Qadin.NET / Zeytun bağları - həyatın möcüzəsi!

Zeytun bağları - həyatın möcüzəsi!

Zeytun bağları - həyatın möcüzəsi!

Bir çox insan zeytun yağının faydalarından xəbərdardır. Mütəxəssilər də hər zaman zeytun yağlarından istifadə etməyi məsləhət görürlər. Çünki zeytun yağının faydaları tükənməzdir.

Zeytun yağını qeyd edəcəyimiz səbəblərdən dolayı  həyatın möcüzəsi də adlandıra bilərik:
Gün ərzində 100 ml. zeytun yağı istehlak edən hər bir adam, şişlərin qarşısının alınması və yox edilməsi üçün mühüm maddələrdən olan “Squalene” maddəsinin gündəlik miqdarını almış olur.
Uzun illərdir aparılan araşdırmalar zeytun yağının xərçəng riskini 50%-ə yaxın azaltdığını sübüt edir.

Zeytun yağı, ürəyin ən böyük düşmənlərindən biri olan xolesterolun miqdarına nəzarət etməkdə, həmçinin yüksək xolestrolun azaldılmasında da əvəzolunmaz vasitədir. Statistik göstəricilərə əsasən dünyada, əhalisi ürək xəstəliklərindan ən az əziyyət çəkən ölkələr - ən çox zeytun yağı istehlak edən ölkələrdir. Bu siyahıya isə Aralıq dənizi ölkələri başçılıq edir.

Zeytun yağı şəkər xəstəliyinin səbəb olduğu qandakı xolesterol miqdarının yüksəlməsi, həmçinin yenə də şəkər xəstəliyinin səbəb olduğu həzm əsnasında maddələr mübadiləsi pozğunluqlarının qarşısı alır, qanda şəkərin miqdarına nəzarət etməyə köməklik göstərir.

Zeytun yağı  dərinin daha gənc görünməsi, saçların artırılması və işıqlı görünməsində də faydalı olduğu üçün bir çox gözəllik məhsullarının da tərkibində istifadə edilir.

 Eyni zamanda soyuq qış günlərində dodaq çatlamaları və əl qurumalarını sürətli müalicə etmək istəyirsinizsə, bunu rahatlıqla zeytun yağının köməyi ilə edə bilərsiniz.

Bilindiyi kimi uşaqlar üçün qidalanma, həyatın ilk illərində beyinin sağlam bir şəkildə inkişaf edə bilməsi üçün çox əhəmiyyətlidir. Həyatın möcüzəsi adlandırdığımız zeytun yağı, uşaqların inkişafında həyati əhəmiyyət daşıyan ana südünə bərabər miqdarda  yağ turşularına sahibdir. Bu yağ turşuları eyni zamanda uşaqların sümüklərini də gücləndirir.

Həmçinin "Zeytun Bağları" zeytun yağının tamamilə qoxusuz olması da bütün növ yeməklərdə istifadəsini asanlaşdırır. ZEYTUN BAĞLARI - ağız dadımıza uyğun zeytun yağıdır, onunla bişirilən yeməklər mədəyə ağırlıq vermir, vitaminlərlə zəngindir.

Qızartma və sonrasında uyğun şərtlərdə saxlanılması, oksidləşməyə qarşı dayanıqlılığı və daha az fəsadlar yaratma özəlliyi zeytun yağını digərləri ilə müqayisədə əvəzedilməz edir.

Qeyd edilənlərlə birlikdə həssas keyfiyyət  göstəriciləri  ilə "Zeytun Bağları" istehlakçısının ağız dadına ən uyğun zeytun yağı olaraq istehsal edilir. "Zeytun Bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın.

13 sentyabr 2013
GO BACK