Qadin.NET / Bir parça təbəssüm!

Bir parça təbəssüm!

Hörmətli istifadəçilər!

Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq, 14.03.2012-ci il tarixində "Aydın Sabah" İctimai Birliyinin rəhbərliyi və təşkilatçılığı ilə 3 saylı internat məktəbində xeyriyyə tədbiri keçiriləcəkdir. "Bir parça təbəssüm" adlanan, saat 12:00-da başlayacaq tədbirə hər biriniz dəvətlisiniz!

Tədbirdə incəsənət ustaları, tanınmış reperlər, eyni zamanda, "Sözüm var" (SPACE TV) meyxana yarışmasının qalibi, meyxana ustası Emil Buzovnalı çıxış edəcəkdir.

Bayram günlərində körpələrin sevincinə sizlər də şərik olmaq, onlara hər hansı formada yardım etmək istəyirsinizsə aşağıda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamağınızı xahiş edirik. Unutmayaq ki, bizlər üçün çox kiçik sayılacaq maddi və ya hər birimizin borcu olan mənəvi dəstək onlarla insanın, məhz həmin körpələrin üzündə uzun müddət unudulmayacaq təbəssümə səbəb olacaq!

Allah hər birinizdən razı olsun!
Tel.: +99455 516 87 23

P.S. - tədbir haqqında ətraflı məlumatı saytımız vasitəsi ilə əldə edə biləcəksiniz.

15.03.2012 - Tədbirin təfərrüatları

Nizami rayonu Ordubadi küçəsi 3 saylı Əqli və fiziki cəhətdən qüsurlu uşaqların xususi internat məktəbində baş tutan tədbirdə çoxsaylı qonaqlar oldu. Söz verib gəlməyənlər də oldu, Söz verməyib gələndə…
Tədbirimizdə tanınmış reperlər və meyxana ustası Emin Buzovnalı iştirak etdi. Rejissor-aktyor Rüfət NəzərAGAT-ın rəhbəri Gülsel xanım da bu sevincli günümuzü bizimlə bölüşdü.
Tədbirimizə daha bir dəstək Dövlət İdarəçilik Akademiyasının Art clubundan və onun tələbələrindən gəldi. Təsisçi rəhbərimiz olan Fərahim Haciyevin təşkilatçılığı ilə gələn tələbələr bir-birindən gözəl çıxışlar edərək uşaqları sevindirdilər. Daha sonra uşaqlarla daha yaxın olmaq üçün çay süfresi təşkil olunaraq balalarımızla söhbət edib müəyyən oyunlar oynanıldı. Beləcə dörd saata yaxın bədii proqram davam etdi.

Mənbə: "Aydın Sabah" İctimai Birliyi



10 mart 2012
GO BACK