Zeytun Bağları - Fayda və dad qovuşanda
Əziz xanımlarımız, qarşıdan yay gəlir. Axır ki, qış geyimlərini çıxarıb nazik, rəngli yay paltarlarını geyinəcəyik. Yayın gəlməyi ilə hamımızı narahat edən problemlərdən biri də artıq çəkidir. Bax elə bu artıq çəkidən canınızı qurtarmaq üçün köməkçimiz Zeytun bağları zeytun yağı olacaq. Yayda çox ləzzətli olan müxtəlif tərəvəzlərdən (kök, çuğundur, xiyar, pomidor, kələm, bibər, lobya və s.) salat hazırlayın, üzərinə Zeytun bağları əlavə edib rahat-rahat yeyə bilərsiniz. Nə kaloridən narahat olun, nə də sağlamlığınızdan.
Zeytun bağlarından həmçinin quru yeməklərin hazırlanmasında, qızartmalarda da istifadə edə bilərsiniz.
ZEYTUN BAĞLARI - ağız dadımıza uyğun zeytun yağıdır, onunla bişirilən yeməklər mədəyə ağırlıq vermir, vitaminlərlə zəngindir.
Bizlər adətən zeytun yağının faydaları haqqında eşidirik. Onun faydalarını sadalamaqla bitmir. Zeytun yağı qidadan əlavə həm də kosmetik məqsədlər üçün də istifadə edilir. Üstəlik zeytun yağı bir çox xəstəliklərin müalicəsində də tövsiyə edilir.
Zeytun Bağları yağının faydaları:
- Zeytun yağı mədə, bağırsaq və qara ciyərin fəaliyyətinin yaxşılaşdıraraq həzm prosesini yaxşılaşdırır. Müntəzəm olaraq yeməkdən öncə bir neçə ədəd zeytun yemək və ya zeytun yağı ilə hazırlanmış salatları qida rasionuna daxil etmək məsləhət görülür.
- Tərkibindəki antioksidantlar və E vitamini olduğuna görə dərinin vaxtından əvvəl solmasının qarşısını alır.
- Qan təzyiqinin normallaşmasına şərait yaradır
- Zeytun yağı yaraların, xoraların və kəsiklərin sağalmasına kömək edir
- Zeytun yağı qan-damar, diabet və piylənməyə qarşı əla profilaktik vasitədir
- Zeytun yağı ödqovucu xüsusiyyətə malikdir
- Zeytun yağının müntəzəm istifadəsi qadınlarda süd vəzilərinin xərçəngi riskini bir neçə dəfə azaldır