Qadin.NET / Ellada Babayeva ilə müsahibə

Ellada Babayeva ilə müsahibə

Ellada Babayeva ilə müsahibə

Əziz Qadın.Netlilər, bu dəfəki müsahibim özünün fərqli düşüncələri ilə xüsusi olaraq diqqət çəkən Ellada Babayeva oldu. Onu tanımaq istəyənlər buyurub müsahibəni oxuya bilər.

- Salam Ellada Babayeva, necəsiniz?

Yaxşıyam, şükr Allaha.

- Saytımızı necə tapıbsınız, paylaşa bilərsinizmi bizimlə?

Axtarış zamanı. Əvvəl qonaq kimi daxil olardım, sonra qeydiyyatdan keçdim. 

- Saytımız sizi nə dərəcədə qane edir?

Yaxşı. İstədiyim hər bir şeyi tapa bilirəm.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

Saytda şərhləri redaktə edərək.

- Bəs başqa?

Pişiyimlə oynayıram.

- Pişikləri çoxmu sevirsiniz?

Bəli. Heyvanlar mənim yaralı yerimdi.

- Niyə məhz yaralı?

Bu sualda ilişdim. Sözlə ifadə etmək çətindi, qəlbdən gələn bir hissdir.

- Yaralı dediniz, dedim, bəlkə, bir hekayəsi var. Ellada Babayevanı digər insanlardan fərqli edən nəsə varmı?

Hekayə var, istəmədim pis olasan. Məncə, yoxdu.

- Bildiyimə görə hind filmlərinə marağınız daha çoxdur, bu maraq haradan qaynaqlanır? Niyə məhz hind?

Uşaqlıqdan xoşlayıram. Anamdan keçib. Hind musiqilərinə qulaq asanda özümü pozitiv hiss edirəm, əhvalım dəyişir.

- Ən son nə vaxt nəfəsinizin səsinə qulaq asıbsınız?

biggrin

- Yəni? laughing

Hər gün qulaq asıram.

- Son zamanlardakı yaşamınızda sevdiyiniz şeylərə yer ayırıbsınızmı?

Son zamanımın nə vaxt olacağını bilmədiyim üçün yox.

- Bəlkə, elə bu sondur? Sizcə, elə indidən başlamaq gərək deyilmi?

Sevdiyim şeylərə yer ayırmağımın mənasız olduğunu düşünürəm. Bu dünyadan köçdükdən sonra onlar mənlə getməyəcək onsuz.

- Bəs sevdiyi şeylərə zaman ayırmasa insan, o zaman onu həyatı dəyərli edən amillər necə olsun?

Yaddaşımda yer alıb hamısı.

- Bax misal üçün, dənizi seyr etməyi tutaq ki, çox sevirsiniz. Amma dəniz kənarına getmirsiniz ki, yaddaşımda var onsuz. Beləmi ya necə?

Dənizi seyr etmək istəyəndə açıq səmaya çıxmağım kifayət edir. 

 

Ellada Babayeva ilə müsahibə

- Çox maraqlı düşüncə tərziniz var, doğrusu. Hər kəsə verdiyim sualı sizə də vermək istəyirəm. Kitabla aranız necədir?

Çox gözəl.

- Hansı tip ədəbiyyata üstünlük verirsiniz?

Seçim etmirəm. Hansı maraqlıdırsa, onu oxuyuram.

Ellada Babayeva ilə müsahibə

- Sizcə, gənc nəsildə elmə, kitaba marağı artırmaq üçün nələr etmək lazımdır?

Kitabxanaları çoxaltmaq.

- Ən böyük qorxularınızdan gerçəkləşəni olubmu?

Yox.

- Uşaq vaxtı sizi ən çox xoşbəxt edən şeylər nələr idi?

Telvizorda hind filmi başlayanda.

- Deməli, uşaqkən belə siz hind filmi azakeşi idiniz. 

Əlbəttə.

- Yaxşı, bəs deyin, görək saytımızın idarəsi tamamilə sizin əlinizə verilsəydi, nə kimi dəyişikliklər edərdiniz?

Bəylərin girişini ləğv edərdim.

- Niyə?

Əsəb gərginliyi yaradırlar.

- Bəylər özünü qorusun deyirəm, başqa da heç nə demirəm. biggrin

girl_smi

- Elladaya görə həyatda olmaqla həqiqətən yaşamağın arasındakı fərq nədədir?

İnsanların üzlərinin gülməsi əsl xoşbəxtçilikdi mənə görə. Əsas da mənim valdeyinlərimin.

- Allah canlarını sağ eləsin!

Amin, cümləmizin.

- Dünya üçün dəyişmək istədiyiniz nəsə varmı? Bu mümkün olmasa belə.

Yox.

- Bəs bizim istifadəçilərə demək istədiyiniz nəsə varmı?

Mehriban olun. Gülümsəyin.

- Zamanınızı ayırıb müsahibə verdiyiniz üçün təşəkkür edirəm və ümid edirəm ki, sizi çox yormadım. 

Sizinlə həmsöhbət olmaq xoş oldu.

- Elə sizinlə də.

Təşəkkür.

31 oktyabr 2015
GO BACK