Qadin.NET / Bayramınız mübarək!

Bayramınız mübarək!

Bayramınız mübarək!
  Hörmətli istifadəçilər!
  Beləcə bu gün, həyatımızda acılı-şirinli xatirələr buraxmış növbəti bir ili yola salırıq. Son 12 ay ərzində uğur göstəricilərimiz artdı ki, azalmadı! Təxminən iki il öncə biz sıralarımıza yeni qoşulanların sayını onlarla sayırdıq. Artıq bu say artımı yüzlər deyil, minlərlə ölçülür.  Biz başqaları kimi yalançı rəqəmlər və ya istifadəçisi olduğu sayta aylarla gəlməyən istifadəçilərlə öyünmürük! Gedənlər olmadımı? Mütləq ki, olmuşdur! Vaxtı ilə hər gün sevimli saytını ziyarət etməyə tələsən, lakin müəyyən vaxt sonra bəzi fikir ayrılıqları üzündən bizlərdən ayrılan insanlar - biz Sizlərə və Sizlərin qərarlarınıza da böyük hörmətlə yanaşırıq. Siz belə qərar vermisinizsə, dəməli sizin üçün ən doğrusu elə budur!
  Uzun müddətdir, gecəli-gündüzlü, hər saatını, dəqiqəsini bizimli keçirmək arzusunda olan və elədə edən dəyərli daimi üzvlərimiz - Sizlər bizim baş tacımızsınız! Bizim bütün layihələrimiz, gələcək üçün planlarımız, fikir və düşüncələrimiz - hamısı Sizlər üçündür! Dünyanın dörd bir yanından hər zaman bizləri izləyən dəyərli həmvətənlərimiz, bizlər sizləri mehriban bir ortamda toplamaq, sizi narahat edən problemlərdən azacıq da olsa uzaq tutacaq, eyni zamanda yaranmış olan boş vaxtınızı səmərəli şəkildə istifadə etməyiniz üçün bu məkanı yaratdıq. Bu ortamın əsl sahibləri məhz Sizlərsiniz! Kiçik də olsa nələrəsə nail olmuşuqsa, hamısını Sizlərə borcluyuq smile
  İki fərqli istifadəçi tipini, eyni zamanda rəhbərliyin fikirlərini qeyd etməyimiz - Yeni illə yanaşı bu günün Dünya Azərbaycanlılarının Həmrəylik Günü olmasını xatırlatmaq istəyimizdən irəli gəlir.
Hər birimizi, hər zaman harada olmağımızdan asılı olmayaraq bir-birimizə dəstək olmağa çağırırıq. Bizləri sevməyən, kənarda dayanıb səhvlərimizi gözləyənlərin gözlərini həmişə intizarda qoyaq! Məhz bu arzu və istəklərlə, əzizlər, yaxınlar, uzaqlar, qohumlar, qonşular, dostlar, küsənlər, barışanlar bir sözlə - Bayramınız mübarək əziz HƏMVƏTƏNLƏRİMİZ!!!
  Əlbəttə ki, milli rəng çalarları qatdığımız bayramın - Yeni ilin gəlişiylə bağlı olduğunu da unutmuruq! Biz sizlərə arzu və istəklərlə dolu bir çox sözlər söyləyə bilərik. Lakin, yalnız bir cümlə ilə söyləyəcəyimiz təbrik ümid edirik ki, hər kəsin ürəyincə olacaq:
Allah Sizləri arzularınıza çatdırsın!
Administrasiyadan ən xoş arzularla...
31 dekabr 2011
GO BACK