Qadin.NET / İstifadəçi fəaliyyətinə kömək

İstifadəçi fəaliyyətinə kömək

 

İstifadəçi fəaliyyətinə kömək

 

Hörmətli istifadəçilər,saytımızın fəaliyyətinin bu günkü gününə qədər,çoxlarınızın maraqlı,mənalı xəbərləri ilə tanış olmuşuq və maarifləndirici materialları öyrənmişik. Saytımız inkişaf etdikcə belə bir ehtiyacımız yaranıb ki,yeni gələn istifadəçilərimizə istiqamət verək və onlara sayta daha maraqlı və keyfiyyətli məqalələr göndərmələri üçün şərait yaradaq.

Bunun üçün sayta xəbər göndərmək niyyətində olan istifadəçilər  "Görəsən necə xəbər hazırlasam?" və ya "Qadin.Net istifadəçilərinə necə fayda verə bilərəm?" suallarına cavab axtarırlarsa,cıxış yolu olaraq sizlərə saytın Baş redaktorunun birbaşa köməyini təqdim edirik.

Kömək nədən ibarət olacaq?

Sizlərə tərcümə edə bilməniz üçün saytımızın standartlarına uyğun seçilmiş xarici dilli məqalələr təqdim ediləcək və siz bu məqalələr üzərində işləyib onları  redaksiyaya göndərəcəksiniz.

Seçilmiş məqalələr hansı dillərdə təqdim ediləcək?

1.Türk dili

2.Rus dili

3.İngilis dili

Qeyd edek ki,müraciət edən istifadəçilərə təqdim olunan məqalələri tərcümə etmələri üçün vaxt məhdudiyyəti qoyulmayacaq.Burda hər zaman olduğu kimi keyfiyyət əsas götürülür.Biz heç yerə tələsmirik.Oxucularımıza keyfiyyətli materiallar təqdim edirik və bu prinsipə sadiq qalmağı üstün tuturuq.

Bu xəbəri hazırlamaqda məqsəd redaksiyaya daxil olan oxşar xəbərlərin qarşısını almaq,ən əsası istifadəçilərin qabiliyyətini inkişaf etdirmək,onların yaradıcılıq fəaliyyətinə şərait yaratmaq və bütövlükdə saytın umumi inkişafına nail olmaqdır.

 

Qeyd:  Tərcümələr zamanı mətnlərdə cümlələri tam diqqətlə oxumalı,xarici sözləri düzgün tərcümə etməli,qrammatika səhvlərinə yol verilməməlidir.Cümlədə sözlərin ahəng qanununa riayət olunmalıdır.

 

Yuxarıda göstərilən dillərdə tərcümə bacaran istifadəçilərimiz bunu şərhlər vasitəsilə bildirsinlər və sizlərlə əlaqə saxlayacayıq.


Hər birimizin inkişafı üçün uğurlar! smile


6 iyun 2011
GO BACK