Qadin.NET / Qadın.Net istifadəçiləri uşaq olarkən-3

Qadın.Net istifadəçiləri uşaq olarkən-3

Gözəl saytımızın gözəl xanımları və bəyləri hamımız uşaqlığımızda dəcəl olmamıza baxmayaraq,valideyinlərimiz tərəfindən həmişə sevilib əzizlənmişik.Artıq indi böyümüşük,indi biz öz uşaqlarımızın nazı ilə oynayırıq.Hərdən bizi o,dərəcəyə gətirib çıxarırlar ki,özümüz yenidən körpə uşaq olmaq istəyirik.Gəlin birlikdə bir anlıq da olsa uşaqlıq illərimizə qayıdaq,və o,illərdə etdiyimiz dəcəllikərin keyfini çıxardaq,və userlərimizin öz dillərindən dinləyəq onların etdikləri dəcəllikləri.

Başlayaq saytımızda redaktor vəzifəsində çalışan qardaşımız NoTTe_Di_LuCedan.

 

NoTTe_Di_LuCe 

 

Uşaq vaxtı çox dəcəl olmamışam deyilənə görə amma nadinc vaxtlarım olub.Demək müharibədən sonra ərzağın çətin tapılan vaxtı nənəm Bakıdan Hind çayı alıb rayona gəlmişdi.Mən də bir gün mətbəxdəki şkafları gəşəng töküb həmin bu çayın bəzəkli qutusunu görüncə onu götürüb qəşəng əvvəl həmin çayın tamına baxıb dadı xoşuma gəlmiyincə həyətə otların arasına dağıtmışam nənəm yazıq da əvvəlcə mənə yaxşı nununu eliyib wink sonra bir-bir dağılmış çayı yığmağa başlıyıb.
Sonra nənəm xəstə olanda peçenyeden başqa heçnə yeyə bilmirdi xalamgil nənəm qidalansın deyə peçenye alardı həmişə mən də evi eşəliyib o peçenyələri tapıb gizlincə yeyirdim.

Niyar:Ay səni peçeniya oğrusuwink no

vefa-n 

 


Baxçada olanda çox dəcəl olmuşam.Bir gün uşaqlara guya ki fokus göstərirdim.Kuklanın gözlərini çıxartdım.Onlar da yumru idi, fındıqdan bir az balaca saldım burnumun deşiklərinə.Həmin vaxt müəllimə gəldi deyə nəfəsimi qorxudan çəkdim həmin o, şarik gözlər qalxdı düz burnumun yuxarısına.Qorxumdan müəlliməyə heç nə demədim agzımla nəfəsala- ala birtəhər evə kimi dözdüm.Evə gələndə də anama qorxudan heç nə demirdim.Anam nefəs almagımı görüb elə bildi ki, qrip oluram çünki ağzımı yumsaydım ölərdim.Nə isə səhəri gün anam nəsə elə belə burnumu silirdi
mən elə qəşqırdım ki, gəl görəsiz, anam da elə bilib ki, yıxılmışam burnum sınıb şişib, çünki səhər bir az da şişmişdi burnum.Apardılar məni həkimə.Həkimə qədər demirdim ki, burnumdan iki ədəd göz çıxacaq.Nə isə həkim burnumdan onları bir təhər çıxardı.Əslində hamı hirslənmək əvəzinə gülməkdən ölürdü.Ondan bir həftə sonra baxçaya getmirdim ki, stressdəyə.İndiyə kimi də burnumun deşikləri balacalaşmır ki, balacalaşmır.lol

Niyar:ay dəcəl qız illuziyanist olmaq istəyirdin hə alinmadı,sənə baha başa gəldi.lol

shabnam_betul

 

Məktəb oxuyan vaxtlarım idi təxmini 6- 7 ci siniflər. Bir defe anam pul verdiki get kalbasa al məndə getdim birdən göyə baxaraq getdim öz- özümə düşünə- düşünə birdə tarap quyuya düşdüm lol vay daa indi elə qışqırıram gəl görəsiniz axırda bir kişi gəldi çıxartdı. Sonra ayagım çıxdı bir müddət evdə yatası oldum baxın bu ən çox mənimüçün yadda qalan xatirəmdi.

 

 

Niyar:Ay gözəl qız göyde nə axtarırdın yoxsa ulduzları sayırdın smile hə?

 

Sabina _113

 


Valideyinlərimin dediyinə görə mən uşaq olanda çooox dəcəl olmuşam. 2-3 yaşım olardı .Yay vaxtı idi. Bağa köçmüşdük. Babam həmişəki kimi namaza hazırlaşırdı. Günorta namazını babam adətən həyətdə tut ağacının altında qılardı. Namaz başlayır və birdən nənəm anam babamın həyətdən uca səslə tez-tez "Allahu_əkbər" sözlərini eşidirlər. Nənəm deyir ki ay gəlin kişiyə nəsə oldu. Qaçıb gəlirlər ağacın altına ki, görsünlər nə olub . Nə görsələr yaxşıdır. ???? Mən əlimdə çəkiclə dayanmışam babamın başının üstündə babam da yerə əyilib(yəni səcdə edirmiş) qalxmaq istəyir və görür ki, əlimdə çəkiclə başının üstündə dayanmışam və elə saxlamışam ki başını qalxızan kimi başına dəysin.wink  O da namazı kəsməmək üçün ucadan "Allahu-əkbər " deyirmiş ki səsini eşidib gəlsinlərlol . Çəkici güclə əlimdən alıb məni ağlaya ağlaya ordan uzağlaşdırırlar. Yazıq kişini az qala birtəhər etmişdim ...lol

Niyar:Bu da nənə babanın ağıllı nəvəsi.wink

Moocik

 
 
 

Mən balaca olanda 2-3 yaşında pinjamam var idi cibli,yatmazdan əvvəl anam geyindirirdi.Məndə evin divarının küncünd otururdum,görürdüm heç kim mənə baxmır barmağımla aboyu deşirdim.Divari əlimlə didib xırda daşları ciblərimə doldururdum .Gecə yeyə-yeyə yatırdım.Yuxu aparırdı cibimdə qalanlar da yerimə dağılırdı.Anam bilirdi yenə daş    yemişəm.Neyniyirdi əl çəkmirdim,adımıda yırtıcı qoymuşdularwink .İndi də daşa marağımı belə öldürürəm ki,günün altında daş od kimi olur,sonra onun üstünə su tökəndə qəşəng iy gəlir,yada təzə sementlə suvaqlanmış divarları iyniyirəmwinked wink

Niyar:Yaxşıki ev başına uçmayıblol ,her gün daş yemək olar?

musi123

Mən uşaq olanda çox hirsli uşaq olmuşam mənə deyəndəki eləmə hirslənirdim.Bir gün hamımız nənəmgildə oturmuşduq.Ora qonşu gəlmişdi ,mən bir yerdə oturmurdum. O, arvad mənə demişdi ki ,otur durub döyərəm səni məndə hirslənib qışqırmışdım və demişdim ona ki ,indi təpiyi vuraram qarnına yaaaaaaaawink .Hamı mənə gülmüşdü o, söz həmişə yadıma düşür və gülürəm.wink

Niyar:Ay hirsli qız  sən idmançı olmaq istəyirdin,o,da alınmadı hə?lol

Ceyhune

 


Mən balaca olanda hələki gəzə bilmirdim. Həyətdə uşaqlar hamısı mürəbbə çörək yeyirlərmiş. Anamda məni qoyub qonşunun yanında gedib evlərimizi yığıştırmağa. Birdən mənim də ürəyim mürəbbə çörək istəyib, düşmüşəm yerə, getmişəm qapımıza demişəmki -ana pepi, cocu.Anamda çaşıbki, mən gəzirəm  danışıramartıq.Anamda düşüb həyətə ki,baxsın uşaqlar nə yeyir, görübki, mürəbbə çörək  yeyirlər.O,da mürəbbə açıb, mənə veribki yeyim,məndə yemişəm.Ən çox bunu danışanda istər istəməz ağlamağım gəlir.

Niyar:Mürəbbə səni necə iştaha gətiribsə,sən dil açıb danışmağa və yeyirməyə başlamısan hə?

 

Semedova

O,qədərdə maraqli uşaqlığım olmayıb,deyirlər ağıllı uşaq olmuşam.Uşaq vaxtı atam hər işdən gələndə bizə konfet, şokalad ya nəsə alardı. Bir dəfə əlində konfet verəndə mən birincini almışam sonra demişəm atama o, biri əlim küsər onada ver,axırıncı konfet görəndə daha maraqlıdı ki, onuda istəmişəm. Atam deyib sənin əlində yer yoxdu, qoy bunuda qaqana verim, ağzımı açmışam ki, burda yer var.lol

 

Niyar:Bu yerdə deyiblərdə qarın qardaşdan irəlidi.Heç gör deyirmiki qaqamada qalsın,bu da bizim ağıllı qızımızlol

 

afa 75

Qadın.Net istifadəçiləri uşaq olarkən-3

Altı yaşım vardı, Şuşadakı sanatoriyada ailəvi dincəlirdik. Bir gün rəfiqəmlə hovuzun kənarında təkcə gəzişirdik. Hovuzun içində üzmək üçün dairə vardı. Ayağımı uzadıb dairəni götürmək istədim və… düşdüm suya. Üzə də bilmirdim, yavaş-yavaş hovuzun dibinə gedirdim ki, birdən elə bil mənə İlahi bir güc gəldi. Birtəhər suyun üzünə qalxdım. Əl atıb kənardakı dəmirlərdən birtəhər yapışdım. Rəfiqəm də əlimdən tutub dartdı və mən hovuzdan çıxdım. Otağa gedəndə üstüm-başım su idi. Anam nə olduğunu soruşdu, mən də gizlətmək üçün demədim. Elə bu vaxt mikrofonla elan verildi: “Hörmətli valideynlər, uşaqları nəzarətsiz qoymayın. Elə bu dəqiqə filankəsin qızı hovuza düşüb az qalmışdı boğulsun”. Anam üzümə elə baxdı ki…

Niyar:Bəs bilmirəsn yalanın ömrü qırx gün çəkər,səndə heç qırx dəqiqə belə keçməyib yalanın açılıb.wink

 

duygu taner

Qadın.Net istifadəçiləri uşaq olarkən-3

Anamın dediyinə görə uşaqlıqda sakit qız olmuşam,amma bir o qədər də dəcəl olmuşam.Bir dəfə Yeni il bayramı vaxtı yolkanın üstündəki şüşədən olan oyuncaqları sındırmışam ki,içindən şaxta baba,qar qiz cixacag. winksmile O,da baxdım ki,heç nə yoxdu içində şüşədən başqa.

Niyar:Ay səni yaman sakit qız olmusan elə gördüklol sen qorxmadın şüşədən olan oyuncaqları qırmağa birdən əlin kəsilərdi hə neyniyərdin onda?

awksız

Qadın.Net istifadəçiləri uşaq olarkən-3

 

unknown

Qadın.Net istifadəçiləri uşaq olarkən-3

Uşaqlıqda dəcəl olmuşam. Bir dəfə pəncərə pərdənyə baxdım.Mənə maraqli geldiki kibriti buna vursam ne olar? Kibriti vurdum pərdəyə ondan da keçdi pəncərəyə və sonunu gordum ki,alışıb yandı.wink Birdə hemişə günortaları anam məni qoyurdu yatmağa özüdə mənlə birlikdə uzanırdıki,mən yatım,mən isə anamı yarızdırıb qaçırdım qonşuya.lol

 

Niyar:Kim yatmiş kim oyaq,hamı yatmış bizim dəcəl oyaq qonşuda gəzirlol

aishvarya rai

Mən balaca vaxtı həmişə stolların üstündə gəzirdim.Hamida tutub məni distəyirdi.Bir gündə mən çıxmışdım stolun üstünə bağçada orda bir arvad var idi, tutub meni öpüb dişləmək istəyəndə məndə tutub onu dişləmişəm.Ordaki qadınlar o qeder gülmüşdülərki ,anamda məni danlayırdıki niyə dişləmisən amma hiss eləyirdim ki, o,da gülürwink
Niyar:Ay qız səndən qorxmaq lazımdıkı hamını dişləyirsən no wink  
creativka

Nişanlım mənim qapı qonşumdu.Bir yaşım olardı,onun da hardasa iki yaşı vardı.Onun da elə vərdişi var idi ki,hamını dişləyirdi.Anamla anasi podezdə söhbət edəndə bu da, onların arasından gizlincə bizə keçib.Mən də mətbəxdə xadulkada oturmuşamış,gəlib mənim burnumu elə dişləmişdi ki,anamgil sonra gördüb ki, dodaq hissəmi də biraz dişləyib.İnanın ki, gömgöy olmuşam,onu görəndə,səsin eşidəndə qorxub ağlayırammış.wink Anam da qorxub,üstünə qışqırıb ki, adə,bəs bunu dişlədin bunu sonra kim alacaq?lol Qaynanam da onu evlrinə qovub,deyib ki, özü alarlol İndi arada onu hirsləndirəndə deyir ki, bilsə idim bir az da bərk dişləyərdim.wink
Niyar:Caaann gücün çatmadı onu dişləməyə çağırardın bizim aishvarya rai gəlib sənə kömək ederdi dişləməkə çox qoçaqdı olol tongue
 
P.S.Şəkillərin çatdırılmasında Tormentoya,ramkaya salınmasında isə yaxından etdiyi köməkliyə görə Bahar 83adlı xanımımıza çox təşəkkür edirəm.Çox sağ olun xanmlar.


 

13 avqust 2011
GO BACK