Qadin.NET / Yaşanmış "MÖCÜZƏ"dən xatirələr...

Yaşanmış "MÖCÜZƏ"dən xatirələr...

Yaşanmış "MÖCÜZƏ"dən xatirələr...

  Beynəlxalq Analar günü hər may ayının ikinci bazar günü bütün dünyada sevinclə və həyəcanla qeyd olunur. Azərbaycanda bu xüsusi gün qeyd olunmasa da, bu il Möcüzə paket yağları bir ilki reallaşdıraraq bu bayramın adət-ənənəyə çevrilməsi üçün bir addım atdı və anaları unutmayaraq onların təbrik kampaniyasına başladı.

  Analar günü Amerikanın Vətəndaş müharibəsi illərindən sonra Julia Ward Howe tərəfindən analara olan hörməti göstərmək məqsədiylə qeyd olunmağa başlanmışdır. Howe analar günü fikirini Anna Jarvis-dən ilham alaraq ilk dəfə bayram kimi qeyd olunmasını təklif etdi. Anna Jarvis Vətəndaş müharibəsi əsnasında qadınların xüsusilə anaların daha gigiyenik mühitdə işini təmin etmək məqsədiylə böyük səylər göstərdi. Anna Jarvis qızına da yenə özü kimi Anna Jarvis adını vermişdi. Jarvis anasının bu sahədə fəaliyyətinə heyran idi və 10 May 1908 tarixində anasının olümünü anmaq üçün Grafton, West Virginia-dakı bir
kilsədə ilk analar gunu qeyd olundu. Bu gündən etibarən 45 əyalətə sürətlə yayılan analar günü qeyd etmələri 1912-ci ildə rəsmi olaraq qeyd olunmağa başlandı. 1914-ci ildə Amerika başçısı Woodrow Wilson analar gününü milli bayram günü olaraq qəbul etdi.

  Bu xüsusi gündə bütün uşaqlar, kiçik böyük fərqi olmadan analarına hədiyyə verirlər, bazarlarda canlanma yaranır, gül satıcıları inanılmaz dərəcədə satış edirlər. Böyük və güclü markalar məhsulları ilə analar üçün xüsusi kampaniyalar hazırlayırlar və yalnız analar gününə xüsusi reklamlar edirlər. Azərbaycanın marketinq bazarında indiyə qədər bu bayram diqqətdən kənar qalsa da, Möcüzə paket yağı ilk addımı ataraq həmin gün Park Bulvar AVM-də tədbir, facebook sosial şəbəkəsində status yarışması və xüsusi reklam çarxı ilə anaları təbrik etmisdir.

  Müsabiqənin şərtləri analara ünvanlanan ürək sözlərinin çox xal toplaması idi. Beləliklə facebook istifadəçiləri arasında ən çox xal yığan şəxslərə, “Möcüzə” paket yağlarının qiymətli hədiyyələri təqdim olunub.

  Bununla yanaşı keçirilən kampanyada beş min anaya “Möcüzə” paket yağları hədiyyə edildi. Həmçinin, kampaniya zamanı alış-veriş mərkəzinə gələn analara və uşaqlara bayram münasibətilə tort paylandı.

  “Möcüzə” paket yağının əsas məqsədi təbii ki, “ANA”ya olan sevgi hissini dilə gətirmək və bildirmək idi.

Bütün anaların keçmiş bayramını təbrik edirik!

Yaşanmış "MÖCÜZƏ"dən xatirələr... Yaşanmış "MÖCÜZƏ"dən xatirələr...
Yaşanmış "MÖCÜZƏ"dən xatirələr... Yaşanmış "MÖCÜZƏ"dən xatirələr...
Yaşanmış "MÖCÜZƏ"dən xatirələr... Yaşanmış "MÖCÜZƏ"dən xatirələr...
17 may 2012
GO BACK