Qadin.NET / Milli İnternet Mükafatı - Biz birinciyik!

Milli İnternet Mükafatı - Biz birinciyik!

Milli İnternet Mükafatı - Biz birinciyik!

MilliNet - Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Azərbaycan İnternetinin inkişafına təkan vermək, ən yaxşı milli İnternet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən Müsabiqəyə cari ilin Sentyabr ayında start verilib.
Rəsmi məlumata əsasən, bu il  Milli Net-ə 12 Nominasiya üzrə 401 sayt təqdim olunub və onlardan yalnız 319 sayt yarışmaya buraxılıb. Səsvermənin 1-ci mərhələsinin yekununda 12 Nominasiya üzrə 319 sayt arasından ən yaxşılar olan  84 sayt Nominant statusu alıb. Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan  Münsiflər Heyəti 2-ci səsvermə prosesində 84 Nominant arasından ən yaxşılarını seçiblər.

24 dekabr 2013-cü il tarixində Four Seasons Hotelində Milli Net 2013 qaliblərinin Təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində qaliblərə Milli Net –in əsas mükafatı təqdim olunub, fərqlənənlərə isə diplomlar verilib. Qaliblərə və fərqlənənlərə sponsor şirkətlərin qiymətli hədiyyələri də təqdim olunub.

Təqdimat mərasiminin  İnternet  vasitəsilə  canlı yayımlanıb. Canlı yayım 18:30-dan etibarən www.millinet.az   saytından izləyicilərə təqdim edilib.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN və Delta Telecom şirkəti Milli İnternet Mükafatına
müsabiqə boyunca dəstək vermişlər.

Belləliklə, Qaliblər:

Korporativ saytlar

1. http://www.cartoon.az

Qalib

2. http://bolkart.az

II yer

3. http://www.integralplus.az

III yer

İctimai-sosial saytlar

1. http://marketing.az/

Qalib

2. http://lorem.az

II yer

3. http://www.udpo.az

III yer

3. http://www.meneviyyat.az

III yer

 

Media və İnformasiya

1. http://gsr.fm             

Qalib

2. http://interaztv.com/

II

3. http://724news.az

III

 

Mədəniyyət, incəsənət və turizm saytları

1. http://tagmag.az                  

Qalib   

2. http://xan.musigi-dunya.az/

II

3. http://musiq.im

III

 

Ailə, uşaq və sağlamlıq

1. http://qadin.net  

Qalib

2. http://azadqadin.az/

II

3. http://leylek.az

III

 

Asudə vaxt, idman və əyləncə

1. http://manpasi.az

Qalib 

2. http://az.astroloq.com

II

3. http://tac.az

III

 

Bloqlar

1. http://techloq.com

Qalib   

2. http://www.mobustan.com

II

3. http://bakhishzade.com/

III

 

Elm və təhsil

1. http://e-book.az

Qalib 

2. www.z-aliyeva.edu.az

II

3. http://1001test.com

III

 

Dövlət və bələdiyyə saytları

1. http://www.e-gov.az

Qalib  

2. http://www.scwra.gov.az

II

3. http://www.bes.az

III

 

Xidmət (Servis)

1. http://manads.az

Qalib

2. http://nettrends.az

II

3. http://multibon.az

III

 

İstifadəçi kontenti üzərində qurulmuş saytlar

1. http://imho.az

Qalib

2. http://technet.az

II

3. http://3ds.az

III

 

Ən yaxşı sosial şəbəkə səhifəsi

1. https://www.facebook.com/azadliqradiosu

Qalib         

2. http://www.facebook.com/kenan.mecidov

II

3. http://www.facebook.com/integralPlus.az

III

Qaliblər siyahısından da gördüyünüz kimi, Ailə, uşaq və sağlamlıq Nominasiyasında 1-ci yere, qalib adına Qadin.Net saytı layiq görülüb.

Qadin.Net rəhbərliyi olaraq bu nailiyyəti uzun müddətdir görülən işlərin bəhrəsi kimi qiymətləndirir və bu qələbənin hər bir Qadin.Netlinin qələbəsi olduğunu xüsusilə qeyd etmək istəyirik. Təsadüfi deyil ki, sizlərin bizə göstərdiyi etimad, inamdan ruhlanaraq yola çıxan komandamızın, hər zaman doğru zamanda doğru işləri görməklə bu ada, əldə edilən qələbəyə layiq olduğunu bu sahənin mütəxəssisləri də yekdilliklə təsdiq edirlər.

Öz növbəmizdə, ölkənin, İlk Milli Qadın Portalı olaraq, görülən işləri yüksək qiymətləndirərək www.qadin.net layihəsini seçdikləri üçün ümumilikdə bütün "MilliNet komandasına" - mükafatın təsisşisi Azərbaycan İnternet Forumuna və şəxsən onun Prezidenti Osman bəy Gündüz cənablarına öz dərin minnətdarlığımızı bildiririk və ozümüzlə birlikdə bütün qalibləri də təbrik edirik!

Sizləri inandırırıq ki, bu uğurlar növbəti addımlarımız üçün bizə stimul verir. Bizlər hər zaman hər bir işin ən yaxşısını sizlərə təqdim etmək üçün çalışmışıq, eyni düşüncə, ruhda da davam edəcəyimizə kimsənin şübhəsi olmasın!

Bir daha sizli-bizli hər birimizi təbrik edir, uğurlarımızın daha çox olmasını, bu uğurları əldə etmək üçün gedilən yolda isə hər zamanki kimi şərəflə addımlayıb, mərd olmağımızı arzulayırıq!

Allah gördüyümüz işlərdə bizləri utandırmasın...

Milli İnternet Mükafatı - Biz birinciyik! Milli İnternet Mükafatı - Biz birinciyik!
25 dekabr 2013
GO BACK