Bizim Tarla "Yaşıl Noxud" məhsulu - "Yerli, Dadlı, Yumşaqdır"
Azərbaycanda ilk dəfə olaraq "Bizim Tarla" markası ilə yerli və təzə yaşıl noxuddan konserv istehsal edilərək bazara təqdim edilmişdir. Biləsuvarda yerləşən Natural Green Land kənd təsərrüfatı kompleksində 152 hektarlıq ərazidə yaşıl noxud əkinlərinə başlanılmaqla Azərbaycanın qida istehsalı sektorunda bir ilkə imza atılmışdır.
Azərbaycanda ilk yerli yaşıl noxud tarlası Natural Green Land kənd təsərrüfatı kompleksində salınmışdır və "Bizim Tarla" markası ilk yerli yaşıl noxud konserv markasıdır!
Xanımların rahatlığını düşünən, Azərbaycanın ilk milli qadın portalı – Qadin.Net layihəsi və “Bizim Tarla” markası üçün siz istehlakçıların fikirləri hər zaman mühüm əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, tam gigiyenik şəraitdə, əl dəymədən hazırlanan bütün məhsulların sizin ağız dadınıza uyğun olması üçün çalışılır.
Məhz bunu nəzərə alaraq sizlərin qeyd edilən, “Bizim Tarla” - Yaşıl noxud məhsulu ilə bağlı fikirlərinizi öyrənmək çox xoş olardı.
Məhsuldan istifadə etmiş hər bir kəsdən ayrı-ayrılıqda öz fikirlərini yazmağı xahiş edirik.
Buyurun, söz sizindir...