Qadin.NET / "Bizim Tarla" Kompot məhsulu – "Ləziz və Əziyyətsiz"

"Bizim Tarla" Kompot məhsulu – "Ləziz və Əziyyətsiz"

 Kompot  fransız  sözüdür. Təzə və ya qurudulmuş meyvələrin, şəkər tozu ilə birlikdə qaynadılaraq hazırlandığı desert, içkidir.  Kompotun hazırlanması haqqında dəqiq tarixi məlumat olmasada, ənənəvi olaraq Şərqi Avropa ölkərinin milli mətbəxində hazırlanan içki kimi qəbul edilir. Təxminən 18-ci əsrdən sonra kütləvi halda istifadə və hazırlanmasına baxmayaraq, tarixinin daha əvvəllərə getdiyi  söylənilir.
 Bir çox ölkələrdə müxtəlif  formada,  təzə və ya qurudulmuş, eyni zamanda dondurulmuş meyvələr vasitəsi ilə hazırlanan bir çox kompot növləri vardır. Adətən kompotu yay aylarında hazırlayırlar. Lakin bir çox ölkələrdə kulinarlar öz kompot menyularını ölkə təbiətinin fəsillərə uyğun olaraq  yetişdirilməsinə imkan yaratdığı meyvələrə görə tərtib edirlər.  Bəzi meyvələrin yetişdirilməsi üçün xüsusi torpaq və iqlim şəraiti lazım gəldiyi üçün, uyğun olmayan regionlarda kompotların hazırlanmasında dondurulmuş meyvələrdən istifadə edilir.
 Kompotun hazırlanması zamanı tərkibindəki meyvə qədər, şəkər tozunun miqdarına da diqqət etmək lazımdır. Bəzən kompot hazırlandığında, zövqə görə ümumiyyətlə şəkər tozundan istifadə edilmir.
 Azərbaycan süfrələri üçün komputu milli içki növü kimi qiyməytləndirmək olar. Ölkənin müxtəlif regionlarında yetişdirilən meyvə və giləmeyvələrdən onlarla fərqli kompot növləri hazırlamaq mümkündür. Amma dəyərli xanımlarımızı düşünən “Bizim Tarla” markası varsa, əlavə əziyyətə ehtiyac yoxdur.
 Kompotu bir konserv məhsulu kimi qiymətləndirsək, xanımların həyatında konserv məhsulları dövrünü Bizim Tarladan əvvəl və sonrakı dövrə bölmək olar. Bizim Tarla məhsulları istehsalından əvvəlki dövrdə xanımlar bütün yayı evdə konserv məhsulları bağlamaqla keçirirdilər. İndi isə, evdə hazırlanmış kimi ləzzətli olan Bizim Tarla konservləri olduğu üçün xanımların həyatı rahatlaşıb və bütün yayı sevdiklərinə daha çox vaxt ayıra bilirlər.
 Azərbaycanın fərqli zonalarının meyvə bağlarından toplanan meyvələrlə hazırlanan 14 fərqli adda, Böyürtkən, Çiyələk, Ərik, Gavalı, Gilas, Göyəm, Heyva, Şaftalı, Yemişanlı feyxoa, Yemişanlı heyva, Zoğal, Albalı, Assorti alça, Alça kompotları qısa müddət ərzində istehlakçıların sevgisini və etibarını qazanmışdır.
 Hazırlanan məhsulların keyfiyyət standartlarına, milli ağız dadımıza uyğun ev üsulu ilə konservləşdirilməsinə nəzarət edilir. İstehlakçıların da dediyi kimi "Bizim Tarla" məhsulları evdə hazırlanmış kompotdan heç də fərqlənmir, əksinə qadınların rahatlığını təmin edir. Bu gün "Bizim Tarla" hər bir azərbaycanlının qürurla “yerli məhsul” deyə istehlak edə biləcəyi bir markadır. Bundan başqa "Bizim Tarla" məhsulları Azərbaycan məhsulu adı ilə dünyanın bir çox ölkəsinə ixrac edilir.
Esl ev kompotunun ləzzətini verən "Bizim Tarla" kompotları varsa, əziyyət çəkib evdə kompot bağlamağa dəyməz!

16 avqust 2012
GO BACK