Qadin.NET / Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"

Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"

  Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"


Adı, soyadı: Fatma Məmmədova

Doğum tarixi: 17 Aprel (45 yaş)

Saytda qeydiyyat tarixi: 8 may 2010 17:12

İlk xəbəri: Səni sevirəm - http://qadin.net/index.php?newsid=2259

İlk şərhi: 23 may 2010 ci il (PSD formatında zərif qadın platyaları)

Yaşayış yeri: Azərbaycan, Bakı

Ailə vəziyyəti: Ailəlidir, 2 övladı var

 

Shoko: Salam!

İlk öncə təklifi qəbul edib, səmimi müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik...

Başlayaq ?! )))

Fatma: Başlayaq...

 

Shoko: Özünüzü təqdim edin.

Fatma: Sadəcə Fatma Məmmədova

 

Shoko: Bizi necə tapmısız, yadınızdadırmı? )

Fatma: Əlbətdə ilk gündən Selcan xanım demişdi ki belə sayt yaradıblar

 

Shoko: Fatma özünü burada necə hiss edir?

Fatma: Öz ailəm kimi

 

Shoko: Sizin fikrinizcə bizi digərlərindən fərqləndirən nədir?

Fatma: Səmimiyyət ,burda ikiüzlülük yoxdu,ona görəki bu bizik

 

Shoko: Fatma” üçün çatışmayan nədir?

 Fatma: İnsan olan yerdə qüsür olur amma hal -hazırda bilmirəm

 

Shoko: Bu sualı birdən-birə vermədim. Çünki adətən insanlar nədənsə narazı olur həmişə...

 Fatma: Vallah səmimi deyirəm narazı deyiləm

 

Shoko: İnsanlar xasiyyət baxımından çox müxtəlifdirlər. Sizin üçün hansı tip insanlarla ünsiyyətdə olmaq, problemləri, həyatı, yaşamı paşlaşmaq daha xoşdur və ümumiyyətlə həmsöhbət seçərkən ən çox nələrə diqqət edirsiniz?

Fatma: Həmsöhbət olduğum insanın savadlı yəni həyatı baxışdan savadlı olması önəmlidi çünki səni başa düşür

 

Shoko: Yəqin elə insanlar da varki, onlara baxdıqda bir çox işlərdən sanki soyuyursunuz... Sizi həvəsdən salan nələrdir?

Fatma: Məni hər adam həvəsdən sala bilməz çox tərsəm öz dediyim olmalıdı

 

Shoko: Bəs burda necə, dostlarınız çoxdur yoxsa sevmədiyiniz xasiyyətdə olan insanlar?

Fatma: Hamını çox istəyirəm xasiyyətini sevmədiyim adamın da xəbərinə şərh yazmıram,amma sağ olun mən burda kı hörməti heç yerdə görməmişdim

 

Shoko: Həyatda elə nüanslar varmı ki, danışmaq istəyirsiniz amma müəyyən şeylərə görə susursunuz? Əgər varsa, sizi susmaga məcbur edən amillər hansılardır?

Fatma: Elə nüansları öz-özümə danışıram ,susmağa məcbur edəndə sakit olmağı sevməyimdi.keçmişi yada salmağı sevmirəm

 

Shoko: İnsanlar çox tez-tez həyatı filmə, özlərini - ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?

Fatma: Yaxşı obraz çox azdır yadda qalanı isə övladlarımın dünyaya gəlməsidi

 

Shoko: Pərvanə bilirdi şəm onu yandıracaqdır...

Şəmsə əriyib qüssədən hey ağlıyacaqdır...

Bilə-bilə özünü odlara atmaq!... Bu sevda, bu qədərmi vaz keçilməzdir?! )

Fatma: Bu yaşımda olmasaydım deyərdimiki düzdü amma indi bilirəmki boş şeydi insan istəsə hər şeydən of demədən vaz keçər

 

Shoko: Siz indi mətiqlə cavab verdiniz bəs ürək

Fatma: Ürək ət parçasıdı onu beyin idarə edə bilir


Shoko: Hər bir insanın həyatda dostları, qəlbə yaxın insanları var. Sənin bu seçimində valideynlərinin, ailə üzvlərinin rolu olubmu? Yoxsa onlar sənin atdığın istənilən addımı dəstəkləyirlər?

Fatma: Valideyn deyəndə anamı güclə xatırlayıram amma atam çox sərt insan olduğu üçün onnan çox qorxurduq deyə danışmırdıq amma indiki öz ailəmdən çox razıyam yoldaşım məni hər addımda dəstəkliyir

 

Shoko: Ümumiyyətlə valideynlərin evladlarını istənilən addımda, doğru və ya yalnış, dəstəkləməsinə münasibətin necədir? Bu gələcəkdə yarana biləcək hər-hansı problemlər üçün stimul ola bilərmi?

Fatma: Əlbətdə övlada hər cəhətdən dəstək olmaq lazımdı Allahıma min şükr olsun övladlarım hələki yalnış heç nə etməyiblər amma həyatdı olsa onlar üçün canımdan keçərəm of demərəm, övladla dost olsan problem olmaz

 

Shoko: Niyə virtual dostluqlar ancaq burada qalır, real müstəviyə keçmir?

Fatma: Burda hamı mənə hörmət edir sağ olsunlar 2 həqiqi dostum var ki burda biri Zəri o biri Selcandı yəni onlarla çox sirrimiz  sözümüz var

 

Shoko: Burada tanış olduğun, tanıdığın insanlardan ən çox kimi görmək arzusundasan? Kimi görmək sənin üçün çox maraqlı olardı?

Fatma: İnan hamını ən çox səni ,Tormento , Gülşən və Nazulettanı

 

Shoko: İstədiyim yar idi, yetirdi Pərvərdigar!  Sizdə də belə oldu? )))

Fatma: Hamıya elə ailə başçısı, elə təmiz insan arzulayıram və doğurdan da özü gəlib çıxdı

 

Shoko: Yəqinki müsahibələrdə, qarşılıqlı söhbətlər zamanı tez-tez eşitmisənki bəzən suallara belə cavablar gəlir: “Nə bilim, Ola bilər, Bilmirəm, Bəlkədə və s.”  Bu nədən  irəli gəlir, cavab vermək çox çətindir yoxsaki, susub razılaşmağın başqa bir formasıdır?

Fatma: Yox elə adamlar çox bilmiş olur onda o adamın gözünün içinə bax gör nə qədər qurdlar var elə adamlardan aralı gəzmək lazımdı

 

Shoko: “Kaş ki, ...................”  Fatma bu cümləni necə tamamlamaq istəyərdi?

Fatma: Kaş ki indiki ağlım bir az cavan olanda olardı ən azı Ali təhsilli olardım, oxumağı çox sevirım

 

Shoko: Milli deyimlərə dayalı bir çox məsəllər çəkilir. Misal üçün deyirlərki, qadın gərək evində, mətbəxində oturub bozbaşını bişirsin. Yəni bir növ ictimai həyatdan kənar qalsın. Sənin bu kimi fikirlərə münasibətini öyrənək...

Fatma: Yaxşı qadın evinin qulluqçusu, uşaqlarının anası, yoldaşının xanımı, ictimayyətin insanı olmalıdı, dediyin fikir mənlik deyil məni də allah yaradıb kişini də

 

Shoko: Teleseriallar çoxmu vaxt alır? ))

Fatma: Yox istəyəndə baxıram  istəməyən də yox amma hamısından xəbərim var, kompyuterda oturmaq vaxtımı çox apapır

 

Shoko: Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə həmiyyətlidir?

Fatma: Oy təhsil hamıya vacibdi savadsızlıq ən böyük xəstəlikdi hələ dərmanını tapmayıblar

 

Shoko: Fatmanın həyatında incə teli, sarı simi...

Fatma: Əlbətdə övladlarım incə telim sarı simimdi, onlar mənim varlığımdı

 

Shoko: Ayrılıq, Göz yaşı, Həsrət...  Bəs sonu?

Fatma: Sonu sonsuzluq

 

Shoko: İnsan hər dəfə itirdiyində, həyata baxışında yeni, fərqli bir pəncərə açılır. Sonda isə bizə qalan peşmançılıq olur. O addımları biz atırıq, o səhvləri də biz edirik. Niyə axı peşman olaq?

Fatma: Sonra ki peşmançılıq fayda vermir, nə qədər çalışsan da itirdiyini tapmırsan

 

Shoko: “Arzuya çatanlar vaxtsız qocalmaz” – qocalmamısanki hələ? ))

Fatma: Yox ürəyim çox cavandı lap körpə uşaq ürəyi kimi ,amma yaşım qocalır yavaş-yavaş

 

Shoko: Heç kimə demədiyin, deyə bilmədiyin bir sirrin varsa, bizimlə bölüşə bilərsənmi? ))

Fatma: Yox onu desəm gərək da yaşamayam

 

Shoko: Qəliz, “fəlsəfi” suallarla çox yormadıq ki, səni? ))

Fatma: Yox çox dadlı söhbət oldu

 

Shoko: Bütün dediklərini olduğu kimi, heç nəyə toxunmadan hər kəsə təqdim edəcəm. Bəlkə hansısa fikrini, cavabını dəyişmək istəyirsən? )

Fatma: Hə görmək istədiklərimin içində Leyla da var bayaq unutdum

 

Shoko: Bizlərə son sözün, arzu və istəklərin, iradların, şikayətlərinlə söhbəti yekunlaşdıraq...

Fatma: Arzu edirəm bu saytın yaşı çox olsun, şikayətim yoxdu və sizin hamınızı çox istəyirəm!

 

Müsahibə üçün  təşəkkürlər... smile
P.S. - Əlavə sualları olan istifadəçilər şərhlərdə suallarını qeyd edə bilərlər...
7 iyun 2011
GO BACK