Qadin.NET / Bayramınız mübarək!

Bayramınız mübarək!

Yeni təqvim ilinə sayılı saatlar qalıb...
Beləcə bu gün, növbəti bir ili yola salırıq...
Hər birimizə ikiqat bayramdır! İlk növbədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və təbii ki, Yeni təqvim ilinin gəlişini bayram kimi qeyd edirik.
Uzun müddətdir, gecəli-gündüzlü, hər saatını bizimlə keçirən hörmətli istifadəçilərimiz - bizim gördüyümüz və gələcəkdə görəcəyimiz bütün işlər, planlarımız, fikir və düşüncələrimiz - hamısı Sizlər üçündür! Dünyanın 100-dən çox ölkəsindən bizləri izləyən dəyərli həmvətənlərimiz, sizləri mehriban bir ortamda toplamaq, yaranmış boş vaxtınızı səmərəli şəkildə, öyrənib öyrədərək istifadə etməyiniz üçün bu məkanı yaratdıq. Bütün uğurlarımızda ən böyük pay sahibi əlbəttə ki, Sizlərsiniz!
Milli bayramla yanaşı bu günün Yeni təqvim ilinin gəlişiylə bağlı olduğunu da unutmuruq!
Əziz həmvətənlər!
Bizimlə əməkdaşlıq edən dəyərli dostlarımız, bizlərə istənilən mövzuda yorulmadan hər zaman dəstək olan bütün komanda üzvlərimiz və təbii ki, SİZ – dəyərli istifadəçilərimiz!
Hər birinizi ayrı-ayrılıqda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və eləcə də Yeni ilin gəlişi münasibəti ilə səmimi qəlbdən təbrik edirik! Sizlərə sağlam, firəvan, xoşbəxtlik dolu həyat arzulayırıq!
Yeni il hər biriniz üçün düşərli, uğurlu olsun!
Bayramınız mübarək!
31 dekabr 2014
GO BACK