Qadin.NET / "Wellington" əridilmiş kərə yağı

"Wellington" əridilmiş kərə yağı

Wellington əridilmiş kərə yağı

Mətbəximizdə milli xörəklərimizin əksəriyyətinin kərə yağı ilə hazırlandığı və bu yağın Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olduğunu nəzərə alsaq kərə yağı Azərbaycan mətbəxində xüsusi yerə malikdir. Belə demək mümkünsə, bizim üçün kərə yağında hazırlanmış yeməkdən ləzzətli heç nə yoxdur. Əridilmiş kərə yağının isə yeri tam başqadır. Hamımız analarımızın kərə yağını necə əritdiyini görmüşük. Qaz sobasının üstündəki o büyük qazanların qaynamağı, hər dəqiqə gedib ona baxmaq ki, yanmasın, hamıya edilən xəbərdarlıqlar ki, “bax qazın üstündə yağ qaynayır”, ehtiyatlı olun. Sonra da o yağın saatlarla soyuması, başqa qablara boşaldılması. Sonra da yağ əridilən qazanın yuyulması. Əridilən yağı isə  soyuducuda saxlayanlar da olurdu ki, soyuducudan da yağ çıxardarkən bəzən yağ donmuş olduğuna görə qaşıqların əyildiyi olurdu.

Bütün bu çətinlikləri düşünərək ərsəyə gətirilən "Wellington" əridilmiş kərə yağı bizi bütün sadalananlardan qurtarır. Artıq nə sobanın qırağında saatlarla gözləməyə, nə yağ əridilmiş qazanı yumağa ehtiyac yoxdur. Yeni Zelandiyadan 100% əridilmiş "Wellington" kərə yağı xüsusi rahat qablarda dadınıza çatır. "Wellington" əridilmiş kərə yağı əsl Yeni Zelandiya yağıdır və tərkibində duz yoxdur.  0, 910 qramlıq dəmir qablaşdırmalarda istehsal olunan "Wellington" əridilmiş kərə yağı həm istifadədə rahatdır, həm də rəngi, keyfiyyəti və ətri ilə bütün yeməklərə əvəzolunmaz ləzzət qatır. Baxın qaşıqla rahat götürülür, tavaya rahat yayılır. İtkiyə də yağ getmir. Rahat-rahat işlədin. Qoy sizin fikriniz ancaq yeməyinizin ləzzətli alınmasında olsun. 

Azərbaycan mətbəxinin ən sevimli yeməklərindən olan plov, bişirilmədən öncə yağdan istifadə olunsa da, xanımlarımız süfrəyə verməzdən əvvəl onun üzərinə bir daha sobada əridilmiş kərə yağı tökməyi heç zaman unutmurlar. Çox vaxt isə hər dəfə yağı əritməyə zaman itirməmək üçün onu əridib xüsusi qablarda saxlayırlar. Bunun xalqımız üçün bir ənənəyə çevrildiyini nəzərə alaraq, Yeni Zelandiyadan 100% əridilmiş "Wellington" kərə yağı xanımlarımızın işini daha da asanlaşdırdı. Deyildiyi kimi, artıq kərə yağını sobada əridib saxlamağa ehtiyac yoxdu. "Wellington" əridilmiş kərə yağları istifadədə rahatlığı, rəngi, keyfiyyəti və ətri ilə yeməklərinizin əvəzolunmaz dadıdır.

19 iyun 2013
GO BACK