Qadin.NET / Qadin.Net Facebook-da (100.000)

Qadin.Net Facebook-da (100.000)

Qadin.Net Facebook-da (100.000)

Artıq Facebook sözü demək olar ki,hər gün dilimizdədir.

Bütün dünyada olduğunu kimi Azərbaycanda da sosial şəbəkələrə maraq gündən-günə artır. 

Hazırda 800 milyondan çox üzvü olan Facebook  8 ildir həyatımızdadır. Facebookun etdiyi yeganə iş insanlar arasında şəbəkə qurmaqdır. Ondan dünyada milyonlarla insan istifadə edir. Azərbaycanda da istifadəçilərin sayı sürətlə artır. Bildiyiniz kimi Türkiyə Facebookda ən çox istifadəçi olan ölkələr sırasındadır.

Bəziləri Facebookun mənfi təsirlərinin müsbət tərəflərindən daha çox olduğunu düşünür.Bəziləri isə düzgün istifadə ediləndə sosial şəbəkələrin gənclərin inkişafında böyük rol oynaya biləcəyini dilə gətirir. Amma unutmayaq ki, şəxslərlə yanaşı böyük şirkətlər də sosial şəbəkələrdən yetərincə yararlanır. 

Dünyanı "torları" arasına alan Facebookdan isitfadə edən AzNetin milli saytları içərisində özünəməxsusluğu ilə seçilən ailələrdən biri də Qadin.Net saytının eyni adlı rəsmi facebook səhifəsidir. https://www.facebook.com/Qadin.Net

Qadin.Net saytı statistik göstərisicinə görə qadın saytları içərisində liderdir.Bu liderliyi facebook sosial məkanında da qoruyub saxlayır.Səhifənin bəyənmə sayı gün keçdikcə artmaqdadır,paylaşmalara yetərli bəyənmə və rəylər gəlir.Səhifə istifadəçiləri olduqca səviyyəli müzakirələr aparırlar.Hətta həvəslənib özləri də fikirlərini və ya hekayələrini bizlərlə paylaşırlar.

Səhifəmiz elə saytımız kimi rəngarəngdir.Müxtəlif mövzularda albomlarımız mövcuddur.

Hər albomda mövzuya uyğun paylaşmalar yer almışdır. Gözəllik albomundan tutmuş,mətbəx,sevgi,etiraflar,münasibətlər,moda,hekayələr və s. adda albomlar yaradılmışdır.

Səhifmizdə mobil internetdən istifadə edən istifadəçilərimiz var ki,onlar saytdan paylaşılan linkləri  görməkdə çətinlik çəkirlər.Bizlər onları da düşümüşük.Hər gün onların maraq dairəsidə olan mövzuları tam halda səhifədə paylaşırıq.

Səhifə performasını kənardan izləyən reklamçılar qadın sektoruna aid reklamlarla  tez-tez müraciətlər edirlər.Bu bizlərin fərqliliyimizin real göstəricisidir.

Qadin.Net Facebook-da (100.000)

Bəzən səhəfədə əyləncəli yarışmalar və oyunlar da keçiririk...Səhifə üzvləri burda məlumatlandırıcı xəbərləri oxumaqla yanaşı həm də istirahət etmiş olurlar.

Qadin.Net Facebook-da (100.000)

https://www.facebook.com/Qadin.Net səhifəsinin inkişafında əməyi keçən həmkarlarım Aysel (Tormento), xanım,Aqşin Kərimli,Niyaz Bəhlulzadə, Şəfa (İceberg) xanıma ,eləcə də adlarını burda qeyd etmədiyim bütün facebook dostlarıma və bizə dəstək olan digər səhifə adminlərinə dərin minnətdarlığımızı bildiririk.

 

Qadin.Net Facebook-da (100.000)
25 may 2012
GO BACK