Qadin.NET / Bəyəndim (Like)

Bəyəndim (Like)

Hörmətli istifadəçilər Qadın.net-dən bir yenilik daha!!! Artıq siz hər hansı bir yazıya səs verməklə və ya öz fikirlərinizi - rəylərinizi bildirməklə yanaşı yazını bəyəndiyinizi də bildirə bilərsiniz. Əgər yazını istifadəçi 1 yazıbsa istifadəçi 2 həmin yazını bəyəndiyini bildirirsə istifadəçi 1-ə istifadəçi 2-nin yazını bəyəndiyi haqda məlumatlandırıcı xəbərdarlıq göndərilir və bu formada istifadəçi 1 onun yazısının kimlər tərfindən bəyənildiyi haqda xəbardar olur. Aşağıdakı şəkildə bəyəndim düyməsi(soldan birinci qadın.net loqosu ilə) göstərilmişdir.

Gördüyünüz kimi Bəyəndim düyməsinin yanında 1 rəqəmi göstərilmişdir. 1 müvafiq yazını bəyənən istifadəçilərin sayını göstərir.
Bundan əlavə siz şərhlərdə də bəyəndim düyməsi vasitəilə bəyəndiyinizi bildirə bilərsiniz.
Aşağıdakı şəkildə isə şərhlərdə bəyəndim düyməsni görürsünüz.

Gördüyünüz kimi şərhlərdə bəyəndim düyməsi ürək formasında göstərilib. Yuxarlda qeyd edildiyi kimi burada da düymənin yanında göstərilmiş 2 rəqəmi həmin şərhi bəyənən istifadəçilərin sayının göstərir və hər dəfə əgər hər hansı bir istifadəçi göstərilmiş şərhi bəyəndikdə şərhi yazan istifadəçiyə müvafiq xəbərdarlıq göndərilir. Xərədarlıq da isə hansı yazıya yazılmış şərhdə və istifadəçinin hansı şərhinin hansı istifadəçi tərəfindən bəyənildiyi göstərilir.
Ümidvarıq ki, bu yenilik sizin ürəyinizcə olacaq...
Qeyd: Əgər yeniliyi bəyəndinizsə... bəyəndiyinizi bildirməyi unutmayın!

25 fevral 2012
GO BACK