Əziz Qadın.net xanımları bu xəbəri hazırlayarkən düşünürdüm ki,mənə gələn cavabların çoxunda dırnaq yemek,yatarkən koruldamaq kimi pis vərdişlələ rastlaşacam.Lakin cavablarınızı gördükdə cox müxtəlif vərdişlərinizin olduğunu anladım.Əkrəriyyətinizin sulu gözlü olmaqdan,tez əsəbləşməkdən,komputerdə çox oturmaqdan əziyyət çəkdiyinizin şahidi oldum. Bu da sizin pis vərdişləriniz oxuya bilərsiniz
Selin: Sözünü deyə bilmir.Doğru söylədiyini bilsə də bunu deməkdən çəkinir.
musi123: Əvvəllər dırnaqlarını yeyib.İndi isə bu pis vərdişini tərgidib.
gulusum: Sulu gözlüdür.Çox ağlayır.
heyatim menim: Komputerdən çox asılıdır.Xüsusən də Qadın.netdən ( belə baxanda bu saytdan asılı olmamaq mümkün deyil).
HAPPY: Barmaqlarını şıqqıldadır və çox kitab oxuyur.
weyla: Balacalıqda dodağının dərisini qopardıb.Bunun üstündə anası və xalası onu danlayıb da.
Fatma: Başını qaşıyır.Bəzən unudub cəmiyyət içərisində olarkən belə başını qaşıyır.
Vefa-n: Tez-tez yemək yeyir.Bəzən çeynəmədən yeməyini udur.
Ravish: Saçlarını ağzına salıb oynadır.
moocik: Tənbəllikdən əziyyət çəkir.Yatmaq istəyir.Tez əsəbləşir.
senemka: Barmaqlarını, belini, başını xırtıldadır.
Nazuletta: Beli bükük oturur.Yolda gedərkən belə əyri gedir.
duygu: Komputerde cox oturur,kimsə dur deməsə dura bilmir.
ShoKo:Komputerdə hansısa oyunu oynamağa başlayanda dura bilmir.Mütləq finala
kimi oynayır.
creativka: Tez inciyir.Tez əsəbləşir.
La_Vie_Re_Xose: Tərsdir.Ağlına qoyduğunu edir həm də sulu gözlüdür tez kövrəlir.
İceberq: Ev işlərindən çox yorğun olanda səbəbsiz yerə günahı olmayanların üstünə acıqlanır.
aisvarya rai: Pis vərdişi dırnaqlarını yeməkdi.
Ceyhunə: Həddindən artıq tez əsəbləşir.10-a kimi sayır və sakitləşir.
Lezginka_24:Çox əsəbidir.Ev işlərində həddindən artıq təmizkardır.
Gonulcelen: Barmaqlarını şıqqıldadır.
a.angel: Tənbəllikdən əzyiyyət çəkir həm də küsəyəndir.
Yekta: Komputerdə çox vaxt keçirir.
H.o.s.T-cu qız: Və sonda mənim pis vərdişlərim.Mən ən çox tənbəllikdən əziyyət çəkirəm həm də komputerdə çox vaxt keçirirəm dur demeseler saatlarla bu saytda vaxt keçirə bilərəm.Bunlardan əlavə barmaqlarımı şıqqıldadıram.Beli bükük otururam.Mənim üçün ən pisi isə kiməsə həddindən çox bağlanmağımdır.
Cavab yazan hər kəsə minnətdaram sağolun ki, xəbərimi hazırlamağa köməkçi oldunuz..