Qadin.NET / Qadin.Net - 9 YAŞ

Qadin.Net - 9 YAŞ

Hər zaman olduğu kimi: kiçik tarixcə və statistika...
www.qadin.net - Azərbaycanın ilk milli qadın portalı 2009-cu il 4 fevral tarixində fəaliyyətə başlayıb.
Saytda istifadəçilər üçün açıq qeydiyyat 2010-cu il 13 fevral tarixindən başlanıb. 

4 fevral 2011-ci il tarixinə olan statistika:

4000 qeydiyyatlı istifadəçi, 1500 xəbər sayı və 45 fərqli bölmə. 
4 fevral 2012-ci il tarixinə olan statistika:
18000 qeydiyyatlı istifadəçi, 6000 xəbər sayı və 125 fərqli bölmə.

4 fevral 2013-cü il tarixinə olan statistika:
41500 qeydiyyatlı istifadəçi, 13000 xəbər sayı, 635.000 şərh sayı və 112 fərqli bölmə. 

4 fevral 2014-cü il tarixinə olan statistika:
82000 qeydiyyatlı istifadəçi, 26000 xəbər sayı, 885.000 şərh sayı və 128 fərqli bölmə.

4 fevral 2015-ci il tarixinə olan statistika:
96000 qeydiyyatlı istifadəçi, 43000 xəbər sayı, 1.045.000 şərh sayı və 142 fərqli bölmə.

4 fevral 2016-cı il tarixinə olan statistika:
100800 qeydiyyatlı istifadəçi, 53000 xəbər sayı, 1.115.000 şərh sayı və 142 fərqli bölmə.

Məlumatlısınız ki, komandamız heç bir zaman statistik göstəricilər, rəqəmlərlə öyünməyib. Günlük ziyarətçi sayının milyonlarla olması, yaxud qeydiyyatlı istifadəçi sayının astronomik rəqəmlərə çatması və s. – bütün bunlar bizim üçün prioritet məsələ olaraq heç bir zaman gündəmdə olmayıb.  

İşimizi nə üçün, necə, hansı düşüncələrlə gördüyümüzü də artıq bilirsiniz ))

Sadəcə ənənəyə sadiq qalaraq göstəriciləri sizlərin diqqətinə çatdırırıq:

04 fevral 2018-ci il -  165 000 qeydiyyatlı istifadəçi, 64000 xəbər sayı, 1.030.000 şərh sayı.

Qarşıda sizləri maraqlı yeniliklər gözləyir. Bizimlə qalıb, gözləməkdə fayda var.
Bu gün sizlərin şikayət, tənqid, irad, istək, arzu və təkliflərinizi öyrənmək istərdik.

Növbəti yaş günlərində sizlərlə eyni məkanı, tədbiri paylaşmaq arzusu ilə...

Sizli bizli, sevimli saytımızın 9-cu yaş günü mübarək olsun!

 

Hörmətlə,
Sizin Qadin.Net 

4 fevral 2018
GO BACK