Qadin.NET / Niyə məhz Qadın.Net?

Niyə məhz Qadın.Net?

Niyə məhz Qadın.Net?
Pərvanə

Niyə məhz Qadın.Net? Ona görə ki, bu saytı sevirəm. Bu sayt sayəsində çox şeylər öyrəndim, örənməyə də davam edirəm. Artıq 5 il olacaq ki, sevimli Qadın.Net-imizləyəm ve burdan ayrılmaq fikrində də deyiləm. Heç ayrılmaq olur ki? blum Qadın.Netlə birlikdə mən də böyüdüm, irəliyə getdim. İlk elektron kitabım Qadın.Net sayəsində ərsəyə gəldi, mən də qürur hissi ilə yaxın ətrafıma, dost tanışıma təqdim etdim, sevinclə qarşılandı. Çünki zəhmətimin bu cür qiymətləndirilməsinin inkişafım üçün müsbət təsiri oldu. Bu sayt vasitəsilə özümə yaxşı dostılar tapmişam, onlarla hər sirrimi bölüşə bilirəm. Mən Qadın.Neti sevirəm.

Qwen

Xəbərdə mənə də yer ayırdığınıza görə təşəkkür edirəm. Niyə Qadin.Net?! Çünki Qadin.Netdə insanı özünə cəlb edəcək mehribançılıq, doğmalıq var. Körpə gözünü ilk açdığında anasını görüb onu sevdiyi kimi mənim də ilk sayt qeydiyyatım, ilk xəbərlər göndərdiyim, şərhlər yazdığım, yoldaşımın etibar etdiyi yeganə sevimli qadın saytıdır. Düzdür, arada analıq məzuniyyəti ilə əlaqədar sayta gəlmirdim. İndi isə uşaqlar Maşallah, böyüyüblər deyə, yenə Qwen85 sizlərlədir. SƏN SUPERSƏN, QADİN.NET! Və mehriban, səmimi, xanım-xatın Qadin.Netlilər!!!

бѓ¦.•°вЉ±.•°вЉ±в•®Qara Gözlüm•°вЉ±.•

Əvvəlcə, bütün Qadin.Net-liləri salamlayıram. Sonra isə məni bu xəbərə dəvət etdiyi üçün Aysun bacıma təşəkkür edirəm. Xəbərə gəldikdə isə mən heç özümdə bilmədən bu sayta daxil oldum. Bir dəfə kompüterdə şəkillərə baxırdım və birdən şəkilin üstünsə Qadin.Net loqosunu gördüm. Sayta daxil olan kimi heyran qaldım, burdakı atmosfer öz fərqliliyi ilə xoşuma gəldi, qeydiyyatdan kecdim. Bü günə qədər də Qadin.Net-də qeydiyyatdan keçdiyim üçün heç də peşman deyiləm.Yaxşı ki, bu sayta girdim və sizlər kimi gözəl insanları tanıdım.

Niyə məhz Qadın.Net?
Щ…Щ„Ш§Щѓ

Niyə məhz Qadin.Net? Bu saytı illərdir kənardan izləyirdim, çox bəyənirdim... "Qadın və cəmiyyət", "Mətbəx", rubrikaları mənə daha çox maraqlı idi... Bir gün qərara aldım ki, mən də burda istifadəçi olum, bura gəlmədən əvvəl başqa bir saytda redaktor olmuşam, sadecə hemin sayt rəhbərliyi qəlbimi qırdı, haqsızlıq oldu, onun üçün  həmin saytdan uzaqlaşdım, geri dönməmək şərti ilə... Dəyər verilməyən yerdə olmağı sevmirəm... Bura gəlməyimə şükür, peşman deyiləm... Kimə müraciət etmişəm sualıma ətraflı şəkildə cavab almışam, çox sağ olsunlar... İnşAllah, hər şey yaxşı olar... Sayt rəhbərliyinə və burda əziyyəti olan bütün insanlara təşəkkür edirəm...Saytın uzun ömürlü, istifadəçilərin isə mehriban və anlayışlı olması diləyi ilə Щ…Щ„Ш§Щѓ...

Fatma xanım
Ona görə Qadın.Net ki, bura sırf qadınlara aiddi və bir də mən ilk dəfə sayt nədir, virtual aləm nədir, burdan öyrəndim. Bunun üçün məni sayta ilk dəvət edən əziz dostum Ceylan xanıma böyük təşəkkür edirəm. Məni bura bağlayan da, burda çoxlu layiqli xanımları tanımağımdı. Mən bu saytdan çox şeylər öyrəndim və öyrənməkdə də davam edirəm, bura girmədiyim günlər elə bil nəyisə itirmişəm kimi hissə qapılıram. Yaşasın Qadin.Net-imiz!
Afər

Niyə Qadın.Net, çünki bu portalda özümə rahat ünsiyyət qura biləcəyim dostlar tapdım, çünki burada fikrimi rahat ifadə edə bilirəm, boş vaxtlarımı səmərəli və əyləncəli keçirirəm, ən əsası da, internetdən kitab yükləyib oxumağı Qadin.Net mənə sevdirdi, təşəkkürlər. Var ol, Qadin.Net!

Niyə məhz Qadın.Net?

Asi

Niyə məhz Qadin.Net? Çünki, maraqlı portaldır. Qısa müddət ərzində bura sevimli saytım oldu. Hər gün imkan tapan kimi bura gəlirem. Maraqlı mövzular oxuyuram, bilmədiklərimi öyrənirəm, burda gözəl dostlarım var. Xoşagəlməz hallar olub, hətta elə olub ki, burdan tamam çıxmaq istəmişəm. Amma qalmışam, məni saxlayan çox sevdyim, güvəndiyim dostum olub. Burda dostlarım çox olsa da, onun yeri başqadır. Burda həm gözəl dostlar qazanram, həmdə bilmədiklərimi öyənirəm, maariflənirəm. Bu səbəbdən Qadin.Net fərdi inkişafıma təsir göstərir.

AliŞah

Yadımdadır ki, bu sayta gəlişim təsadüfən olub. Katlet reçepti axtararkən özümü Qadın.Net saytının içərisində tapdım və "Katlet buğlaması" resepti vardı, çox bəyəndim və resepti götürüb axşama hazırladım, hər kəs çox bəyənmişdi. Qərara gəldim ki,  bu saytda qeydiyyatdan keçim, çünki bir çox reçeptləri götürə bilmirdim, qeydiyyatım lazım idi. Bir neçə cəhddən sonra nəhayət ki, alındı və mən də Qadın.Net saytının üzvlərindən biri oldum, hədsiz çox sevindim, dəyərdi qeydiyyatıma, çünki gözəl simalarla tanış oldum. Bir müddət uzaqlaşmalı oldum burdan, amma ayrılığa dözə bilmədim sayt, dostlarım üçün darıxdım. Bu saytın rəhbərliyi çox sağolsun ki, bir çox qadınlara sözün əsil mənasında öz yardımını göstərir. Var ol Qadin.Net!
♥Aynişka Gülüm♥

Mən Qadın.Netdən əvvəl bir çox qadın saytlarına qonaq olurdum. Amma Qadın.Net-lə tanış olduğumdan bəri burdakı dostluğu, burdakı səmimiyyəti, burdakı hörməti heç bir saytda görmədim! Burda bir çox həmsöhbət, dost qazandım! Hər rubrikasında, bölməsində, altbölməsində maraqlı, dəqiq, qərəzsiz xəbərlər gördüm! Qadın.Net həyatımın ayrılmaz parçasına çevrildi, hər gün bir dəfə də olsa, bura gəlməsəm, darıxıram! Yaxşı ki varsan Qadın.Net!

Xəyalə Murad 

Qadın.Net doğma məkandır. O məkan ki, hər birimizi maarifləndirir, yeniliklərdən xəbər verir. O məkan ki, səmimiyyətin, yoldaşlığın, dostluğun, elmin, təhsilin özəyidir. İlk milli qadın portalıdır. O məkan ki, dünyanın istənilən bucağında yaşayan azərbaycanlı xanımları görüşdürür, dostluq bağları ilə bağlayır. Qadın.Net zirvələrin zirvəsidir. Qadin.Net hər zaman hər yerdə və hər şeydə ilkdir, liderdir. Arzu edirəm ki, saytın mövcudluğu 10 illiklərlə ölçülsün, əhatəsi daha da genişlənsin, qadınların maariflənməsində, sosial-ictimai həyatda fəallığında, düşüncə tərzinin, zövqünün formalaşmasında bundan da əhəmiyyətli payı olsun. 


27 dekabr 2014
GO BACK