Qadin.NET / Sən də bizə qoşul!

Sən də bizə qoşul!

Səndə bizə qoşul!


Dəyərli ziyarətçilərimiz və səhifəmizin daimi sakinləri!
Qadin.Net internet səhifəsi Azərbaycanın ilk milli virtual qadın jurnalı olaraq fəaliyyətə başlamış, çox keçmədən minlərlə insan tərəfindən dəstəklənən bir layihə olmuşdur. İlk əvvəllər yalnız xəbərlərlə başlanılsada daha sonra "Həkim məsləhəti", Video anlatım, "Yükləmələr" eləcədə bu kimi istifadəçilər tərəfindən çox bəyənilən bölmələr istifadəyə verildi. 4 fevral 2010-cu il tarixində kollektiv artıq 1 yaşını qeyd etdi. Bəli, Qadin.Net-in yaranmasından tam 12 ay keçdi. Bu müddət ərzində və gələcəkdə də bizim ən böyük istəyimiz, bir Azərbaycan xanımının virtual dünyada bütün istəklərinin, təlabatının qarşılanmasıdır. Təbii ki, bunun üçün vaxt lazımdır və ən əsası bu yolda - doğru yolda durmadan irəliləmək lazımdır.

Bütün bu qeyd edilənləri və gələcəklə bağlı layihələrimizi nəzərə alaraq, belə qərara gəldik ki, bütün istifadəçilərimizə bir müraciət ünvanlayaq!
Dəyərli istifadəçilərimiz!
Qadin.Net internet səhifəsində könüllü olaraq işləmək arzusunda olan hər bir kəsi komandamıza qoşulmaqa dəvət edirik. Gördüyünüz bölmələrdə xəbərlər yazmaq, eləcədə yeni bölümləri hazırlayıb inkşaf etdirmək niyyətində olan xanımlar və bəylər : buyurun biz sizi dinləyirik )
Bütün bunlarla yanaşı yeni ideya və fikirləri olan şəxslər də düşünmədən bizə müraciət edə bilərlər.

Əlaqə üçün:
E-mail: [email protected] ; [email protected]

P.S - "blog" sistemlərdə ildə 3-5 yazı yazıb, 10-15 sinif, qrup yoldaşının ziyarətçisi olduğu sayt sahibləri və sahibələri! Boş yerə vaxt itirməyin və özünüz özünüzə düzgün qiymət verin! Uğur, şöhrət qazanmamış, 1 səhifə yazı üçün "qonorar" tələbi olduqca gülüncdür ))

13 fevral 2010
GO BACK