 5-6 ədəd yumurta, 100 qr holland pendiri, 150 qr un, 130 ml süd, 100 ml "Zeytun Bağları" zeytun yağı, 50 qr "Wellington" kərə yağı, 1 ç/q qabartma tozu, duz, istiot
Rəsimlərlə ətraflı hazırlanma qaydası ilə bu səhifədə tanış ola bilərsiniz: http://qadin.net/index.php?newsid=23588