Qadin.NET / Azərbaycanda ilk mobile oyunu xanım hazırladı!(müsahibə)

Azərbaycanda ilk mobile oyunu xanım hazırladı!(müsahibə)

 

Azərbaycanda ilk mobile oyunu xanım hazırladı!(müsahibə)

 

Əvvəlcə sizi Qadin.Netli olaraq salamlayıram.

Salam. Mən də sizi və izləyicilərinizi salamlayıram.

Ülkər Axundzadə (Qasımzadə) kimdir? Özünüzü üç cümlə ilə təqdim edə bilərsizmi?

Ülkər Axundzadə-Qasımzadə qərbdə böyümüş olsa da, həmişə Azərbaycanına bağlı, Azərbaycan üçün yenilikler etməyə çalışan bir Azərbaycanlı qadınıdır. Waterloo Universitetini Komputer elmləri üzrə bitirmişəm və bu sahəni çox sevirəm. Son proyektim olaraq bu bacarığımdan istifadə edib Azərbaycan üçün “Piyada”-nı hazırlamışam.

Qadin.Net hər zaman xanımların maariflənməsi zəminində çalışan ilk milli qadın portalıdır. Siz də Azərbaycanlı gənc xanım olaraq bir ilkə imza atmısınız. Bu sahədə ilk olmaq necə bir duyğudur?
Çox sevinirəm ki bu proyekti həyata ilk mən keçirdim. İnanıram ki, bu həm Azərbaycanımız həm də Azərbaycanlı qadınlarımız adına kiçik də olsa bir stimul, bir addımdır.

“Piyada” oynunu hazırlamaq ideyası sizə haradan gəldi? Ümumiyyətlə, bu işi reallaşdırmaq  gənc xanım kimi sizə qəliz olmadımı?

6 yaşımda Azərbaycandan çıxandan sonra həmişə Vətəndə yaşamağı arzulamışam. Nəhayət ki, 16 ildən sonra belə bir fürsətim oldu. Bakıda 5 ay keçirdim və bu zaman ərzində öz sahəm üzrə Azərbaycana gətirə biləcəyim bir yenilik ağlıma gəldi.

 

Azərbaycanda ilk mobile oyunu xanım hazırladı!(müsahibə)

 

Azərbaycanın bölgələrində qaçan fərqli personajlardan ibarət olan bir oyun hazırlamaq planını qurdum. Sonra ideyalar toplamaq üçün şəhərdə gəzəndə hər daim etrafima baxırdım. Zaman keçdikcə oyunun necə olacağı beynimdə daha da canlanırdı.

 

Azərbaycanda ilk mobile oyunu xanım hazırladı!(müsahibə)

 

Kodlaşdırmağa başladım və 3 ay sonra oyun hazır oldu. Çox qəliz olmadı, çünki əvvəl də başqa oyunlar və proqramlar yazmışdım.


Azərbaycana olan sevginiz oyunun özündən də duyulur. Bəs Kanadada gənc azərbaycanlı xanıma yaşamaq, yaratmaq çətin deyil ki?

Kanadada komputer elmləri sahəsində qadın qüvvəsi az saydadır. Bu səbəbdən dolayı yeniliklər yaratmaq çətin deyil, əksinə çox dəyər və dəstək verilir. Burada yaşamağın çətin tərəfi isə Azərbaycan üçün darıxmağımdır.
Bir qədər hazırladığınız oyun haqqında danışın. Hər yaşa uyğun oyundurmu?

“Piyada” oyunu Azərbaycanın fərqli bölgələrindən qaçan 6 personajdan ibarətdir. Bölgələr:-İçərişəhər, Fəvvarələr meydanı, Heydər Əliyev mərkəzi, Bulvar, Qobustan, Qəbələ, Şahdağ, və Qarabağdır. Oyundakı qəpikləri toplayaraq yeni bölgələr və personajları əldə etmək mümkündür. Personajların arasında məşhur şirin modelimiz Banu Murad da var.

 

Azərbaycanda ilk mobile oyunu xanım hazırladı!(müsahibə)

 

Əjdər və Alpha personaji var ki, oları da həyat yoldaşım və bizim sevimli Husky cinsindən olan itimizə oxşar hazırlamışam. Oyunda Facebook hesabına qoşulub, dostlarla rekordları paylaşmaq mümkündür. Oyunu tamamile 2 dildə hazırlamışam (Azərbaycanca və İngliscə). Dünyada 8 bit stilində hazırlanmış “endless runner” oyunlar çox marağa səbəb olur. Məsələn: “Flappy Bird” oyunu. İstərdim ki, başlanğıc üçün bizim də belə bir oyunumuz olsun. 8 bit stilində oyun hazırlamaq çox yüksək maliyə və çox zaman tələb etmir. Gələcək üçün daha böyük komanda ilə yüksək qrafikli oyunlar hazırlamaq umidim var. Bəli, oyun hər yaş üçün uyğundur.

 

Azərbaycanda ilk mobile oyunu xanım hazırladı!(müsahibə)

 

 

Azərbaycanda olduğunuz həmin beş ay ərzində daha çox haranı gəzdiniz, nələri müşahidə etdiniz? Vətənimizin əsrarəngiz gözəlliyinə canlı şahid olmaq necə duyğudur?

5 ay ərzində Qəbələ, Lahıc, Lənkəran və Lerikin Razgov kəndini gəzdim. Azərbaycanımızın necə  gözəl təbiətə sahib olduğuna bir daha şahid oldum. Bir dahakı səfərdə isə daha çox yerləri gəzməyə çalışacağam.

Bir qədər gələcək planlarınızdan danışın.

Yaxın gələcəkdə hələ ki, yeni oyunlar üçün plan qurmamışam. Hal-hazırda diqqətimi karyerama cəmləmişəm. “Piyada”-nin gələcəyində isə daim ilərləyişlər planlayıram. Vaxt keçdikcə əlavə rayonlar və personajlar təqdim olunacaq. Və əlbəttə ki, oyunçuların fikirlərini öyrənib istəklərini nəzərə alaraq yeniliklər əlavə olunacaq.

 

Azərbaycanda ilk mobile oyunu xanım hazırladı!(müsahibə)

 

 

Sonda qadın olaraq xanımlarımıza, userlərimizə nə demək istəyərdiniz?

Demək istərdim ki, önünüzdəki böyük görünən əngəlləri kiçiltmək sizin əlinizdədir. İnanıram ki, hər birimiz öz sahəmizdə böyük uğurlar və yeniliklər əldə edə bilərik. Bu iş həyatında da ola bilər, ailə həyatında da ola bilər. Azərbaycanımız üçün xeyirli övladlar böyüdərək bizə ən böyük uğurlar gətirən Analara səslənirəm:Sizlər sağ olun!

Biz də sizə bütün hədəflərinizə çatmağı diləyirik. Həmsöhbətim olduğunuz üçün çox sağ olun.

Siz sağ olun. Çox xoş idi.

 

Oyunun Android üçünn download linki:  https://goo.gl/h8KJLb

iOS üçünn yaxın bir zamanda appstore'a goyulacaq. 

Xəyalə Murad

26 fevral 2016
GO BACK