1. Əgər Qadin.Net olmasaydı, ən başda ilk milli qadın saytının yeri görünərdi. Ona məxsus xüsusiyyətlər özlənərdi.
2. Milli dəyərlərinə və paylaşdığı informasiyaya, öyrətdiyi məlumatlara görə bir sıra xanımların yeganə internet məkanı olmazdı.
3. Mətbəx rubrikasının zənginliyinə, foto reseptlərin çeşidliliyinə və ən başlıcası istifadəçilərin özlərinin hazırladıqları foto reseptlərə görə axtarılardı.
4. Qadin.Net olmasaydı, istifadəçilər virtual dərslərdən məhz ana dilində faydalana bilməzdilər.
5. Qadin.Net-dən sonra yaranan qadın saytları və inkişafı olmazdı. Çünki yeganə böyük rəqibdən məhrum olardılar.
6. Qadin.Net olmasaydı, yüzlərlə istifadəçi istənilən vaxt və an içində sevimli filmlərini izləyə bilməzdi.
7.Qadin.Net olmasaydı, təhsil almış, diplomu "yatan" userlər öz bilik və istedadlarını başqa evdar xanımlarla paylaşa, bölüşə bilməzdi.
8. Qadin.Net olmasaydı, bir çox xanım qurama sənətinin, toxuculuğun, rəssamlığın incəlikləri ilə tanış ola bilməzdilər.
9. Qadin.Net olmasaydı, yüzlərlə istifadəçinin günün əsas xəbərlərini izləmək imkanı olmazdı.
10. Qadin.Net olmasaydı, valideynlər dəyərli məsləhətlərdən xəbərsiz olardı.
11. Qadin.Net olmasaydı, istifadəçilər bir çox xəstəliklərin ilkin əlamətlərindən bixəbər olardılar.
12. Qadin.Net olmasaydı, digər qadın saytları yeniliklərdən, dəqiq məlumat və məsləhətlərdən məhrum qalardılar.
13. Qadin.Net olmasaydı, onlarla xəstə pulsuz həkim məsləhətinə ehtiyac duyardı.
14. Qadin.Net olmasaydı, gənclərin maarifləndirilməsi zəminində hazırlanan bir çox faydalı məsləhətlər olmazdı.
15. Qadin.Net olmasaydı ailənin, sevginin, münasibətin, xəyanətin bir çox tərəfləri gizli qalardı.
16.Qadin.Net olmasaydı, bir çox istifadəçi sahib olduğu düşüncə və təxəyyülün dərinliyi və zənginliyi ilə tanış olmazdı.
17. Qadin.Net olmasaydı, onlarla istifadəçi öz gizli istedadının fərqinə varmazdı.
18. Qadin.Net olmasaydı, "Qadın.Netlə Özünü kəşf et!" - bölməsi və bölmənin iştirakçıları və onların bacarıq və istedadının sübutu olan e-kitablar olmazdı.
19. Qadin.Net olmasaydı, dəyərli məsləhətlərə, uzaqgörənliyə, məntiqi düşüncəyə sahib, sənətində peşəkar, ailəsindən gözəl ana, sevilən həyat yoldaşı, yüzlərlə istifadəçinin həmdəmi, lideri, rəhbəri, ən əsası bir azərbaycanlı qadını kimi ləyaqətli xanımı Ceylan Mumoğlunu tanımazdı.
20. Qadin.Net olmasaydı, bütün bu şəraiti biz istifadəçilər üçün təşkil edən layihə rəhbəri Ramil bəy və texniki tərəfdən hər cür zəhmətini çəkən Ənvər bəyi tanımazdıq. Bütün bu gözəllikləri nə görə, nə faydalana, nə də bölüşə bilməzdik.
Bəs sizin variantınız nədir? Sizcə, Qadın.Net olmasaydı, daha nələr olmazdı?