Qadin.NET / 2016 - Bayramınız mübarək!

2016 - Bayramınız mübarək!

Beləcə bu gün, həyatımızda acılı-şirinli xatirələr buraxmış növbəti bir ili yola salırıq.

Uzun müddətdir, gecəli-gündüzlü, hər saatını, dəqiqəsini bizimli keçirmək arzusunda olan və elədə edən dəyərli ziyarətçilərimiz!

Dünyanın dörd bir yanından hər zaman bizləri izləyən dəyərli həmvətənlərimiz, bizlər sizləri mehriban bir ortamda toplamaq, sizi narahat edən problemlərdən azacıq da olsa uzaq tutacaq, eyni zamanda yaranmış olan boş vaxtınızı səmərəli şəkildə istifadə etməyiniz üçün bu məkanı yaratdıq. Bu ortamın əsl sahibləri məhz Sizlərsiniz! Az da olsa nələrəsə nail olmuşuqsa, naliyyətlərin hər birində Sizlərin əməyi əvəzolunmazdır!

Bu gün dünya azərbaycanlıları üçün ikiqat bayramdır! İlk növbədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və təbii ki, Yeni ilin gəlişi.

Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq dünya azərbaycanlıları, Sizlərin vətənimizdən kənarda qazandığınız bütün uğurları, bizlərin hər biri üçün böyük bir qürur mənbəyidir. Biz hər birimiz eyni vətənin, eyni torpağın, eyni millətin övladlarıyıq!

Bütün komandamızla tək hədəfimiz sizlərə faydalı olmaqdır. Ötən illərdə olduğu kimi, yeni ildə də bütün planlarımız, düşüncələrimiz, görüləcək işlər, yeni layihələr – hər biri məhz sizləri düşünərək reallaşdırılır!

Əziz həmvətənlər!
Bizimlə əməkdaşlıq edən dəyərli dostlarımız, bizlərə hər zaman dəstək olan bütün komanda üzvlərimiz və təbii ki, bu günlərə gəlməyimizdə əvəzsiz rolu olan SİZ – dəyərli istifadəçilərimiz!
Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və eləcə də Yeni ilin gəlişi münasibəti ilə səmimi qəlbdən təbrik edirik! Sizlərə sağlam, firəvan, xoşbəxtlik dolu həyat arzulayırıq!

Bütün uğursuz günləri ötən ildə qoyaraq, yeni ildə yeni həyata bəyaz bir səhifə açmağınız diləyi ilə...

Bayramınız mübarək!

31 dekabr 2015
GO BACK