Qadin.NET / Qadın.net-in xaricdəki xanımları 5 ( Son )

Qadın.net-in xaricdəki xanımları 5 ( Son )


R.G

Qadın.net-in xaricdəki xanımları 5 ( Son )  

Ailəlidir.Rusiyanın Volqoqrad şəhərində yaşayır.Axtarış saytlarının birində Qadın neti tapıb.Yaşadığı şəhəri bəyənsədə vətənini heç bir yerə dəyişməz.Vətəni valdeynləri və dostları üçün cox darıxır.Ruslarin ən sevdiyi  kartof puresini bəyənir.Ama xüsusi resepti olduğunun deyir. Tərkibi: qaynadılmış kartof,rəndələnmiş kök,süd,kərə yağı,duz istiot,birdə yağda qızardılmış göbələk. Orda hava qışda cox soyuq olur -25C şaxta,yayda isə Bakıdakı kimi isti hava müşahidə olunur. Oranın soyuğuna hələdə öyrəşə bilmədiyini söyləyir.Azəribaycanlılara qarşı münasibətin yaxşı olduğunu deyir lakin bəzən başqa vətəndaşları sevməyənlərində şahidi olub.Ölkəmizi hərkəsin tanıdığını bildirir və adət-ənənələrimizidə ruslara tanıdmağa çalışır ən coxda yeməklərimizi.Rusların yarpaq dolmamızı cox sevdiyini qeyd edir.

Muhammet Ummeti
Qadın.net-in xaricdəki xanımları 5 ( Son )
Adı Pərvanədir.Qazaxıstanın Şezkazqan şəhərində yaşayır.22yaşı  var.2 ildir ailəlidir, hamilədir.Elə Qadın net saytınıda axtarış saytlarının birində hamiləliklə bağlı mövzü axtararkən tapıb və Qadin net saytının hamiləliklə bağlı xəbərlərinin ona cox köməklik olduğunu deyir.Yaşadığı ölkədə hər şeyin qayda qanunla olmasını bəyənir bəyənmədiyi isə ailələrin 13-14 yaşından etibarən qız uşaqlarına sərbəstlik verilməsidir.Bazarlarda tənək yarpağına, meyvələrin çoxu var. Amma zogal,əncil,lavaş turşu,dağ keşnişi,şabalıd,ağ gilas yoxdur. Orda ən çox vətənə və öz dilinə həsrət qaldığını deyir! Onların dilinə öyrəşə bilmir.Bu ölkə Sibirə yaxın oldugundan qışı sərt keçir.-40C yə qədər hava soyuq olur qış aylarında.Yayda ise +35 ve daha artıq temperatur müşahidə olunur.Ölkənin milli yeməyi beşbarmaq,içki isə Kimiz at südündən olan içkidir.Beşbarmağı at ətindən hazırlayırlar eyni ilə bizim xingalı xatırladır sadəcə üzərinə yağda qızardılmış soğan ve at əti elavğ edib süfrəyə verirlər.Azərbaycanlılar çoxluq təşkil edir bu ölkədə gözlərimizin forması ilə onlardan seçilirik.Bura mənim ikinci vətənim sayılır amma Azərbaycanı heç bir ölkəyə dəyişmərəm!deyir Ən çox anası ve sevdikləri üçün darıxır  tez-tez telefon ve internet vasitəsi ilə elaqe saxlayır.Müğənnilərimizin mahnılarını dinləyir boş vaxtlarında.Qadin.net-i hər gün ziyarət edir!

 

 

 

Unrealable_dreams  

 

Adı Şəbnəmdir.Ukraynanın Kiyev şəhərində yaşayır.Ailəlidir.Universtet tələbəsidir.Qadın net saytını resept axtararkən tapıb.Bu ölkədə yeni olduğundan adətləri ilə yaxşı tanış deyil.Ən çox Ukranyalıların səbrli olmaq xasiyyətlərindən xoşu gəlir.Böyük marketlərdə hər şeyin olduğunu deyir təkcə noxud turşu lavaşı və zəfərandan başqa.Birdəki tərəvəzlərin bizim tərəvəzlər qədər dadlı olmadığını qeyd edir.Hava qışda çox soyuq olur -32C, yayda isə +39 dərəcəyə qədər yüksəlir.Orda Azərilərə normal yanaşırlar demək olar ki çoxu Azərbaycanı tanıyır.Bu şəhərin təbiətini çox sevir paytaxt olmağına baxmayaraq şəhər yaşıl parklarla doludur,mənzərəsi çox gözəl olur.Ən çox Bakıda olan o səs-küylü evləri üçün darıxır,Bakının istiqanlı insanları burada yoxdur deyir. Darıxanda öz kanallarımıza baxır,qohumları ilə kamerayla danışır və Qadin.net saytına girir. Ən çox Röyanın mahnilarına qulaq asır

Lezginka 

Qadın.net-in xaricdəki xanımları 5 ( Son )Adı Səadətdir.Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır.Ailəlidir.Qadın.net saytını Azərbaycan saytlarının birində tapıb və bu saytı tapdığı üçün şaddır.Rusların adət-ənənələri barədə heç bir məlumatı yoxdur.Hava Moskvada qışda -38C yayda isə +42C dərəcə olduğunu söyləyir.Bazarlarda spanaq və dağ keşnişi tapa bilmir dovğaya qatmağa.Vətəni ailəsi üçün çox darıxır.Rusların yeməklərini sevmir.Azərilərə qarşı münasibətin normal olduğunu deyir.O, şəhərə artıq öyrəşdiyini  lakin vətənimi heç nəyə dəyişmərəm söyləyir.Röyanın mahnıların çox sevir və dinləyir.

Medicgirl
Qadın.net-in xaricdəki xanımları 5 ( Son )  
Adı Röyadır.24 yaşı var.Rusiyanın Krasnoyarsk şəhərində yaşayır.Ailəlidir.Krasnoyarskda havalar çox soyuq olur Sibir zonası olduğundan.Qışda -40C yayda isə +25 olur.Yay cəmi 2 ay sürür sonra havalar soyumağa başlayır.Adətləri və yeməkləri barədə məlumatlı deyil Xoşuna gəlmədiyi arvadlı kişili çoxunun içki içib siqaret çəkməsidir və soyuqqanlı olmalarıdır Azərilər kimi qonaqpərvər deyillər deyir.Xoşuna gələn cəhətləri isə heç kəsin başqasının işinə qarışmamasıdır,Bazarlarda hər şey tapa bilir ama dadsız olduğlarından şikayətlənir.Öyrəşə bilmir oralara Azərbaycan üçün çox darıxır.Azərbaycanın havasını,suyunu,camaatını,xalqımızın adət ənənələrini heçnəyə dəyişmərəm deyir.

Turisbakar
Qadın.net-in xaricdəki xanımları 5 ( Son )
Adı Turanədir.22 yaşı var.Nişanlıdır.İsveçin Örebro şəhərində yaşayır.Tələbədir.Qadın net saytını şirniyyat resepti axtararkən tapıb.Bu ölkədə bəyənmədiyi valdeynlərin uşaqlar üzərində məsuliyət daşımamlarıdır,14 yaşından sonra uşaqlar sərbəst böyüyürlər.Əgər valdeyn uşaq əl qaldırarsa ailə qanunarına görə cinayət hesab olunaraq cəzalandırılır.Ikinci bəyənmədiyi cəhət isə hərkəsin alkoqollu içkilərdən istifadə etmələridir.Ən çox sevdiyi isə təhsilə olan diqqət və xristiyan dininə mənsub insanlardır. Çox mehribandılar din ayrımı etmədən hər kəsə köməklik göstərirlər.Bazarlarda hər şeyin olduğunu ama Azərbaycanda olduğu kimi dadlı olmadığını deyir.Qohumları üçün cox darıxır və internet vasitəsi ilə əlaqə saxlayır.Azərbaycanın adət-ənənələri Novruz bayramı,Yeni il və toyları üçün darıxır.Azərbaycanı çox az insanın tanıdığını deyir.Ən çox Hüseyn Bakılının,Rəşid Behbudovun və aşıq Zülfiyyənin mahniların dinləyir.Boş vaxtlarında azeri.blogg.se bloguna  yemək reseptləri yerləşdirir.

 

1 iyun 2011
GO BACK