Qədim zamanlardan bu günə kimi insanların əsas problemlərindən biri sağlamlıqla bağlı olmuşdur. Səbəbi bilinən və ya hələ də naməlum qalan müxtəlif xəstəliklərlə insan övladı daima mübarizə aparmışdır. Bu mübarizələr zamanı insan övladının ən böyük yardımçıları, tibb elminin sirlərinə yiyələnmiş loğman, həkimlər olmuşdur.
Bunları qeyd etməkdə məqsədimiz, sizlər arasında səmimi, kiçik bir sorğu keçirməkdir.
Əziz xanımlar, yəqin ki, nə vaxtsa ginekoloqa(qadın həkimi) və ya pediatra(uşaq həkimi) müraciət etmisiniz. Xahiş edirik ki, həkimlərlə bağlı təcrübənizi bizimlə bölüşəsiniz.
Məsələn, Siz hansı həkimi çox rahatlıqla hər kəsə tövsiyyə edib, məsləhət görərdiniz və ya tutarlı səbəblərinizlə ümumiyyətlə məsləhət görmürsünüz?
P.S. - Cavablara məhdudiyyət yoxdur. Sərbəst şəkildə həkimin adını soyadını qeyd edə bilərsiniz.
Unutmayın, söhbət yalnız ginekoloq və pediatrlardan gedir!