Qadin.NET / Qadın.netin "xarici" xanımları (IV hissə)

Qadın.netin "xarici" xanımları (IV hissə)

 

 

AYINKA_GANJA

Adı Aynurdur.23 yaşı var. Ailəlidir, 2 qızı var. Rusiyanın Velikiy Novqorod vilayətində yaşayır. Qadın.net-i hamiləlik haqqında mövzu axtarakən tapıb .Hər gün saytdakı yeniliklərlə tanış olur. “Yaşadığım ölkədə qarşılaşdığım növbə mədəniyyəti,mağazalardakı mallar haqqında düzgün məlumat xoşuma gəlir.Bir də Yeni ili burada qeyd etməyə məncə dəyər.Amma toy adətləri,ailədə ataya ailə başçısı kimi çox nadir hallarda yanaşılması, bir də uşaqlara, əsas da qızlara 16-18 yaşından sonra sərbəstlik verilməsini heç bəyənmirəm.

Bazarlarda Moskvadakı kimi hər şey tapmaq olmur.Tənək yarpağı,şabalıd,əncir,ağ gilas demək olar ki,heç yoxdur. Ən çox qış aylarında,qar çox yağanda vətən həsrəti çəkirəm. Amma tez-tez Azərbaycana,valideynlərimin yanına gedirəm. Esas da Novruz bayramını çalışıram ki, hər il orda keçirəm. Burada balıq yeməkləri,borş, “salyanka”nı çox dadlı hazırlayırlar. Salyanka sulu yeməkdir. Zövqə görə göbələk, balıq və ya mal ətindən hazırlanır. Tərkibi sümüklü mal əti,xiyar turşusu, sosiska, dəfnə yarpağı, soğan, tomat, göyərti, sarımsaqdan ibarətdir. Havanın temperaturu maximum +2-30, minimum-35-40 dərəcə olur.Burada azərilər çox yaşadığından küçələrdə azəri görmək adi haldır, ruslar da buna öyrəşiblər.

Azərbaycanın havasını, suyunu, təndir çörəyini, quzu kababını, qohum-dost münasibətini, bir də böyüdüyüm Gəncəmin mənim üçün xüsusi ətri var-o qoxunu heç nəyə dəyişmərəm dünyada.Təbii ki, təkliyə düşəndə darıxıram.Valideynlərimlə, rəfiqələrimlə internetlə söhbətləşirik. Azəri TV kanallara baxıram. Kövrələndə Abbasın “Gəncə”, Emilin “Bakı gecələri” mahnılarına, ümumiyyətlə lirik musiqilərə qulaq asıram.”

 

ASIMAN_91

Ailəlidir, adı Zulyadır. Rusiyanın Sankt-Peterburq Şəhərində yaşayır. Bir qızı var. Qadın.net saytını Bakıda yaşayan bacısı vasitəsi ilə tapıb. Rusların geyimlərindən xoşu gəlir. Deyir “burada heç kəs bir-birindən utanmır, hamı istədiyi kimi geyinir. Əsasən, bədənləri üçün rahat olan geyimlər geyinirlər. Amma ruslar içkiyə çox üstünlük verirlər, bu da mənim xoşuma gəlmir. Bazarlarında isə əsasən noxud, şabalıd, zəfəran, sarıkök tapmaq çətin olur. Bu ölkənin yeməklərini xoşlamıram, çünki dadlı olmur. Bir pizzalarını xoşlayıram. Havasına gəldikdə isə, qışda -25-30 dərəcə soyuq olur, yayda isə +30-35 dərəcəyə qədər qalxa bilir. Yağışlarına öyrəşə bilmirəm. Burada xaricilərə qarşı çox mehribandırlar, Azərbaycanı isə demək olar ki, hamı tanıyır. Vətənimin ən çox suyunu buranın heç nəyinə dəyişmərəm. Darıxanda internet vasitəsi ilə öz filmlərimizi izləyirəm, musiqilərimizi dinləyirəm.

 

NURGUL

Adı Nurgüldür, ailəlidir, bir qızı, bir oğlu var. Dağıstanın Mahaçqala şəhərində yaşayır. Qadın.net saytını “zebra tortu” nu axtararkən tapıb. Ləzgilərin xoşuna gəlməyən adətlərini yazmaq istəmir. Bazarlarında isə hər şeyi tapa bilir. Onların “sloyonnı xəngəl” adlanan yeməyini bəyənir. Xəmiri nazik yayırlar, üzərinə qiymə qoyub rulet şəklində bükürlər və mantı qazanında bişirirlər. Havası isə bizdən bir qədər fərqlidir. Qışda ən aşağı temperatur -13-15, yayda isə ən yuxarı +35+38 dərəcə olur. “Azərbaycan adını əlbəttə, eşidiblər. Heç qonşunu da tanımamaq olar? Biləndə ki, azəriyik, yaxşı qarşılayırlar. Amma burada qohum-əqrabanın toylarına həsrət qalmışam. Azərbaycanın dilini, torpağını, bayrağını heç nəyə dəyişmərəm. Mahaçqalada hər gün eşitdiyim silah səslərinə öyrəşə bilmirəm. Uşaqlar və internet darıxmağa imkan vermir.”

 

SAULITA

Ailəlidir, 19 yaşı var. Latviyanın Riqa şəhərində yaşayır. Qadın.neti internetdə axtarış edərkən tapıb. “Burada ən xoşuma gələn cəhət uşaqlara xüsusi diqqət və qayğı göstərmələridir. Fərqi yoxdur,istər kasıb olsunlar, istərsə də varlı,burada hamıya eyni dərəcədə hörmət göstərirlər. Pisi isə odur ki, sən öz qapından kənarda heç kimi tanımırsan. Bazarlarında vəziyyət yaxşıdır. Bizdə olan meyvələri burada da tapmaq olur,bir tutdan başqa. Həsrət qaldığım bir şey də var ki, o da ailəm, yaxınlarımdır. Buranın qışı çox soyuq olur. Qışda -30 dərəcə soyuq, yayda isə +30+35 dərəcə isti olur. Latviya yaşamaq üçün yaxşı ölkədir, pis deyil. Hələ ki, dilini öyrənmək üçün çətinlik çəkirəm. Riqada Azərbaycanı tanıyan da var, tanımayan da. Xaricilər çoxdur burada. Başqa dildə danışan adam görəndə maraqla baxırlar. Darıxanda isə internet vasitəsi ilə öz xəbərlərimizi oxuyuram, mahnılarımıza qulaq asıram.

 

RAMANGULAY - Çin, Pekin

 Ailəlidir, bir qızı, bir oğlu var. Çinin Pekin şəhərində yaşayır. Qadın.net saytını salat axtararkən eltisinin məsləhəti sayəsində tapıb. Çinliləri bütpərəst olduqlarına görə sevmir. Orada ilin bir xüsusi günü var ki, həmin gündə camaat kağız yandırır, guya ki, ölülərə pul göndərir. Bazarlarında istədikləri çox şeyi tapır. Bir sarı rəngdə almadan başqa. Meyvələri dadsızdır. Çin mətbəxindən heç dadmayıb, yalnız br dəfə balıq yeyib, onu da bəyənməyib. Havanın temperaturunu dəqiq bilmir. Amma deyir, yayda çox boğucu istilər olur, pəncərəni açıb hava almaq qeyri-mümkündür. "Çinlilər xarici görünüşümüzə görə buralı olmadığımızı bilir və uşaqlarımıza çox maraqla baxırlar. Bəzən yol getmək mümkün olmur. Təəssüf ki, tək-tük insan taparsan ki, Azərbaycanı tanısın. Demək olar ki, heç tanımırlar. Buranın heç nəyinə öyrəşə bilmirəm. Adam yad yerdə hər şeyə həsrət olur.Mən öz ölkəmi heç yerə dəyişmərəm. TV üzünə həsrət qalmışam. Darıxanda internetlə başımı qatıram, musiqiyə qulaq asıram."

 

ODLAR.YURDU

Adı Azərindir, ailəlidir, iki övladı var. Belçikanın Brüssel şəhərində yaşayır. Qadın.net saytını Novruz bayramına aid məlumatlar axtararkən tapıb. “Bura gözəl şəhərdir, tarixi abidələri, geniş parkları, gözəl təbiəti ilə fərqlənir. Əvvəlcədən xəbər vermədən qonaq getmək yaxşı qarşılanmır, qazandıqları pulun qəpiyinə kimi qədrini biləndirlər, ildə bir gün “velosiped günü” kimi qeyd olunur, çoxu ailəsi ilə velosiped gəzintisinə çıxır, Pasxa bayramına xüsusi hazırlaşırlar. Bazarlarında istədiyin hər şeyi tapmaq mümkündür. Yeməklərini çox dadmamışam, gördüklərimdən molyuskaları bəyənmirəm, ancaq buranın ən tərifli yeməyidir. Azərbaycanın adını burada eşidiblər, ən çox da neftinə görə tanıyırlar. Burada xarici görəndə normal qarşılayırlar, sevən də var, sevməyən də. Amma burada anamın yeməklərinə, əzizlərimə həsrət qalmışam. Azərbaycanı heç hara dəyişmərəm, istər təbiəti, istər qonaqpərvərliyi, hər şeyi ilə ölkəm gözəldir. Daha da gözəl olacaq inşallah. İnsan elə varlıqdır ki, yaşadığı mühitə alışır, öyrəşmişəm artıq buralara. Vətəndən ötrü darıxanda yerli kanallara baxıram, musiqilərimizə qulaq asıram.”

27 aprel 2011
GO BACK