Xəyalə Murad
Mən təxminən 10 yaşıma kimi "Böyüyəndə kosmonavt olacağam" deyirdim. Hətta həyət yoldaşlarımla yığıncaq təşkil edib "iclas" aparırdım. Səmavi cismlərə olan eşqimdən qaynaqlanaraq bilib-bilmədim danışırdım. Məsələn, deyirdim: "Yer kürəsindən Marsa gedib-qayıtmaq kosmonavt üçün 3 dəqiqə, amma Yer kürəsinin əhalisi üçün 10 ilə bərabərdir". Əlbəttə, bu, uşaq düşüncəsi və uşaq təxmini idi. Ən çox sevdiyim planet Yupiter idi və hal-hazırda da ona daha çox diqqət edirəm, nəinki digər planetlərə. Ulduzlara baxaraq sabah havanın yağışlı və ya aydın olacağını da "proqnoz" edirdim. Amma zaman gəldi, orta məktəbdə tarix fənni ilə tanış oldum. O gündən kosmonavt arzumu tarixçi arzusuna dəyişdim. Amma hələ də planetlərə olan marağımı itirməmişəm. Orta məktəbdə divar qəzetinin redaktoru kimi qəzetin adını qoymaq şərəfinə nail olmuşdum ki, ilk ağlıma gələn məhz Kəhkəşan (yəni Qalaktika) olmuşdu. O adla 5 il ərzində divar qəzetini hazırladım.
♥NiLuFeR♥
Mənim ən böyük arzum həkim olmaq idi. Amma arzumu reallaşdıra bilmədim, belə deyək, qismət olmadı. Amma çox şükür ki, indi institutda ekonomika fakultəsində, 3-cü kursda oxuyuram. Həmişə demişəm, indi də deyirəm, bu günümə şükür. Allah bəxtimi, taleyimi gözəl etsin! Amin
Elifв™Ў
Atam həmişə deyir ki: "Televiziyaya baxıb, hansısa peşə azca xoşuna gələn kimi, deyirdin ki, mən də böyüyəndə elə olacağam". Hətta futbolçu olmağı belə arzulamışam. Onların qol vurduqdan sonrakı sevinmə anlarını çox bəyənirdim. Daha sonralar ibtidai sinif müəllimi olmaq istəmişəm. Qohumlarımızdakı məndən 3-4 yaş balaca uşaqlar bizə gələn kimi oturdub guya onlara dərs keçirdim. İbtidai sinif müəlliməmi də örnək alaraq əlimə bir çubuq götürürdüm. Arabir onları yüngülcə vurmaq xoşuma gəlirdi. Təbii ki, sonralar balaca uşaqlarla işləyəcək qədər səbrli olmadığımı gördüm. Yeddinci sinifdən başlayaraq hər yay tətillərində çoxlu bədii əsər oxuyardım (İndi də oxumağı çox sevirəm). Beləliklə, ədəbiyyatçı olmaq arzusunda idim. Amma şeirlə heç aram yox idi (mənzum əsərlər istisna olmaqla). Xüsusilə də, sevgi-məhəbbət şeirlərini, yarpağın düşməsini, gülün açmasını və s. vəsf edən şeirləri oxumağa heç hövsələm yoxdur. Nə isə... Mən çox yazdım, deyəsən. Hal-hazırda tarix fakultəsində oxuyuram. İn Şa Allah tarix müəlliməsi olacağam. İxtisasımı bəyənirəm. Amma ürəyimdə riyaziyyatçılara, güclü riyaziyyat bilənlərə rəğbət, hörmət hissi var həmişə. Mənim də riyaziyyatım pis olmasa da, amma əla da deyil. Tarix müəllimim həmişə deyirdi ki, riyaziyyatı güclü bilən biri asanlıqla hər fənni qavraya bilər, o, beynin fəaliyyətini gücləndirir.
Yagmur atasoy
Hər kəsin uşaqlığında qurduğu xəyalları olur. Məsələn, deyərdik: "Mən böyüyəndə polis olacağam, həkim olacağam" və s. Mən uşaqlıqda futbolçu olmaq istəyirdim, lakin öncə atam buna qarşı çıxdı. Anam isə heç nə demirdi, çünki o da sevirdi futbolu. Bəzən anam mənə hirslənir, deyir ki, məni də futbol həvəskarı elədin. Amma hal-hazırda 18 yaşım var və arabir futbol oynayıram. Yenə də hirslənirlər, ancaq bundan vaz keçməyəcəyimi bilirlər. Bir dəfə atam əsəbiləşdi və mənə cəza verdi ki, bir də futbola baxmayacaqsan! O gün çox ağlamışdım. Amma sonra cəzam bitdi, futbola baxmağa davam etdim. Futbol mənim həyatımın bir parçasıdır. Deyəsən elə olaraq da qalacaq.
kamile
Mən uşaq olanda rəsm çəkməyi çox xoşlayırdım, həm də şeir yazırdım. Arzum rəssam olmaq idi. Müəllimlər də deyirdilər ki, rəng duyumum, əl qabiliyyətim yaxşıdır, amma atam razı olmadı ki, incəsənətlə məşğul olum.
Davetsiz Misafir
Mən uşaqlıqda əslində həkim olmaq istəyirdim. O arzuyla da oxuyurdum. Amma bir gün atam dedi ki: "Daha oxuma!". Mən həmişə onlarla razılaşdığım kimi bu dəfə də razı oldum, amma indi başa düşürəm ki, əslində çox böyük bir səhv etmişəm, amma keçmişi qaytarmaq olmur...
Sevgi.
Mənim uşaqlıqda ən böyük arzum həkim olmaq idi. Həmişə anam da deyirdi ki, qızım böyüyəndə həkim olsun. Amma bütün arzularım yarımçıq qaldığı kimi bu arzum da yarımçıq qaldı. İndi bütün ümidlərimi oğluma bağlamışam ki, o oxusun. Mənə həmişə müəllimlərim deyirdi ki, sənin yerin istədiyin universitetdədir. Düzdür, Allahın bizə bəxş etdiyi hər günə şükür olsun! Bu barədə çox söz yaza bilərəm, ürəyim o qədər doludur ki.
AYSUN MEMMEDOVA
Mən uşaqlıqda istəyirdim ki, böyüyəndə ya bağça, ya da ibtidai sinif müəlliməsi olum. Ancaq dərslərimdə çox tənbəl olduğumdan ibtidai sinfi unutdum. Amma bağça müəlliməsi olmaq arzum hələ də var. Allahın izniylə 3 günə bir bağçayla gedib iş üçün danışacağam. İnşallah, cavab nə olsa, sevə-sevə sizlərlə də bölüşəcəyəm.
♥AyTaDj HəSəNzAdƏ♥
Uşaqlıqda həmişə arzum ibtidai sinif müəlliməsi və ya həkim olmaq olub. Amma çox təəssüf ki, heç biri ola bilmədim, yəni arzuma çata bilmədim. O vaxtlar bəzi səbəblərə görə oxuya bilmədim.
Shefeq N.
Mən uşaq vaxtı müğənni və pianoçu olmağı çox istəmişəm. Ancaq icazə verən olmayıb ki, bu peşələrdən birinə sahib olum. İcazə versəydilər, indi bəlkə işləyərdim. Amma mənə qismət olmadı.