Qadin.NET / Dost dedikdə - 1

Dost dedikdə - 1

Dost dedikdə - 1

бѓ¦Narınбѓ¦  

Canım bacım Asi, gözəl xəbərində mənə yer verdiyin üçün sənə sonsuz təşəkkür edirəm. Xəbərinin mövzusu olduqca dərin və düşündürücüdür. Dostluq zövqlərin və düşüncələrin uyğunluğudur, dostluq iki yad insanın bir-birinə daha doğma olmasıdır. Heç gözləmədiyin bir anda, heç ağlına gəlməyəcək bir zamanda qarşına çıxan bir şansdır yaxşı dost. Sevincdir, kədərdir, anlamaqdır, səni anlayandır və hər zaman yanında olandır əsl dost. Yaxşılarını da, pislərini də, səhvini də, düzünü də sənə deyəndir əsl dost. Bəzən doğru yol göstərən, bəzən də çiynində hönkürüb ağladığın bir bacı (qardaş) qədər sevdiyin insandır, dayağındır dost. Sevincini də, kədərini də böldüyündür dost. Sənin sevincini öz sevinci kimi qəbul edib qəlbdən sevinən və sənin kədərini də öz kədəri kimi mənimsəyib ən az sənin qədər üzüləndir dost. Ən gizli sirrlərini böldüyün, sənin xoş günlərində yanında ola bilməyi bacardığı kimi pis günlərində də səni düşdüyün yerdən qaldırmağı bacarandır dost. Hz. Məhəmməd (s.ə.s) dostluq haqqında gözəl bir söz deyib: Dostunu sevərkən ölçülü sev, bəlkə bir gün düşmən olarsan. İncidiyin zaman da ölçülü ol ki, bir gün yenidən dost olarsan, sonra da etdiyinə peşman olarsan. Bu fani dünyada dostlarım çoxdur ancaq iki dostum var ki, onları çox-çox istəyirəm - Leyla və Samir. Yaxşı ki, sizin kimi dostlarım var. Allah hər kəsi dotlarıyla mehriban etsin, məni də onların içində. Amin İnşAllah.

Dostlardır hər zaman qoruyan bizi,
Allah çəkməsin heç zaman sınağa sizi.
Dord hərfli bu sözün mənasın hər kəs anlamaz,
Əsl dost dostunun qəlbini bilərək qırmaz.
 

Yasəmən

 Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə həm də dayaqdır. Bu sözü əbəs yerə deməyiblər - əsl dosta sahib olan böyük bir xəzinəyə sahib olmuş kimidir. Əsl dost çətin gündə bilinər. Həm realda, həm də virtualda olan dostluqlar mənimçin çox dəyərlidir. Çox insanla ünsiyyət qursam da, hər kəsə dostum deyib ürəyimi açan birisi deyiləm və birinə dostum deyirəmsə, onun üçün gözə ala bilməyəcəyim risk yoxdur. Realda mənim 3 yaxın rəfiqəm var ki, bizim dostluğumuz çətin sınaqlardan keçmiş bir dostluqdur. Bu həyatda bir insanı sınamadan ona dostum demək, güvənmək gözü bağlı bir şəkildə özünü hündür yerdən atmaq kimi bir şeydir. Həyatda yaxşı dost olduğu kimi pis dost da var, ancaq Allaha şükürlər olsun ki, dost seçimində yanilmamışam və o insaların da məni yanildacağını düşünmürəm. Bu həyatda hər kəsə əsl dosta sahibi olmağı arzu edirəm. Dostluqda sadiq olmağı unutmayın ən əsası da sirr saxlamağı bacarın. Bu xəbərdə mənə iştirak etməyi təklif etdiyi üçün virtualda tanıdığım və çox sevdiyim mənimçün əvəz edilməz insanlardan birisi olan canım dostuma təşəkkür edirəm. 

Dost dedikdə - 1

♥♥♥ Elena♥♥♥  

Əvvəla, canım bacım, belə gözəl mövzuya toxunduğun üçün çox sağ ol. Dostluq qırılmaz zəncirdir və dostluğu belə təsəvvür etmələri də təsadüfi deyil. Çünki səmimi, möhkəm dostluq hisslərini heç nəylə sarsıtmaq mümkün deyil. İnsanlar arasında hər xoş münasibəti də dostluq adlandırmaq olmaz. Əsl dostluq illərin sınağından çıxır. Bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun sandığın şəxsin yolunda hər bir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Nahaq deməyiblər ki, dost-dosta tən gərək, tən olmasa, gen gərək. Dostun olması böyük xoşbəxtlikdir.Mən "Dostluq nədir?” sualı ətrafında tez-tez düşünürəm. Mənim qənaətimə görə dostluq-fədakarlıq deməkdir. Asan günün dostluğu vaxtsız açan çiçəyə bənzəyir – onu şaxta, qar vurub soldurur. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olur. "Uzaq Sahillərdə” filmini yada salaq. Zənnimcə, filmin qəhrəmanları Mehdi ilə Veselin arasında yaranan münasibətlər "Dostluq nədir?” sualının konkret cavabıdır. Onlar müharibənin odlu-alovlu yollarını birlikdə keçmiş, aralarında əsl dostluq münasibətləri yaranmışdır. Mənim də məktəb vaxtlarında çox səmimi, dürüst dostlarım varıydı. Belə bir deyim var: "Hər şeyin təzəsi, dostun köhnəsi”. Mənim onlardan sonra həyatımda çox tanışlar oldu, amma köhnə dostlarımın yerini heç kim tutmadı və tutmayacaq da. Hamıya dostlarıyla birlikdə uzun ömürlər diləyirəm.

MAVIS KIZ , BAHAR CICEYI

Nece deyərler, dostsuz insan qanadsız quş kimidir. Dost insan üçün çox vacibdir. Dərdini dinləyən, pis günündə səni tək qoymayan, səni sevən bir dostunun olmasını hər kəs istər. Əsl dost səni ancaq yaxşı günündə deyil, pis günündə də yalnız qoymamalıdır, hər an sənə sirdaş olmalıdır. Elə bu keyfiyyətlərin hamısına sahib olan, eziz dostum Röyanı misal göstərmək istərdim. Onunla birinci sinifdən bəri həm parta yoldaşı, həm də ürək yoldaşı olmuşuq. Bir-birimizlə bacı kimi rəftar edər, hətta bir-birimizi "baci" deyə çağırardıq. Axır universitetə də bir girib eyni peşəni seçdik. Ümidvaram ki, iş yerimiz də eyni olar və təkcə o deyil, eziz Qadın.Netlilər içində də özümə gözəl dostlar tapa bildim. Üzlərini görməsəm də yazılarından, şirin söhbətlərindən, sözlərindən gözəl insan olduqları bəllidir. Hamınıza sevgilər diləyirəm.  

Dost dedikdə - 1

 

Leman

Əsl dost yanında olmalıdır, çətin günlərində, sevincli günlərində. Əsl dost bax belə olmalıdır. Dost ölümə gedirəm deyəndə nə üçün yox, nə vaxt gedirik deməlidir. Mənim real həyatda bir dostum var, o da Nurlanadır. Onu çox istəyirəm. Hər zaman mənimlə ölümə belə gedirdi canım dostum. Real həyatda sadəcə bir dostum Nurlanadır, amma Qadın.Net saytında dostlarım, əsl dostlarım Nuriyyə, Asi, Gülçin, Qəribə, Nəzrin, gözəl gözlüm Rəvanədir. Onları çox istəyirəm. Bunlardır çətin günlərimdə mənə hər zaman dayaq duran. Əsəbi vaxtımda belə məni güldürməyə qadir olan dostlarım, sizi çox istəyirəm. Yaxşı ki, varsınız, yaxşı ki, mənimləsiniz.

бѓ¦PrİnCeSsAбѓ¦ 

Öncə xəbərində mənə yer verdiyin üçün çox sağol, canım. Bəzi insanlar deyir ki, dostluq yoxdur, amma mənim fikrimcə elə deyil. Dostluq var. Mənim əsl dostum var. Əsl dost hər zaman yanında olmalıdır. Sevincinə sevinib, kədərinə üzülməlidir. Aranızda güvən, sədaqət olmalıdır. Nə olursa olsun, bir-birinə dayaq olmalıdırlar. Mənim əsl dostum bu cürdür. Mən də ona qarşı beləyəm. Mənim əsl dostluq anlayışım belədir. 

Dost dedikdə - 1

♥Allahin qulu♥

Dostluğun qırılmaz zəncirlə müqayisə edilməsi təsadüfi deyildir. Həqiqətən də, səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkün deyildir. İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Dostluq dəniz qırağındakı daşlara bənzər. Əvvəl bir-bir yığarsan, sonra isə bir-bir dənizə atarsan, amma bəziləri vardir ki, atmağa qıymarsan. Bax sən o qıymadıqlarımdansan dediyin dost əsl dostdur!

Minira Aslanzade 

Dostluq çox gözəl duyğudur. Dost insana dar gündə də, yaxşı gündə də dayaq olmalıdır. İnsan həyatda ürəyini ən yaxın bilən dostuna açır, dərdini onunla bölüşür ki, qarşısındakı dost da ona gözəl məsləhətlər verib öz fikriylə paylaşsın. Bəzən yaxınına, anana, bacına deyə bilmədiyin dərdini insan özünə yaxın bilən dostuyla paylaşır. Həqiqətən də, içindəki acını səni başa düşən bir insanla paylaşanda adam yüngülləşir. Mən bunu sınamışam, doğrudan da, belədir. Əsl dost real olmalidi. Virtual dostluğa inanmıram, çünkü insanı sadəcə yazısıyla yox, yaxından tanıyiıb necə insan olduğunu bilmək istərdim. Mən tərif çıxmasın, dostluqda sadiqəm. İstərəm dostumu görüm, tanıyım, danışanda onda yüz faiz olmasa da doxsan faiz əmin olaram ki, mən istəyən dostdur. Mənim də ən yaxin dostum var. O da mənimlə həmişə dərdini bölüşür, həm sevincini, həm də kədərini. Həyatda hamıya arzu edərdim ki, dost seçimində yanılmasınlar. Çünkü dostun vəfasız, satqın çıxanda peşmanlıq çəkməyəsən.

Dost dedikdə - 1

Melek

Çox təəssüf ki, əsl dostum olmadı heç bir zaman, çünki insanlar çox vəfasızdır. Bu barədə nə deyə bilərəm ki, bacım əsl dostum olmadıqdan sonra. Amma əsl dost əlbəttə ki, hər kəsin də bildiyi kimi vəfalı olmalıdır, onun pis günündə yanında olmalı, onun acısını özüdə hiss etməli, sevindiyi, xoşbəxt olduğu zaman isə ondan daha çox sevinməlidir dostunun xoşbəxtliyinə. Əsl dost elə olmalıdir ki, ən böyük sirrini belə heç düşünmədən onunla bölüşə bilməlisən. Əsl dost insanı heç vaxt darda qoymaz, öləcəyini bilsə belə. Amma indiki zamanda belə dostluq çox həm də çox azdır.Qadin.Netdə məni daha çox itirib-axtaran, mən burada olmayanda belə mənə yazan Moya Bolwaya Lyubov nikli qizdı. Çox vəfalı biridir tanıdığım qədəriylə, bir də buradan tanıdıqlarımdan əsl dost ola bilinəcək insanlar Ruhengiz xalamdı önce, sonra ise elə biri sən Asi və bir neçə qadın istifadəçilərimiz.

25 iyun 2014
GO BACK