Qadin.NET / YENİ - ÖDƏMƏ SƏHİFƏSİ

YENİ - ÖDƏMƏ SƏHİFƏSİ

Hörmətli istifadəçilər!

Hər zaman sizlərin rahatlığını düşünən Azərbaycanın ilk milli qadın portalı - Qadin.Net layihəsi növbəti bir xidməti sizlərin istifadəsinə təqdim edir!

Xidmət haqda: Əgər siz dəyərli vaxtınıza qənaət etmək istəyənlərdənsinizsə o zaman bu imkanlar tam sizə görədir! İstər kommunal, istər bank, kredit eyni zamanda bu formada olan onlarla ödəniş əməliyyatlarını aparmaq üçün artıq növbələrdə gözləməyə ehtiyac yoxdur! GoldenPay şirkətinin təqdim etdiyi onlayn ödəniş əməliyyatları xidmətinin köməkliyi ilə siz tam olaraq 71 fərqli qurumun xidmətlərindən onlayn ödəniş etməklə yararlana bilərsiniz. İstənilən kommunal xidmətlər (elektrik, qaz, su) mobil və şəhərlərarası telefon rabitəsi xidmətləri, internet provayderlərin təqdim etdiyi xidmətlər, kabel televiziyalarının təqdim etdiyi xidmətlər, banklarla bağlı kredit və digər ödəniş əməliyyatları, sığorta xidmətləri, eyni zamanda Tələbə Qəbulu üzrə Dövlət Kommissiyasının təqdim etdiyi xidmətləri heç bir yerə getmədən plastik kartlarınız vasitəsi ilə ödəyə bilərsiniz.

Ödəniş üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Müvafiq ödəniş əməliyyatını seçdikdən sonra plastik kartınızın məlumatlarını daxil edərək seçmiş olduğunuz xidmətin müqabilində, tərəfinizdən təyin edilmiş məbləği ödəmiş olursunuz. Ödənişlərdən sonra, əməliyyat uğurlu olduğu halda, ödəniş qəbzini öz elektron poçt ünvanınıza göndərə və ya çap edə bilərsiniz. Təqdim olunan ödəniş qəbzləri tam rəsmi qəbzlərdir və yarana biləcək hər hansı mübahisəli məqamlar zamanı rəsmi ödəniş qəbzi kimi istifadə edilə bilər.

Qeyd etdiyimiz kimi bu xidməti Azərbaycanın ilk onlayn ödəmə sistemi olan GoldenPay şirkəti sayəsində sizlərə təqdim edirik.
GoldenPay Azərbaycanda ilk onlayn ödəmə sistemidir. Şirkət Azərbaycanda elektron ticarətin inkişafında mühüm rol oynayır.

GoldenPay 2007-ci ilin iyul ayında yaranmışdır. 2008-ci ilin dekabr ayında GoldenPay rəsmi olaraq göstərdiyi xidmətlərin təqdimatını keçirmişdir.


Müştəri xidmətlərinə tez-tez ünvanlanan suallardan:

GoldenPay vasitəsilə ödəniş etdiyim zaman komissiya tutulurmu?
Xeyr. Kartınızdan yalnız ödəmək istədiyiniz məbləğ çıxılacaq.

CVC nömrə nədir?
CVC nömrə - Bank kartınızın arxasındakı 3 (üç) rəqəmli nömrədir. Bu təhlükəsizliyiniz üçündür. Kart nömrəniz oğurlandığı halda belə CVC nömrə olmadan saxta ödənişlər edilə bilməz.

Ödəmə zamanı xəta baş verdikdə, nə etməliyəm?
Xahiş edirik üzləşdiyiniz problem barədə daha aydın və ətraflı məlumatı [email protected] elektron poçt qutusuna göndərəsiniz.

Əməliyyatlarım təhlükəsizdirmi?
Bəli. GoldenPay bütün ödənişləri şifrələmək məqsədi ilə GeoTrust TL/SSL Encryption-dan istifadə edir. GeoTrust dünyada məlumatların şirfələnməsində liderdir.

Mənim kartımdan icazəsiz ödəniş edilibsə, nə etməliyəm?
Kart çıxarışınızda Sizə aid olmayan ödəniş aşkar etdikdə, xahiş edirik Bankınıza müraciət edəsiniz.

GoldenPay vasitəsi ilə ödəniş etdikdən sonra qəbzi çap edə bilərəmmi?
Bəli. Təsdiq səhifəmizdə “Çap et” imkanı mövcuddur. Orada Siz eyni zamanda 2 (iki) üsuldan istifadə edə bilərsiniz: Məlumatı Çap etmək və ya daxil etdiyiniz elektron poçt qutusuna göndərmək.

Qəbz mənim elektron ünvanıma göndərilməyib. Nə etməliyəm?
Xahiş edirik ödəniş barədə məlumatları [email protected] ünvanına göndərin. GoldenPay şirkətinin əməkdaşları məmnuniyyətlə qəbzi Sizə göndərəcək.

Qəbz rəsmi hesab edilirmi?
Bəli. GoldenPay təqdim etdiyi qəbz tam rəsmi sayılır və ödənişin təsdiqi kimi istifadə edilə bilər. Ödəniş etdiyiniz müəssisə ilə bu barədə hər hansı narazılığınız yaranarsa, xahiş edirik [email protected] elektron poçt qutusuna yazasınız.

 

Qeyd edilən ünvandan istifadə etməklə hər zaman birbaşa ödənişlər səhifəsinə daxil ola bilərsiniz: http://pay.qadin.net

 

19 noyabr 2013
GO BACK