Qadin.NET / Natəvan K:"Əkiz oğlan uşaqlarını oğurlayardım..."

Natəvan K:"Əkiz oğlan uşaqlarını oğurlayardım..."

Natəvan K:"Əkiz oğlan  uşaqlarını oğurlayardım..."


Adı:  Kərəmova Natəvan

Doğum tarixi:  5 Dekabr 1976  

Yaşayış yeri:   Azərbaycan, Bakı  

Qeydiyyat: 4 may 2011 18:37
Ilk xəbəri-yoxdu

İlk şərhi-Həkim məsləhəti

Ailəlidir

 

Shoko.Salam.

İlk öncə təklifi qəbul edib, səmimi müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik...

Başlayaq ?! )))

Özünüzü təqdim edin.

Dr.Nata. Mən Kərəmova Natəvan Yadulla qızı 5 dekabr 1976-cı ildə Siyəzən şəhərində müəllim ailəsində anadan olmuşam. Orta təhsilimi orada 1 saylı orta məktəbdə almışam. 1995-2002-ci illərdə ATU-da ali təhsil almışam,sonra isə aspiranturaya daxil olmuş və 2010- cu ildə fəlsəfə doktoru elmi dərəcəsini müdafiə etmişəm. 2001 -ci ildən həkim kimi fəaliyyət göstərirəm, ixtisasım-psixonevropotoloq. Ailəliyəm.Bakıda yaşayıram.

 

Shoko.Bizi necə tapmısız, yadınızdadırmı? )

Dr.Nata.Çox təsadüfən facebookda sizin sayta rast gəldim,açdım, baxdım və çox sevindim.Elə həmin andaca sizin kollektivə təşəkkür məktubu yazıb, belə yüksək səviyyəli sayt yaratdıqlarına görə minnətdarlığımı bildirdim.


Shoko. “Dr.Nata” özünü burada necə hiss edir?

Dr.Nata.Mən həmişə özümü hər yerdə həkim kimi hiss edirəm.

 

Shoko.Sizin fikrinizcə bizi digərlərindən fərqləndirən nədir?

Dr.Nata.Ən böyük fərq-düz və saf məsləhətlərlə azəri qadınlarımıza kömək etməkdir. Bu saytda əxlaqi dəyərlərin üstünlük təşkil etməsi, evdarlıq və davranış qaydalarının düzgün istiqamətli təbliği, mənəvi istirahət və zəngin informasiyalar əldə etmək imkanının olması təqdirə layiq haldır. Müasir saytlarda insan axtardıqlarının hamısını bir yerdə tapa bilmir, burada isə normal insanı maraqlandıran hər növ məlumat var.

 

Shoko.“Dr.Nata” üçün saytda çatışmayan nədir?

Dr.Nata.Bir az qəliz sual oldu. Mən istərdim ki, dini məsləhət güşəsi də yaradasız. Bunu həmişə saytda gözüm axtarır.

 

Shoko.Bu sualı birdən-birə vermədim. Çünki adətən insanlar nədənsə narazı olur həmişə...

Dr.Nata .Hər bir insanın arzularında , xəyallarında ideallaşdırdığı bir aləm-həyat var.Əgər  rast gədiyimiz hadisələr bizim xəyallarımıza ziddirsə,  və ya tam uyğun gəlmirsə, təbii ki, bu narazılığın yaranmasına səbəb ola bilər. Məncə insan yüksək məntiqə və dərketməyə malikdirsə, o hər gün şükür etməli və ondan da pis vəziyyətdə olanları unutmasa, narazı qalmamalıdır...

 

Shoko.İnsanlar xasiyyət baxımından çox müxtəlifdirlər. Sizin üçün hansı tip insanlarla ünsiyyətdə olmaq, problemləri, həyatı, yaşamı paşlaşmaq daha xoşdur və ümumiyyətlə həmsöhbət seçərkən ən çox nələrə diqqət edirsiniz?

Dr.Nata.Mən səmimi insanları cox sevirəm.ilk cümləsindən anlayıram ki, bu insan necə xasiyyətə malikdir və onunla söhbəti davam etdirmək olarmı.. Mənim həmsöhbətim mənim kimi olmalidir-yəni, eyni fikirli, saf dünyagörüşlü, danışığına və hərəkətlərinə fikir verən, qəlb sındırmayan, gülərüz və insani keyfiyyətləri qiymətləndirən..kobud, acı dilli, özündən razı, laqeyd və iki üzlü insanlara nifrət edirəm, mümkün qədər elələrindən uzaq olmağa çalışıram.

 

Shoko.Yəqin elə insanlar da var ki, onlara baxdıqda bir çox işlərdən sanki soyuyursunuz... Sizi həvəsdən salan nələrdir?

Dr.Nata.Elə insanlar  çoxdur..Mən haqsızlıq görəndə nəinki işdən soyuyuram, hətta yaşamaq həvəsim belə ölür. İndiki zamanda isə haqsızlıq baş alıb gedir. Allah hamımıza səbr versin!!

 

Shoko.Hər hansı bir işdə müvəffəqiyyətə nail olmaq üçün başlıca meyar nəyi hesab edirsiniz?

Dr.Nata.Mən həmişə hesab edirəm ki, insanın istənilən muvəffəqiyyəti alın yazısıdır. Təbii ki, burada başlıca meyar  kimi yuksək səviyyəli intellekt və biliyin olması zəruridir.

 

Shoko.Həyatda elə nüanslar varmı ki, danışmaq istəyirsiniz amma müəyyən şeylərə görə susursunuz? Əgər varsa, sizi susmaga məcbur edən amillər hansılardır?

Dr.Nata.Bəli, var. Ümumiyyətlə, həmişə danışmaqdan çox, susmağa üstünlük verirəm. Belə halda həmsöhbətimi daha yaxşı tanıya bilirəm. İlk öncə, əxlaqıma, idealogiyama xas olmayan söhbətlər zamanı,susuram.

 

Shoko. İnsanlar çox tez-tez həyatı filmə, özlərini - ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?

Dr.Nata. Mən özümü  heç bir obraza bənzədə bilmirəm.Ümumiyyətlə isə,həyati-tarixi filmləri sevirəm və "Yusif peyğəmbər" filmində Züleyxa obrazı çox gözəl yaradılıb, aktrisa  bunu çox gözəl oynayır. Bu filmə baxdıqca, mən az qala özümdə onun yaşadığı əzabları hiss edirdim.

 

Shoko.Dərmanım olsada səndə, ölərəm istəmərəm!

Səndə hər dərdimə hər dərman olub neyləmisən?!

Bu sevgi bir bəladır.

Niyə belə olur? Sevdiyin sevmir, sevəni də sevə bilmirsən ))

Dr.Nata. SEVGI-Allahın insana bəxş etdiyi nemətlərdən biridir və hər adama qismət olmur.Gərək insan olanı sevəsən, SEVDİYİN adam sənı başa düşsün və o insan sənin tayın olmalıdır. Belə olan halda sevdiyin səni sevəcək...

 

Shoko.Hər bir insanın həyatda dostları, qəlbə yaxın insanları var. Sənin bu seçimində valideynlərinin, ailə üzvlərinin rolu olubmu? Yoxsa onlar sənin atdığın istənilən addımı dəstəkləyir

Dr.Nata. Həqiqətən, mənim dostlarım çoxdur.Amma bu dostlar illərin sınaqından çıxanlardır və ailəmin burada iştirakı yoxdur desəm, düz olar.Anam və atam bu həyatda məni dəstəkləyən ən böyük qüvvəyə malik insanlardır. Allah bütün valideynlərə can sağlığı versin!

 

Shoko.Ümumiyyətlə valideynlərin evladlarını istənilən addımda, doğru və ya yalnış, dəstəkləməsinə münasibətin necədir? Bu gələcəkdə yarana biləcək hər-hansı problemlər üçün stimul ola bilərmi?

Dr.Nata. Mənim fikrimcə, valideyn övladını yalnız düz yolda olarkən dəstəkləməli,yanlış yoldan çəkindirməlidir.Gələcəkdə yarana bilən problemlərin mənbəyi tərbiyənin düzgün aparılmamasıdır.

 

 

Shoko.Niyə virtual dostluqlar ancaq burada qalır, real müstəviyə keçmir?

Dr.Nata. Mənim həm virtual, həmdə virtualdan reallığa keçmiş dostlarim çoxdur.Təbii ki,sevmədiyim insan olduqda, virtual dünyada onunla əlaqəni kəsmək çox rahatdir və bu baxımdan elə insanlarla kontaktda olduqdan sonra, xasiyyəti tanıdıqdan sonra uzaqlaşmağa üstünlük verirəm. Real dostluğa keçmək üçün o insan sənin yanında etibar qazanmalıdır.10 ildən çox dostluq etdiyim virtualdan real olan insanlar var.

 

Shoko.Burada tanış olduğun, tanıdığın insanlardan ən çox kimi görmək arzusundasan? Kimi görmək sənin üçün çox maraqlı olardı?

Dr.Nata. ilk növbədə Selcan xanımı, sizi və bir neçə nəfər də var.Mənə ele gəlir ki, bu insanlarla yaxshi həmsöhbət və dost olmaq olar.

 

Shoko.Yəqinki müsahibələrdə, qarşılıqlı söhbətlər zamanı tez-tez eşitmisən ki, bəzən suallara belə cavablar gəlir: “Nə bilim, Ola bilər, Bilmirəm, Bəlkədə və s.”  Bu nədən  irəli gəlir, cavab vermək çox çətindir yoxsa ki, susub razılaşmağın başqa bir formasıdır?

Dr.Nata.Belə cavabı adətən saullardan yayınmaq kimi qiymətləndirirəm. NORMAL İNSAN nə etdiyini,nə istədiyini, nə danışdığını həmişə bilir. Bəzən məsuliyyət daşımamaq üçün, bəzən saymamazlıq, çox az hallarda həqiqətən bilməməyi gostərir. Məncə bu zaman yalan -gerçəyi insanın gözünə baxan kimi bilmək olur.

 

Shoko.Özünüzə etibar etdiyiniz kimi, kiməsə etibar edirsinizmi?

Dr.Nata. Ailəmə və ən yaxın 3 rəfiqəmə etibar edirəm.

 

Shoko.Bəs həyat yoldaşınız niyə bu suyahıda yoxdur?

Dr.Nata. Ona görə ki, mən həyat yoldaşıma o qədər etibar etmirəm və bu insan bəzən etdiyi haqsızlıqlar ilə inamın itməsinə səbəb olub.

 

Shoko.Həyatda bir dəfə oğurluq etmək cinayət olmasaydı, nəyi oğurlayardınız?

Dr.Nata. Əkiz oğlan  uşaqlarını oğurlayardım.. Mənim indi onlara çox ehtiyacım var.. Allah hamının arzusunu həyata keçirsin,bizimlə bahəm!Dayaq kimi təsvir edirəm onları... Özümü çox tənha hiss edirəm.. Elə bilirəm övaldım mənə qol-qanad olar. Bu hələ ki, arzu olaraq qalır mənim üçün. Allah eşitsin!

 

Shoko. Bəs problemli bir evlilikdə uşaq dünyaya gətirmək nə dərəcədə düzgündür ?

Dr.Nata.Fikirləşirəm ki ailə dağıtmaq asan olsa da, onun stresindən çıxmaq demək olar ki, mümkün deyil. Biz sevib evlənmişik.Onun etdiklərinə hələ dözmək mümkündür və inanıram ki, tezliklə haqq yoluna qayıdacaq. Övlad isə en çox anaya lazımdır. Allah özü qismət etsin!

 

Shoko. “Kaş ki, ...................”  “Dr.Nata.” bu cümləni necə tamamlamaq istəyərdi?

Dr.Nata. Kaş ki, yenidən dünyaya gələrdim...

Yenidən dünyaya gəlsəydim, filoloq olardım. Hal-hazırda mən öz sənətimi sevirəm, amma ədəbiyyata olan marağım çox böyukdür.Məhz, bu səbəbdən....

 

Shoko.Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə həmiyyətlidir?

Dr.Nata. Mənə elə gəlir ki, qadın mütləq oxumali, sənət -peşə sahibi olmalıdır. Kişi oxumasa da hər hansı fiziki işlə məşğul ola bilər, gecə- gündüz iş dalınca gedə bilər və onlara bu çox vaxt çətin olmur. Qadın incə məxluqdur və hər zaman qayğıya ehtiyacı var. Təhsilli qadın tək qalsa belə, həm ailəsini saxlamaq üçün işləyər və özünə baxmağa da vaxt ayıra bilər. Eyni zamanda, oxumuş qadın daha yüksək nəaliyyətlərə sahib ola bilər və onun ailəsi ilə də zaman keçirməyə vaxtı qalar. Özünüz bilirsiz ki, fiziki əməklə məşğul olanlara deyilənləri aid etmək çətindir.

 

Shoko.Milli deyimlərə dayalı bir çox məsəllər çəkilir. Misal üçün deyirlər ki, qadın gərək evində, mətbəxində oturub bozbaşını bişirsin. Yəni bir növ ictimai həyatdan kənar qalsın. Sənin bu kimi fikirlərə münasibətini öyrənək...

Dr.Nata. Milli deyimlərə hörmətim var,amma müasir dövrümüzə onlardan çoxu köhnəlmiş sayılır. Müasir elmi -texniki inqilabın inkişafında,siyasətdə və demək olar ki, bütün fəaliyyət sahələrində qadınların rolu əvəzsizdir.Qadın həm ana, həm də dövlət başçısı ola bilər. Bizim milli qadınlarımızın əksəriyyəti həm işləyir, həm də siz dediyiniz kimi evdə "bozbaş" bişirir.

 

Shoko.Deyirlər ki, dünya aldanıb, aldananlar səltənətidir. Siz bu dünyada kimi aldadıb, kimə aldanmısınız? ))

Dr.Nata. Bu sual bir az çətin oldu. Mən inanmağı sevirəm və bu səbəbdən də bəzən zənnimdə aldanmış olduğumu görürəm. aldatmaq- yəni yalan danışmaq isə sevmədiyim bir faktordur. Həqiqət nə qədər acı olsada, o qədər insanı günahlardan qoruyur. Bəzən ağır xəstələrim olanda və bu həyatı əhəmiyyət kəsb edərsə, o zaman onlara yalan deyərək aldatmaq məcburiyyətində oluram. buna isə adətən "müqəddəs "hərəkət deyirlər. Allah qorusun ağır yalanlardan!

 

Shoko.Teleseriallar çoxmu vaxt alır? ))

Dr.Nata. Bu günə kimi teleseriala baxmamışam desəm, doğru olar. Mənim üçün vaxt qıtlığı mövcuddur.Hərdən sutkanın 24 yox, 28 saat olmasını arzu edirəm. Bəlkə o zaman , mən istirahət etməyə vaxt tapa bilərəm.

 

 

Shoko. “Dr.Nata.”-nin həyatında incə teli, sarı simi...

Dr.Nata. Ana və atam. bu insanlar mənə nə isə desə bu qanundur. Hətta həyatım bahasına olsa belə, mən bunu edəcəm.onların səsini eşidəndə,bütün yorğunluğum gedir, əsəblərim sakitləşir,mənə enerıji-qüvvə gəlir. Məhz onlar mənə mənəvi kömək etməsəydi, yəqin mən nə həkim, nə də alim ola bilərdim. allahdan bütün ana - və atalara uzun ömür arzulayıram!

 

Shoko.Ayrılıq, Göz yaşı, Həsrət...  Bəs sonu?

Dr.Nata.SONU -Allahın hidayəti ilə səbr tapmaq və vəziyyətə uyğunlaşmaq.....

 

Shoko.İnsan hər dəfə itirdiyində, həyata baxışında yeni, fərqli bir pəncərə açılır. Sonda isə bizə qalan peşmançılıq olur. O addımları biz atırıq, o səhvləri də biz edirik. Niyə axı peşman olaq?

Dr.Nata.Əslində peşman olmaq yaxşı xüsusiyyətdir, çünki, biz səhvimizi başa düşürük və onu təkrar etməməliyik. Əgər yenidən eyni vəziyyətə düşürüksə, günah bizim özümüzdədir.peşman olmamaq üçün yüz ölçüb, bir biçərək hərəkət etmək lazımdır.Allah qorusun ağır peşmançılıqdan!!

 

Shoko. “Arzuya çatanlar vaxtsız qocalmaz” – qocalmamısanki hələ? ))

Dr.Nata.Qətiyyən yox.. Dekabrda 35 yaşım olacaq, amma mən hədə özümü 17 yaşda hiss edirəm. Qəlbim çox cavandır, zahirən olmasada...qocalmağa hələ çox var.

 

Shoko.Heç kimə demədiyin, deyə bilmədiyin bir sirrin varsa, bizimlə bölüşə bilərsənmi? ))

Dr.Nata.Elə bir sirrim yoxdur. mən açıq adamam.allahdan gizli olmayan sirrimiz olmadiğı kimi., bəndədən də gizli sirrimiz yoxdur.

 

Shoko.Qəliz, “fəlsəfi” suallarla çox yormadıq ki, səni? ))

Dr.Nata. mən fəlsəfəni sevirəm. yorulmadım...

 

Shoko.Bütün dediklərini olduğu kimi, heç nəyə toxunmadan hər kəsə təqdim edəcəm. Bəlkə hansısa fikrini, cavabını dəyişmək istəyirsən? )

Dr.Nata. Məsləhət sizindir. Siz sual verdiniz,mən cavab verdim. Necə istəyirsiz elə təqdim edin.

 

Shoko.Bizlərə son sözün, arzu və istəklərin, iradların, şikayətlərinlə söhbəti yekunlaşdıraq...

Dr.Nata. Son sözüm: Sizin saytın hər zaman yüksək zirvələrdə olmasını,saytda əziyyəti olanlara can sağlığı uzun ömür, uğurlar arzu edirəm. Bütün xoş niyyətli xanımlarımıza ailə səadəti, analıq sevinci və ləyaqtli ömür yolu diləyirəm  müqqəddəs Tanrımızdan.. hər bir azəri qızına göz yaşından kənar və sevgi ilə dolu günlər arzu edirəm!

İstəklərim: millətimin savadlı və yüksək intellektual səviyyəyə sahib olmasını istərdim..

İradım da var: xanımlarımızın əksəriyyəti öz işini asan tutaraq, əvvəlki informasyaları oxumurlar. bəzən eyni suala dəfələrlə cavab yazmaq lazım gəlir. çox istərdim ki,nəzərə alsınlar ki, oxucu kütləsi çoxdur, mən isə təkəm hələlik...

Şikayətim isə, bəzən qeyri-əxlaqi mesajlar və suallardır..

Xahişim də var: mənə abort etdirmək,qizliq pərdəsinin tikilməsi, cinsi əlaqələr kimi suallar verməyin.. belə mövzuları xoşlamıram..

Sizə təşəkkür edirəm ki, əziyyətimizi çəkirsiz. Sağ olun diqqətiniz üçün..

Müsahibə üçün  təşəkkürlər...

5 dekabr 2011
GO BACK